Çevik və rahat xidmətlər İsmayıllıda: “Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Təzəkənd və Qalıncaq kəndlərində keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların mülkiyyət hüquqlarını daha rahat həyata keçirilməsi sahəsində yeniliklər tətbiq edir. Bu sahədə təşkil olunan “Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə daşınmaz əmlakın qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Komitə tərəfindən kampaniyanın keçiriləcəyi növbəti rayon İsmayıllıdır. Bu həftə ərzində səyyar qeydiyyat xidmətləri rayonun iki kəndini əhatə edəcək.

Ardını oxu...

Özəlləşmə nəticəsində daha bir sənaye müəssisəsi biznes obyektinə çevriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi respublikanın müxtəlif regionlarında yerləşən qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmədən sonra istehsal proseslərinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. Yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir.

Ardını oxu...

“Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışa keçid və onun xüsusiyyətləri” mövzusunda İctimai Təqdimat və dialoq keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 16-da “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışa keçid və onun xüsusiyyətləri” mövzusunda İctimai Təqdimat və dialoq keçirilib. Tədbir qeyri-hökumət təşkilatları və media nümayəndələrinin, əmlak ekspertlərinin iştirakı ilə baş tutub. Məqsəd elektron çıxarışın faydaları, praktiki istifadə qaydaları və vətəndaşa verdiyi üstünlüklər barədə ictimaiyyəti məlumatlandırmaqdır.  Həmçinin daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində vətəndaş məmnunluğunun daha da artırılması, habelə rahatlıq və çevikliyi təmin edən komitənin həyata keçirdiyi innovativ işlər, sosial layihələr, elektron xidmətlər barədə məlumatların ictimaiyyətə ötürülməsi əsas vəzifələrdəndir.

Ardını oxu...

Rəqabətli 16 aprel hərracı: 15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən  16 aprel tarixində növbəti hərrac keçirildi. Özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifariş qəbul edilmişdir. Rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada vermişdir. Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirildi.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın inventarlaşdırılması barədə məlumatlısınızmı?