Vətəndaş müraciətlərinin operativ cavablandırılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi qurumlarının rəhbərlərinin regionlarda qəbulu davam etdirilir: Aprel ayının qəbul cədvəli

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə komitənin yerli qurumların rəhbərlərinin regionlarda birgə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Belə qəbulların keçirilməsində başlıca məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Qəbula yazılmaq istəyən vətəndaşlar aprel ayının  qəbul qrafiki və keçiriləcəyi ünvanlarla bağlı ətraflı məlumatı aşağıdakı cədvəldən ala bilərlər: https://bit.ly/2u6rQjJ

 

 

 
 
 

Sorğu

İpotekanın dövlət qeydiyyatına alınması və ləğv edilməsi xidməti barədə məlumatlısınızmı?