Texniki Dəstək

İTMİM tərəfindən informasiya təhlükəsizliyinin auditi, sertifikatlaşdırma üçün məsləhətlərin verilməsi, informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri göstərilir. İnformasiya təhlükəsizliyi təşkilatın biznes proseslərinin pozulmadan dayanıqlı işləməsinin mühüm amillərindən biridir. İnformasiyanın oğurluqdan, dəyişdirilmədən və ya ümumiyyətlə məhv edilmədən qorunması bu günümüzün aktual problemlərindən sayılır. Şirkətlərdə informasiya itkisi və oğurlanma halları sonda həmin müəssisənin rəqabət qabiliyyətinin azalmasına, hətta iflasa uğramasına belə səbəb ola bilər. Əsas məsələlərdən biri də mövcud informasiya toplusuna planlaşdırılmış və planlaşdırılmamış hücumların və digər risklərin qarşısının zamanında alınmasıdır.

İTMİM-in müvafiq şöbəsi tərəfindən kompüter şəbəkə avadanlıqlarının və hesablama texnikasının təmiri və servis xidmətləri həyata keçirilir.

İTMİM tərəfindən otaqların və ərazilərin həm daxilində, həm də xaricində videomüşahidə sistemlərinin layihələndirilməsi, quraşdırılması və onlara xidmət göstərilməsi xidmətləri göstərilir.