Hesabatın təqdim edilməsi

 

Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin təqdim edilməsi qaydası

Daşınmaz əmlakın qeydiyyat vərəqəsi müəssisə tərəfindən təlimata uyğun doldurulduqdan sonra  müəssisənin əmlakının yerləşdiyi rayon üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yerli Ərazi şöbələrinə müraciət edilməlidir. Yerli Ərazi şöbəsində hesabatdakı məlumatlar Registrdə olan məlumatlarla müqayisə edildikdən, təlimata uyğun doldurulmağı yoxlandıqdan sonra təsdiq edilir.

Təsdiq edilmiş qeydiyyat vərəqəsi komitənin Dövlət əmlakının idarə edilməsinin təşkili şöbəsinə təqdim edilməlidir.

Telefon: 490 -24-08 (daxili nömrələr  251, 319, 268, 327)

Daşınmaz əmlakın qeydiyyat vərəqəsinin qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi halı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində xüsusi bənd nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci bəndi:

Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir.

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?