Elektron sifarişlərin mümkün olduğu yeni hərraca ümumilikdə 96 əmlak çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 yanvar tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi, əmlaklara onlayn olaraq sifariş verilməsinin mümkünlüyü investorların hərraclara marağını daha da artırıb.

Vətəndaşlar hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatıla bilər. Elektron hərracda iştirak etmək istəyən şəxs e-emdk.gov və ya e-gov.az  daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclar keçirildiyi vaxt istənilən şəxs onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə hərracı canlı izləyə bilər.

Budəfəki hərracda müxtəlif çeşidli 96 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri, 35-i isə nəqliyyat vasitələridir.

Ardını oxu...

Özəlləşdirmə prosesinin sürətləndirilməsi baxımından “Özəlləşdirilmə portalı” unikal vasitədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən özəlləşdirmənin sürətlənməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilir. Bu amillər «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» Fərmanında da əksini tapır. Fərmana əsasən Əmlak Məsələləri Dövlət Komitəsi müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilməni sürətləndirir, potensial investorların özəlləşməyə cəlb edilməsi ilə bağlı işləri davam etdirir. Bu tədbirlərdən biri də Komitə tərəfindən “Özəlləşmə portalının” (privatization.az) istifadəyə verilməsidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir çağırışları nəzərə alaraq yeni yanaşmaların tətbiqini genişləndirir. Komitə özəlləşdirmə prosesinə böyük investor kütləsini cəlb etmək üçün daha bir innovativ layihə olan Elektron Hərracı istifadəyə verib. Bu layihənin reallaşdırılması nəticəsində  bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.

Ardını oxu...

16 yanvar tarixində keçiriləcək yeni hərraca 145 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 yanvar tarixində keçiriləcək hərracda 145 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3096

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Bərdə Tikinti Quraşdırma”, “Ağdaş Quşçuluq”, “İsmayıllı Təmir Tikinti”, “Yevlax Yük Avtonəqliyyat  ”, “Sabirabad Təmir-tikinti  ” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Ardını oxu...