Bakıda RecExpo Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin açılışı olub

Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 28 noyabr 2017-cı il tarixində «Baku Expo Mərkəzi»ndə RecExpo – “Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi”nin açılış mərasimi keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib. Sərgi 30 noyabr tarixinədək davam edəcək.

Sərginin açılışında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov giriş nitqi söyləyib. Bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu iqtisadi islahatlar aparılır. Bu iqtisadi islahatlar bir sıra sahələrlə yanaşı daşınmaz əmlak bazarının da dinamik inkişafına səbəb olub. Həyata keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi də bu islahatların tərkib hissəsi olaraq daşınmaz əmlak bazarında aktivliyin artmasına imkan yaradır. Qeyd edilib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi RecExpo sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir.

Ardını oxu...

Hərracda 20 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Növbəti belə hərrac 28 noyabr tarixində keçirilib. Hərracda 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 7-i kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitələridir.  Bakı  şəhəri üzrə 5 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli keçib. Paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Belə ki, əmlakın ilkin start qiyməti 25 min manat olsa da ən son 61 min  manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 100 kv.m-dən çoxdur. Bu qeyri-yaşayış sahəsi  üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.

Ardını oxu...

Hərracda müxtəlif çeşidli 136 dövlət əmlakı öz sahibini axtarır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 136 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 39-u kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

28 noyabr 2017-ci il, saat 10:30-da Baku Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək. Məqsəd daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Sərgidə 14 ölkədən 70-ə yaxın şirkətin məhsulları nümayiş olunacaq. Tədbirdə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonlar yaradılacaq. Bir mənzil üzrə uduşlu lotereyaya keçiriləcək.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edəcək.

Ardını oxu...