Əmlak Məsələləri Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində dekabrın 11-də xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində qoyulmuş büstü önünə tər çiçək dəstələri düzmüşlər. Tədbirin əvvəlində Ümummilli Liderin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir çərçivəsində Ümumilli Lider Heyder Əliyev və mülkiyyət islahatları haqqında qısa film nümayiş edilib.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov qeyd etmişdir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması, ümumiyyətlə Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz xalqımızın taleyində, onun siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmiş görkəmli dövlət xadimi, dahi şəxsiyyətdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 15 dekabr 2017-ci il tarixində Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Bayraq Muzeyində keçiriləcək. Qəbulda Ağcabədi şəhəri ilə yanaşı Zərdab, Ucar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Ardını oxu...

AzNav 1 yaşını qeyd edir: 1 il ərzində 220 mindən çox yükləmə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir texnologiyaların tətbiqi ilə hazırlanmış “AzNav” 01.01.2017-ci il tarixindən - ölkənin ilk rəsmi Naviqasiya Sistemi əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında və marşrutun müəyyən olunmasında maraqlı olan digər tərəflərin istifadəsinə verilmişdir.

GPS naviqasiya sistemi "Aznav" Ünvan Reyestri İnformasiya Sistemi-nin (ÜRİS) məlumatları əsasında hazırlanıb. “Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür.

Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanın malikdir.

Ardını oxu...

Özəlləşdirmə sahəsində daha bir innovativ yenilik: Hərraclar tam elektronlaşdırıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Belə ki, 6 dekabr tarixində “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda təqdimat keçirilib.

Bu layihənin reallaşdırılması nəticəsində  bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.

Ardını oxu...