Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprel ayının ilk hərracı elan olunub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 aprel tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 184 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 67-i isə istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Ardını oxu...

Yeni inşa edilmiş yaşayış komplekslərində çıxarış kampaniyası: 150-ə yaxın mənzil sahibinə sənədlər təqdim olunub

Ölkədə daşınmaz əmlakın qeydiyyatının bilavasitə yerlərdə keçirilməsi, xidmətlərin birbaşa olaraq vətəndaşların ünvanlarında göstərilməsi tədbirləri davam etdirilir. Belə tədbirlər respublikanın ucqar bölgələri ilə yanaşı, paytaxtda və digər iri şəhərlərdə yerləşən yeni inşa edilmiş çoxmərtəbəli bina sakinlərini də geniş şəkildə əhatə edir.

Belə tədbirlərin davamı olaraq növbəti “Kütləvi çıxarış” kampaniyası martın 1-də Sumqayıt şəhərində yerləşən bir neçə yeni inşa edilmiş yaşayış kompleksini əhatə edib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşən 2 yaşayış kompleksinin 150 sakininə ünvanlarındaca çıxarışlar verilib. Başqa sözlə 5 bloklu 171 mənzilli bina sakinlərinin müraciət etmiş 100 nəfəri, eləcədə 1 girişli 72 mənzilli yaşayış kompleksinin sakinlərinin müraciət etmiş 50 nəfəri kampaniyadan yararlanıblar. Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Çıxarışların vətəndaşlara ünvanlarında təqdim olunması həm məişət, həm də işgüzar fəaliyyətin yerinə yetirməsi üçün bina sakinlərinə əlavə zaman qazandırır. Başqa sözlə kampaniya vətəndaşların məşğulluq prosesinin pozulmadan qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasın və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 16 mart 2018-ci il tarixində Hacıqabul rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilmişdir. Belə ki, növbəti vətəndaş qəbulu 09 mart 2018-ci il tarixinə, saat 11:00-a təyin edilib. Qəbul Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirəcəkdir. Hacıqabul rayonu ilə yanaşı Abşeron rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

Rəqabətli keçən budəfəki hərracda əmlakın birinə verilən təklif ilkin start qiymətindən 3 dəfə artıq olub

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, özəl sektorun genişləndirilməsi, yeni müəssisələrin yaradılması iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətlərin reallaşdırılması məqsədilə həyata keçirilən özəlləşmə prosesi isə mühüm əhəmiyyətə malikdir. Özəlləşmə ilə bağlı tətbiq edilən “Elektron hərrac” xidməti sifarişlərin elektron qaydada verilməsi prosesini olduqca sürətləndirib və investor marağını artırıb. Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir.

Ardını oxu...