Ümumilikdə paytaxtın 12, respublikanın 52 rayonunda vətəndaşlar üçün «Kütləvi çıxarış» kampaniyası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, bu sahədə sosiallığın və vətəndaş məmnuniyyətinin artırılması üzrə davamlı olaraq tədbirlər keçirir. Bu sahədə mühüm sosial layihələrdən biri olan «Kütləvi çıxarış» kampaniyası bu dəfə noyabrın 17-də Yevlax rayonunda keçirilib. Kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Bununla yanaşı həmin gün 30 sakindən gələcəkdə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyat prosedurlarının sadələşdirilməsi və müasirləşdirilməsi bu sahədə göstəriciləri artırıb: qeydiyyat ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə 15%-ə yaxın artmışdır

Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. Belə ki, Əmlakın qeydiyyatı kalkulyatorunun istifadəyə verilməsi, Qabaqcadan qeydiyyatın tətbiqi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərir. Bunu statistik göstəricilər də təsdiqləyir.

Belə ki, statistik məlumatlara əsasən 2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 161442 olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14.4% artım deməkdir. Bu göstəricinin 48083-ü (29.8%) ilkin, 113359-u (70.2%) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 31156-sı fərdi yaşayış və bağ evi, 41889-u mənzil, 81652-si torpaq sahəsi, 2980-i qeyri-yaşayış binası, 2869-u qeyri-yaşayış sahəsi, 628-i əmlak kompleksi, 118-i çoxmərtəbəli yaşayış binası, 150-si isə çoxillik əkmələr təşkil etmişdir.

Ardını oxu...

Komitəyə daxil olan vətəndaşların müraciətləri çevik cavablandırılır, operativ araşdırılır

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinə həssaslıqla baxılması, göstərilən ictimai xidmətlərdə operativlik və şəffaflığın artırılması istiqamətində işləri təkmilləşdirməkdə davam edir. Komitə xidmətlərdə vətəndaş məmnunluğunun artırılması, fəaliyyət istiqamətləri üzrə yaranan sualların tez bir zamanda cavablandırılması kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə Komitənin 193 vahid çağrı mərkəzi fəaliyyət göstərir. Eyni zamanda əhalinin müraciətlərinin operativ cavablanıdırılması üçün Komitənin facebook (https://www.facebook.com/emlakkomitesi/) və instagramda (https://www.instagram.com/emlakkomitesi/) rəsmi səhifələri mövcuddur. Bununla yanaşı emdk.gov.az veb saytının onlayn müraciət və “Privatization.az” portalının onlayn məsləhət pəncərəsi də vətəndaşların xidmətindədir. 

Ümumilikdə oktyabr ayı ərzində qeyd edilən vasitələr üzərindən 900-ə yaxın müraciət daxil olub. Onların 750-dən çoxu 193 vahid çağrı mərkəzinin, 130-a yaxını sosial şəbəkələrin, qalanı isə “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Cəmi müraciətlərin 700-ə yaxını Bakının, 180-dan çoxu isə regionların payına düşür.

Ardını oxu...

Hərraclarda hər bir sərmayəçi öz biznes portfelinə uyğun əmlak sahibi olur

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 14 noyabr tarixində keçirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir. Belə ki, Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Daşkəsəndə yerləşən Lüləli mal-qara qəbulu məntəqəsi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 636,7 kv.m təşkil edir. Torpaq sahəsi isə 58 min 408 kv.m-dir.

Ardını oxu...