Azərbaycanla Almaniya arasında özəlləşdirmə ilə bağlı əməkdaşlıq daha da genişlənir

Azərbaycanla Almaniya arasında özəlləşmə ilə bağlı əməkdaşlıq daha da genişlənir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ilə Almaniya Federativ Respublikası Özəlləşdirmə Qurumunun rəhbəri Stefan Ramge arasında Berlin şəhərində ikitərəfli görüş keçirilib. Məqsəd daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində Almaniyanın aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulması, əməkdaşlığın inkişafı olub. Eyni zamanda, bu sahədə birgə fəaliyyət imkanları və təcrübə haqqında geniş müzakirələrin aparılması da görüşün əsas məqsədlərindən oldu.

Ardını oxu...

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 4-ü dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Bu dəfə də Elektron hərrac sistemindən istifadə edən vətəndaşlar əlavə vaxt itirmədən, məşğuliyyətdən uzaqlaşmadan seçdikləri dövlət əmlakının sifarişçisinə çevrildi. Şəffaflıq və məmnunluq prinsipləri əsasında yaradılan şərait  hərracda iştirakçıların fəallığını təmin etdi. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 15-i hərracda öz sahibini tapdı. 4-ü kiçik dövlət müəssisə və obyekti, 4-ü qeyri-yaşayış sahəsi və 7-si nəqliyyat vasitəsi olan dövlət əmlakları üzrə ümumilikdə 21 sifariş qəbul edilmişdir. Verilən sifarişlərin özəlləşdirilən dövlət əmlaklarından çox olması hərracı rəqabətli etdi.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial aksiya ilə qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Bununla vətəndaşların daha tez və rahat şəkildə leqal  əmlaklara sahib olması təmin edilir. İctimai əhəmiyyətli kampaniyanın bu həftəki ünvanı isə Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Səyyar xidmətlər 3-7 dekabr tarixlərində saat  09:00-dan 17:00-dək Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 9 ünvanında göstəriləcək. 

Ardını oxu...

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda prosedurların sadəliyi investorların aktiv formada iştirakını təmin edir. Dövlət əmlaklarını özəlləşdirmək istəyən vətəndaşlar elektron hərracın fürsətlərindən yararlanaraq rahatlıqla iştirakçı statusu qazana bilər. Hərrac keçirildiyi gün vətəndaşların heç bir yerə getmədən sifariş verdikləri dövlət əmlakının özəlləşdirilməsində elektron formada iştirak imkanı var. Eləcə də, hərraca marağı olan digər şəxslər də prosesin gedişatını həm onlayn, həm də canlı formada izləyə bilər.

Ardını oxu...

Qeydiyyat xidmətləri vətəndaşların ünvanında – Xırdalanda daha bir yeni inşa edilmiş yaşayış binasında “Kütləvi çıxarış” kampaniyası keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 noyabr tarixində əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən növbəti çıxarış kampaniyası keçirilib. İnsanların rahatlığına yönəlmiş belə sosial layihələr Azərbaycan Respublikası Prezidentinin dövlət xidmətlərinin əhaliyə daha əlçatan, sürətli və şəffaf şəkildə təqdim olunması barədə tapşırıqları çərçivəsində həyata keçirilir.

Ardını oxu...

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılan 121 süni balıq gölünün fəaliyyəti dayandırılıb

Balıqçılığın inkişafı ölkə iqtisadiyyatına xeyli fayda verə bilər. Ancaq qanunsuz olaraq yaradılan süni balıq göllərinin xeyrindən çox ziyanı var. Bu həm iqtisadi, həm də ekoloji olaraq mənfi fəsadlar törədir. Belə halların qarşısının alınması üçün ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin fəaliyyəti nəzarətə götürülür. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 30 rayon üzrə 537 süni balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.

Ardını oxu...

Torpaq qanunvericiliyini pozan daş karxanalarının fəaliyyəti dayandırılıb

Ölkəmizdə torpaq sahələrinin istifadəsiz saxlanması, özbaşına zəbtetmə halları aradan qaldırılır. Belə torpaqlarda təyinatına zidd olaraq və sənədsiz tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərin davamı daş karxanalarında olub.

Ardını oxu...

Rəqabətli 27 noyabr hərracı: dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən açıq və şəffaf hərraclarda iştirak edən hər kəs seçdiyi dövlət əmlakını rahatlıqla özəlləşdirə bilir. Sifariş prosedurlarının sadəliyi, iştirak üçün yaradılan fürsətlər ilə əlavə vaxta itkisinə və hərrac keçirilən məkana getməyə ehtiyac qalmır.  Sadalanan bu imkanların təminatı ilə komitə tərəfindən 27 noyabr tarixində növbəti hərrac reallaşdı. Bu dəfə hərraca çıxarılan dövlət əmlaklarından 14-ü sifarişçilərin marağına səbəb oldu. İştirakçılardan 2-si seçdiyi dövlət obyekti üzrə sifarişi Elektron hərrac sisteminin yaratdığı rahat şəraitdə-onlayn formada vermişdir. Budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri aiddir.

Ardını oxu...

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı. Artıq Ağdam rayonunun torpaqlarının keyfiyyət və kəmiyyət göstəricilərində səmərəliliyin əldə olunması üçün işlər intensivləşəcək. Belə ki, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri bu cəbhə bölgəsində praktiki istifadəyə verildi. Ağdam rayonun torpaqları üzrə bütün məlumatlar real şəraitdə istifadə ediləcək. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 noyabr tarixində həmin rayonda İctimai təqdimat keçirilib. Komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub. Uçot işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib.

Ardını oxu...

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

Vətəndaş məmnuniyyətini daima öz planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. İnnovativ üsulların tətbiqi ilə keçirilən hərraclar vətəndaşlara elektron qaydada seçim və sifariş imkanları təklif edir.  Özəlləşdirmə prosesinin elektron qaydada keçirilməsi, həmçinin hərraca onlayn qatılaraq iştirak etmə və izləmə imkanı vətəndaşların bu sahəyə olan marağını artırır.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası paytaxtın Binə qəsəbəsində

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar kampaniyanı Bakının qəsəbə və kəndlərində davam etdirməkdədir. İnsan amilinə yönəlmiş və məmnunluğu artıran kampaniya qeydiyyat xidmətlərini hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə yaşayan vətəndaşların ünvanına çatdırır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 23 noyabr tarixində Salyan şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Salyan rayonu ilə yanaşı Şirvan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşlar da iştirak edib. Müraciətlər əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Həmçinin, dövlət əmlaklarının özəlləşdirilməsi və icarəsi ilə bağlı suallar da səsləndirilib.

Ardını oxu...

“Kütləvi çıxarış” kampaniyası Lənkəran rayonunda eyni gündə şəhər və kənd sakinlərini qeydiyyat xidmətləri ilə təmin etdi

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar layihələr daşınmaz əmlakın qeydiyyatı xidmətlərini vətəndaşlara daha yaxın edir. Xidmətləri birbaşa ünvanlara aparan “Kütləvi çıxarış” kampaniyası  respublikanın ayrı-ayrı regionlarında vətəndaşların daşınmaz əmlaklarını rahat qeydiyyata almasına şərait yaradır. Yüksək sosial əhəmiyyətli kampaniya 22 noyabr tarixində Lənkəran rayonunda keçirildi. Qeyd edək ki, kampaniyanın fürsətləri ilə eyni gündə Lənkəran rayonunda 1 şəhər və 1 kənd sakinləri xidmətlərdən istifadə etmək üçün müraciət etdi. İctimai məmnunluq və rahatlıq prinsipləri ilə vətəndaşların ərazi idarəsinə getmək və əmlaklarını qeydiyyata almaq kimi ehtiyacları təmin olundu. Belə ki, bu aksiya ilə məişət və iş fəaliyyətindən uzaqlaşa bilməyən eləcə də, fiziki məhdudiyyətli və yaşlı əhali təbəqəsi də uyğun imkanlardan yararlandı.

Ardını oxu...

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi müasir hərraclarda yaradılan şərait və şəffaf mühit hər kəsin obyektiv formada iştirakını təmin edir. Geniş çeşidli və cəlbedici dövlət əmlaklarının hərraca çıxarılması isə prosesə olan marağı artırır. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə elektron informasiya mənbələri olan komitənin rəsmi saytı və  Özəlləşdirmə portalı vətəndaşların rahat iştirakını təmin edir. Belə ki, vətəndaşlar seçdikləri dövlət əmlakını elektron formada sifariş verməklə yanaşı, hərraclarda onlayn formada iştirak edə bilir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyan rayonunda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 23 noyabr, 2018-ci il tarixində Salyan şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Salyan rayonu ilə yanaşı Şirvan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı kəndlərində - xidmətlərin bu həftəki ünvanı Mərdəkandır

Əmlak Məsələləri Dövlət Komitəsi  göstərilən xidmətləri əhaliyə daha yaxın etmək üçün ictimai kampaniyaların keçirildiyi ərazilərin sayını artırmaqda davam edir. Vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması prinsipini rəhbər tutaraq  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası bu həftə Mərdəkan qəsəbəsində təqdim olunur. Xidmətlərdən yararlanmaq istəyən sakinlər 19-23 noyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, Mədəniyyət sarayının qarşısındakı mobil ofisə yaxınlaşa bilər.

Ardını oxu...

Özəlləşdirmədə məsafəsiz formada iştirak: 78 dövlət əmlakı hərracda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 18 dekabr tarixində hərrac keçiriləcək. Elan edilən bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9 min 297 kv.m arasındadır. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki bu növ əmlakın ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət obyektinin torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılması sahibi üçün əlavə imkanlar yaradır. İnvestor bu yeməkxananın fəaliyyətini bərpa edərək və ya başqa sahə üzrə yenidən quraraq yüksək gəlir qazana bilər. Bu kateqoriyadan olan əmlaklara Ucarda tikiş fabriki, Balakəndə otel, Buzovnada sağlamlıq mərkəzi kimi müəssislər də aiddir.

Ardını oxu...

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik: onlayn qaydada ərazi ofislərinə ötürülən alqı-satqı müqaviləsi çıxarış almaq üçün müraciət hesab olunur

Təkrar bazarda daşınmaz əmlakın yeni sahibinin adına çıxarışın alınması proseduru xeyli sadələşib. Vətəndaşlar əmlaklarını, o cümlədən torpaq sahələrini, fərdi evlərini təkrar bazarda qeydiyyata almaq üçün əlavə ünvanlara müraciət etməyəcək. Yeniliyin tətbiqi daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsindəki prosedurları tam olaraq elektronlaşdırıb.

Ardını oxu...

Zaqatalada torpaq uçotunun nəticələri: 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib

Artıq Zaqatala rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcə də bələdiyyələrin, mülkiyyətçilərin iştirakı ilə İctimai təqdimat keçirib. Tədbirdə Zaqatala rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.

Ardını oxu...

Rəqabətli 13 noyabr hərracı: 10 dövlət əmlakına 49 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi Elektron hərrac sistemi vasitəsilə vətəndaşlar özəlləşmə prosesində daha yaxından iştirak edə bilirlər. Məkan və zaman fərqinin olmadığı hərraclarda yaradılan imkanlar şəffaf mühiti formalaşdıraraq, iştirakçı məmnunluğuna səbəb olur. Yeni və müasir üsulların istifadəsi ilə vətəndaşların hərraclarda iştirak marağı artır, fəallıq nəticəsində rəqabətli mühit yaranır. Hərraclarda iştirakçı statusu qazanan şəxslərlə yanaşı, digər vətəndaşlar da hərraclarda həm onlayn, həm də canlı formada iştirak edə bilər.

Ardını oxu...

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan açıq və şəffaf hərraclarda hər kəs iştirak edərək əmlak sahibi ola bilər. Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarının ölkənin bir sıra regionlarında yerləşməsi və  müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərməsi investorların seçim imkanını artırır. Vətəndaşlara yönəlik hərrac prosedurları onların rahat özəlləşmə mühitində iştirakını təmin edir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti barədə məlumatlısınızmı?