Seminar 2015

                   

 

                 

 

         

           
 

BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “BMT AİK regionu üzrə Daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda birgə seminarı 

29–30 oktyabr 2015-ci il, Bakı şəhəri  

 

Giriş
Qeydiyyat
Tədbirin yeri
Proqram
Təqdimatlar
İştirakçılar
Əlaqə

                                                             Giriş

BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 29–30 oktyabr 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək birgə seminarı ilə bağlı yaradılmış qeydiyyat səhifəsinə xoş gəlmisiniz.

Seminar BMT Avropa İqtisadi Komissiyası (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil ediləcəkdir.

Seminarın mövzusu “BMT AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu”dur.

Daşınmaz əmlak idarəçiliyi məkan (məs., torpaq sahələri haqqında) və inzibati məlumatları (mülkiyyət hüquqları) özündə birləşdirir. Bundan əlavə, daşınmaz əmlak idarəçiliyi məlumat infrastrukturunda məkan məlumatları (məs., topoqrafiya, tikililər) ilə yanaşı, əhalənin reyestri, ünvanlar və ya hüquqi şəxlərin adları kimi inzibati məlumatları özündə birləşdirən digər sahəvi reyestrlər ilə mühüm əlaqələrə malikdir. Bu səbəbdən, məlumatların üst-üstə düşməsinin və təkrar istifadəsi imkanının qarşısını almaq üçün bu sahəvi reyestrlərin mahiyyəti dəqiqləşdirilməlidir. Gələcəkdə müstəqil, lakin əlaqəli olan bu reyestrlərin təkmilləşdirilməsindən asılı olaraq, əsas diqqət təkcə bir məlumat bazasının hüdudları çərçivəsində aparılan işlərə deyil, həmçinin məlumat bazaları arasında qarşılıqlı əlaqələr məsələsinə də yönəldilməlidir.

Seminarın məqsədi BMT AİK-ə üzv olan 56 dövlətdə daşınmaz əmlak/torpaq idarəçiliyi çərçivəsində sahəvi reyestr və kadastrların (daşınmaz əmlak, torpaq, meşə, su, ünvan və s.) aparılması prinsipləri, bu sahədəki qanunvericilik bazası, reyestrlərdəki məlumatların elektron uçotu üzrə informasiya sistemlərinin qurulması qaydaları, elektron xidmətlər, sahəvi reyestrlərin qarşılıqlı təması və Azərbaycan reallığı üçün aktual hesab edilən bir sıra digər istiqamətlərdə təcrübələrin təqdim olunması, mövcud çətinliklər və onların həlli yolları, habelə bu sahədə birgə fəaliyyət imkanları haqqında geniş müzakirələrin aparılmasından ibarətdir. 

Seminarda iştirak pulsuzdur.

Seminar ingilis dilində keçirilməklə rus və Azərbaycan dillərinə və əksinə sinxron tərcümə ilə təmin ediləcəkdir.

Seminarda iştirakla bağlı qeydiyyatdan keçmək üçün solda yerləşən Menyunun Qeydiyyat bölməsinə daxil olun.

 

 

 

 

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?