Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün yeni kampaniya elan edir

 

ƏMDK: 16-20 iyul tarixlərində saat 9:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 yanvar küçəsi, 1 ünvanında vətəndaşlara daşınmaz əmlak üzrə səyyar qeydiyyat xidmətləri göstəriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi əmlakın kütləvi şəkildə yerlərdə qeydiyyatının aparılması ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni layihəyə start verir. Bu kampaniya iyulun 16-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşacaq. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 yanvar küçəsi, 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə bütün növ daşınmaz əmlaklar üzrə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 28 iyul 2018-ci il tarixinə keçirilmişdir. Vətəndaş qəbulu saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Zaqatala, Balakən və Qax  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi:

(02422) 5-22-52

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi:

(02429) 5-21-73

Rəqabətli keçən 10 iyul hərracı: 15 əmlaka 22 sifariş verildi

 

Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlakları özəl sektorun iqtisadi rolunu yüksəltməklə bərabər, qeyri-neft sektorunun inkişafını təmin edir. Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mövcud imkanlar genişləndirilir, prosedurlar sadələşdirilir. Dövlət əmlaklarının hərraclarda özəlləşdirilməsinin elektron mühitə inteqrasiyası bütün regionlarda və ölkə xaricində proses iştirakçılarının sayını artırır. Ərazi, qiymət, faydalılıq baxımından bir-birindən fərqli dövlət əmlaklarının prosesə çıxarılması, Elektron hərrac sisteminin tətbiqi rəqabətli formada vətəndaş aktivliyi ilə nəticələnir.

Bu xüsusiyyətləri özündə əks etdirən növbəti hərrac 10 iyul tarixində reallaşdı. Rəqabətin müşahidə olunduğu bu hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilmişdir. Qeyd edək ki, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilmiş, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak etmişdir. Bu nəticə vətəndaş rahatlığını və şəffaflığı təmin edən elektron hərraca marağın artmasının göstəricisidir.

Ardını oxu...

Avqustun ilk hərracına müxtəlif sahələrə aid dövlət əmlakları çıxarıldı

 

Əmlak Məsələləri Dövlət Komitəsi məkan anlayışı olmadan vaxta qənaəti təmin edərək hərrac proseslərini vətəndaşlara təklif edir. Özəlləşdirmə sahəsində elektron hərrac sistemi xidmətlə vətəndaş arasındakı məsafəni aradan qaldırır, effektivliyi və optimallığı təmin edir. Elektron formada seçim, sifariş və  onlayn iştirak prosedurları investorların prosesdə iştirak etmə imkanını genişləndirərək ictimai marağı artırır.

Komitə tərəfindən növbəti hərrac avqust ayının 7-də baş tutacaq. Qeyd edək ki, avqustun ilk hərracına 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək.

Təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Zaqatala və digər rayonlarda yerləşir. Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Şirvan şəhəri, Salyan şossesində yerləşən “Anar” Açıq Səhmdar Cəmiyyətinin  nizamnamə kapitalı 605 min 138 manatdır. Səhmlərinin 30%-i hərraca çıxarılan bu dövlət əmlakı yeyinti məhsulları istehsalı  sahəsində investorun iqtisadi potensialını artıra biləcək.

Ardını oxu...