Tarixi

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli Fərmanına müvafiq olaraq yaradılmışdır.
 Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya bazasının vahid mənbədən idarə edilməsi və məlumatların emalında operativlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi çərçivəsində Bakı şəhərində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi və Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzi üçün binalar inşa edilmişdir. Hər iki mərkəz müasir server və şəbəkə avadanlıqları ilə təchiz edilmiş, server otaqlarının davamlı və təhlükəsiz işini təmin edən köməkçi avadanlıq və sistemlər quraşdırılmışdır.

Bakı şəhərində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisinə 2013-cü ilin oktyabr ayında başlanmış və 2015-ci ilin fevral ayında binanın tikintisi başa çatdırılmışdır.