Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi birgə əməkdaşlığa start verdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sektorun inkişaf etdirilməsi sahəsində torpaq ehtiyatlarından daha səmərəli və rasional istifadə, torpaqların keyfiyyət göstəricilərinin düzgün müəyyənləşdirilmə əsas prioritetlərdən biridir. Ölkə başçısının müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması da kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

Bu məqsədlə 12 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib. Memorandumun əsas hədəfi kənd təsərrüfatının inkişafı məqsədləri üçün Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sisteminin məlumatlarından qarşılıqlı yararlanmaq, bu sahədə təcrübə mübadiləsi, o cümlədən fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma, birgə layihə və innovasiyaların tətbiqini əhatə edir. 

Ardını oxu...

11 sentyabr hərracında özəlləşdirilən dövlət əmlakları

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən özəlləşmə hərraclarına müxtəlif kateqoriyalardan olan dövlət əmlaklarının çıxarılması prosesi vətəndaşlar üçün daha maraqlı edir. Hər kəs dövlət əmlakları üzrə seçim edərək biznes planına uğun obyektə sahib ola bilər. Özəlləşdirmə hərraclarında mövcud prosedurlar əlçatan mühiti təmin edərək, vətəndaşların vaxt itkisini aradan qaldırır. Bu üstünlüklər hərracda olan aktivliyi daha da artırır. Ümumilikdə cari il ərzində reallaşan 150-dən çox hərracın 50-yə yaxını rəqabətli keçib.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Kənd Təsərüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi ilə bağlı 12 sentyabr tarixində, saat 11:30-da tədbir keçiriləcəkdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Kənd Təsərrüfatı Naziri İnam Kərimov iki qurum arasında birgə əməkdaşlığa dair Memorandum imzalayacaqlar.

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.

Ardını oxu...

Xəzər dənizinin mühafizə zolağındakı aparılan monitorinqlər nəticəsini verir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı aparılan monitorinqlər artıq nəticəsini verir. Komitə tərəfindən məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanılıb. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tiklilər cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması təmin ediləcək. Hazırda Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən 76  hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib, 78 halla bağlı isə İnzibati Xətalar Məcəlləsinə  müvafiq olaraq cərimə tətbiq olunub.

Ardını oxu...

 
 
 

Sorğu

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında iştirak etmisinizmi?