Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Oğuz rayonunda istifadəyə verildi

Ölkə ərazisində sürətli formada həyata keçirilən Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Oğuz rayonunda praktiki istifadəyə verildi. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi “Oğuz rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda İctimai təqdimat keçirib. Hazırda 9 rayonda bu layihənin praktiki istifadəsi reallaşıb.

Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub.

Ardını oxu...

Dövlət əmlaklarına sahib olmaq üçün hərracda iştirak et

Dövlət əmlaklarına vaxt itirmədən, təyin olunan məkana getmədən də sahib olmaq mümkündür. Bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmədə tətbiq olunan Elektron hərrac sistemi mümkün edir. Əlçatan səviyyədə mövcud sifariş və iştirak imkanları investorların rahatlığını təmin etməklə yanaşı, özəlləşdirmə prosesini sürətləndirir. Vətəndaşlar hər həftə reallaşan hərraclarda iştirak edərək şəffaf mühitdə əmlak sahibinə çevrilirlər.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi belə hərraclardan biri də 25 sentyabr tarixində reallaşacaq. Bu dəfə hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və  obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 avqust tarixində Ağsu şəhərində vətəndaş qəbulu keçirib. Şəhərin Uşaq Gənclər İnkişaf Mərkəzində keçirilən qəbulda Ağsu ilə yanaşı Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların da fərdi qaydada müraciətlərinə baxılıb. Komitənin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda səslənən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqlarının aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, dövlət əmlakının özəlləşdirilməsi  ilə bağlı müraciətlər də ünvanlanıb.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Hökməli qəsəbəsi olacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşları əlçatan xidmətlə təmin edən  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Hökməli qəsəbəsi olacaq. Belə ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 27-31 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu Hökməli qəsəbəsi, Babək küçəsi 23 ünvanında (icra nümayəndəliyinin qarşısı) fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər.

Ardını oxu...

 
 
 

Sorğu

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında iştirak etmisinizmi?