Milli Avtomatlaşdırılmış Əmlak Sistemi

Milli Avtomatlaşdırılmış Əmlak Sistemi (MAƏS) ƏMDK tərəfindən 2000-ci ildə hazırlanmışdır. MAƏS-in məlumat bazası, daşınmaz əmlakın idarə edilməsi, özəlləşdirilməsi ilə bağlı məlumatları özündə saxlayır. Bu İnformasiya Sistemi  eyni zamanda,  dövlət qurumları tərəfindən məlumat bazasına daxil edilmək üçün təhvil verilən "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə halları üçün illik xüsusi hesabat formalarının qəbul edilməsi" məqsədilə də  istifadə olunur. Sistem əsasən ƏMDK aparatı tərəfindən istifadə edilir.