Əmlak Məsələləri Dövlət Komitəsi bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyi bağlı İşgüzar Forum keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 noyabr 2015-ci il tarixində “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda İşgüzar Forum keçirilib. Forumda Komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri və media nümayəndələri iştirak edib.

İşgüzar Forumu giriş nitqi ilə açıq elan edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, dövlət başçısı tərəfindən daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərində vahid idarəçiliyin tətbiqi ilə bağlı tapşırıqlar olmuşdur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçiriləcəkdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 27 noyabr  2015-ci il tarixində Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Göyçay şəhərində  yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi:

(02021) 3-02-56, (02021) 3-02-76

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!


24 noyabr 2015-ci il, saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Bakı şəhəri, Hüseyn Cavid prospekti, 31 ünvanında, Elmlər Akademiyası metro stansiyasının arxası)
“Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda İşgüzar Forum keçiriləcəkdir. Məqsəd torpaq münasibətlərinin tənzimlənməsində Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi “bir pəncərə” prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir.

Ardını oxu...

Həyətdən çıxmadan «çıxarış» almaq imkanı - «Kütləvi çıxarış» kampaniyası Xətai rayonunda

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması və daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə tədbirləri davam etdirir.

Əmlak sahiblərinin qeydiyyat xidmətlərindən daha rahat şəkildə yararlanması məqsədilə komitə tərəfindən reallaşdırılan «Kütləvi çıxarış» kampaniyası getdikcə genişlənməkdədir.

Vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq komitə «Kütləvi çıxarış» kampaniyasını daha da intensivləşdirib. Noyabr ayında artıq Tovuz və Qazax rayonlarında və Bakının Sabunçu rayonunda keçirilən kampaniya bu dəfə Xətai rayonunda davam etdirilib. Rayondakı yeni tikilmiş yaşayış binalarının birində mənzil sahiblərinə reyestrdən çıxarış təqdim olunub. Digər sakinlərdən isə əmlakın qeydiyyatı üçün sənədlər qəbul edilib.

Ardını oxu...

 
 
 

Sorğu

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında iştirak etmisinizmi?