İnvestorların seçim imkanı artırılıb: Növbəti hərraca 246 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 246 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə  “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler“, “Ləki Sinklənmiş qablar”, “Oğuz Kəndkimya“, “Sabirabad İnşaat Sənaye” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından istifadə vətəndaşlar üçün daha da rahatlaşıb: portalın dizayn və funksionallığı təkmilləşdirilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət idarəetməsinin modernizasiyası, operativliyin artırılması, idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması, xidmətlərə olan əlçatanlığın artırılması istiqamətində mühüm tapşırıqlar verilir. Bu tapşırıqlardan irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi də əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması yönündə mütəmadi yeniliklər tətbiq edir. Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini genişləndirir. Daşınmaz əmlak idarəçiliyi ilə bağlı komitənin elektron xidmətlər portalının (e-emdk.gov.az) dizaynı və funksionallığı daha da təkmilləşdirilib. Portaldan istifadənin operativliyi artırılıb, rahatlığı təmin edilib, xidmətlərdən istifadə üsulları daha da sadələşdirilib.

Məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, müasir yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir. Eyni zamanda əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərin daha müasir və effektiv üsullarla elektron müstəviyə keçidinin tam təmin olunması da əsas vəzifələrdəndir.   

Ardını oxu...

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafik

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 16 noyabr 2017-ci il tarixində daxili müsahibə elan etmişdir.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi daxili müsahibələrin keçirilmə tarixi və vaxtı barədə qrafiki elan edir.

 

 

Ardını oxu...

Yeni ilin ilk hərracı rəqabətli olub

Hərraclara müxtəlif çeşidli əmlakların çıxarılması ilə özəlləşmə prosesində kəmiyyət, həmin obyektlərin əldə olunma prosedurunun sadələşdirilməsi, elektron hərracın geniş tətbiqi ilə də keyfiyyət göstəricisi təmin olunur. Bütün bu üstünlüklər əmlak almaq istəyən investorların sayını çoxaltmaqla hərracı rəqabətli edir. Bu göstərici 9 yanvar tarixində keçirilən növbəti hərracda da özünü göstərib.

Yeni ilin ilk hərracı rəqabətli olub. Belə ki, Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son  ­­31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb.

Ardını oxu...