Kütləvi informasiya vasitələrinin nəzərinə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 aprel 2018-ci il tarixində “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda İşgüzar Dialoq keçiriləcəkdir. İşgüzar dialoqun keçirilməsində məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən müasir yanaşmalar, innovativ tətbiqlər və bu proseslərin vətəndaşlara qazandırdığı üstünlüklər barədə fikir və təcrübə mübadiləsi aparmaqdır.

Tədbirdə Komitə nümayəndələri ilə yanaşı, əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərən iqtisadçı ekspertlər, konsaltinq və audit şirkətlərinin, ictimai təşkilatların və aidiyyəti dövlət qurumlarının nümayəndələri, rieltorlar iştirak edəcəklər. Tədbir 9 aprel tarixində, saat 09:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31) keçiriləcəkdir.

İştirak etmək istəyən KİV nümayəndələrinin 9 aprel saat 09:30-da Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibatı binasında (Elmlər Akademiyası metrosunun arxası) olmaları xahiş olunur.

Əlaqə telefonu: 050 235 30 33, (012) 490 24 08  (dax.111)

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?