AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ AÇIQ TENDERƏ DƏVƏT EDİR

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhərində və Şamaxı, Qobustan, Ağsu, Şəki, Balakən, Qax, Zaqatala, Qəbələ, İsmayıllı, Oğuz  rayonlarında yerləşən kiçik dövlət müəssisə və obyektlərinin (tikili və qurğularının) bazar dəyərinin müəyyən edilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üzrə 3  (üç) lotdan ibarət açıq tender elan edir.

Açıq tenderin predmeti aşağıdakı lotlar üzrə göstərilən ərazilərdə yerləşən kiçik dövlət müəssisə və obyektlərinin (tikili və qurğularının) bazar dəyərinin müəyyən edilməsidir:

 

  • I lot –    Bakı şəhərinin Səbail, Yasamal, Qaradağ, Nərimanov, Nizami və Xətai  rayonları;
  • II lot    –    Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonları;
  • III lot –    Şamaxı, Qobustan, Ağsu, Şəki, Balakən, Qax, Zaqatala, Qəbələ,  İsmayıllı, Oğuz rayonları.

 

Tenderdə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident hüquqi şəxslər, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.

Tenderin bir lotu üçün iştirak haqqı 500 (beş yüz) manat müəyyən edilmişdir. Tenderin hər hansı lotunda iştirak etmək istəyənlər həmin lot üçün 500 (beş yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra tenderin həmin lotunun Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq  № 812, tel.: +99412 4902408, əlavə 299; faks: +99412 4903359) ünvanından ala bilərlər.

 

Emitent

Dövlət Xəzinədarlıq Agentliyi

Bank kodu:  210005

VÖEN: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. bik: CTREAZ22

 

Alan

Əmlak Məsələləri Dövlət Komitəsi

VÖEN: 2000015631

H/H- AZ84CTRE00000000000002647970

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142340

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderin bir və ya bir neçə lotunda iştirak etmək üçün hər bir lot üzrə ayrı-ayrılıqda aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderin müvafiq lotunda iştirak etmək üçün yazılı müraciət.
  2. Tenderin müvafiq lotunun iştirak haqqının ödənilməsi barədə bank sənədi.
  3. Müvafiq lot üzrə tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
  4. Müvafiq lot üzrə tender təklifi dəyərinin 2 (iki) faizdən az olmayan həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır).
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış.
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri.
  9. Müvafiq lot üzrə tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
  10. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
  11. Digər sənədlər (tenderin lotlar üzrə Əsas Şərtlər Toplularında göstərilən bütün digər sənədlər).

İddiaçılar konsorsium yaratmaqla tenderdə lotlar üzrə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar hər bir lot üzrə tender təkliflərini qapalı, möhürlənmiş və imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində “Əsli” və “Surəti” yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli”  və “Surəti” arasında fərqlər olduqda üstünlük üzərində “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.

Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.      

Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 12 (on iki) ay müddətinə icra olunmalıdır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • iddiaçı tərəfindən qiymətləndirmə işlərinə dair təklif olunan üsullar, yanaşma və işin idarə edilməsi ilə bağlı təkliflər;
  • iddiaçının bu sahədəki iş təcrübəsi;
  • təklif olunan işçi heyətinin peşəkarlığı, təcrübəsi və səriştəsi;
  • görüləcək işlərin dəyəri.

İddiaçılar öz təkliflərini Əsas Şərtlər Toplularında göstərilən müddəalara uyğun olaraq hazırlamalı, lotlar üzrə tenderdə iştirak etmək üçün sənədləri (maliyyə təklifi və təklifin bank təminatı istisna olmaqla) 10 aprel 2018-ci il tarixinə qədər (saat 17:00-dək), tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə19 aprel 2018-ci il tarixinə qədər (saat 17:00-dək) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq № 812, əlaqələndirici şəxs – Mehman Bayramov) ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri 20 aprel 2018-ci il il tarixində (saat 15:00-da) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (otaq  № 310)  ünvanında açılacaqdır.

Zərflər iddiaçıların hər bir lot üzrə səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığına uyğun açılacaq və təkliflər elan ediləcəkdir.    

 

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?