Ünvan Reyestri İnformasiya Sistemi

Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS), Norveç hökumətinin dəstəyi ilə Koreya Respublikasının “SK C&C” şirkəti tərəfindən yaradılıb 2014-cü ildə istifadəyə verilmişdir. ÜRİS daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, rəqəmsal xəritələrdə təyin olunması, vahid ünvan və rəqəmsal xəritə bazasinda formalaşan informasiya sistemidir. Sistem daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olmaqla, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən informasiya resursudur.

Eyni zamanda ÜRİS ƏMDK-nın informasiya sistemləri, Elektron hökumət portalı, İAMAS, GoMap və s. bu kimi informasiya sistemləri ilə inteqrasiya edilərək məlumat mübadiləsi imkanları təmin edilmişdir.