Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Məlumatı

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 112 ünvanında yerləşən, Nəsimi Rayon MKTB-nin balansında olan 5-6 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 57,6 kv.m.  qeyri-yaşayış sahəsinin icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir. Sifarişçilər qarşısında qoyulan şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklifinin verilməsi müəyyən edilmişdir.

Ardını oxu...

Komitə milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib: Özəlləşdirilmə sahəsində görülən işlər üstünlük təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi,  qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda xammal-emal-istehsal zəncirinin təmin edilməsi məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilmişdir. Bu amillər ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş Strateji Yol Xəritəsində, habelə “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında da əksini tapır. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşən müəssisələrin fəaliyyətinin genişləndirilməsi, həmin müəssisələrdə rəqabət qabiliyyətli məhsulların hazırlanması, onların xarici bazarlara çıxış imkanlarının artırılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirir. Qeyd edilən fərmana, Strateji Yol Xəritəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması ilə bağlı işləri davam etdirir. Eyni zamanda əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi, təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Komitə bu sahədə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edir, prosedurları sadələşdirir, elektron xidmətlərin sferasını genişləndirir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar rəqabətli şəkildə davam edir

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar rəqabətli şəkildə davam edir. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 3 oktyabr tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Ardını oxu...

Mənzilini tərk etmədən əmlak sahibi ol: İnternet vasitəsilə hərraca onlayn qatılmaq imkanı investorların işini sadələşdirir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 3-i isə nəqliyyat vasitələridir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyan rayonunda vətəndaşların müraciətlərinə baxıb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 sentyabr 2017-ci il tarixində Salyanda vətəndaş qəbulu keçirib. Qəbulda Salyan ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşlar da iştirak edib.

Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, habelə texniki pasportların alınması, torpaqların elektron kadastr uçotu sistemi, torpaqlardan düzgün istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda regionlar üzrə iştirak qaydaları ilə bağlı müxtəlif səpkili müraciətlər səsləndiriblər. Müraciətlərin bir qismi torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı olub. Fərdi həyət evi, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillərə çıxarış alınması barədə də vətəndaşlar məsələlərini bildiriblər. Qəbulda iştirak edən vətəndaşların digər bir hissəsi isə özəlləşməyə çıxarılan ictimai iaşə, məişət, ticarət və digər sahələrə aid olan obyektlərin özəlləşdirilməsi ilə bağlı müraciətlər ediblər. 

Ardını oxu...

Sabunçu rayonunda “Pilot Layihə” çərşivəsində inşa edilmiş növbəti bina sakinlərinə mənzillərin açarı və çıxarışlar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir.

Sabunçu rayonunda son illərdə aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Möhtərəm cənab Prezidentin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 8 avqust 2015-ci il tarixli “Bakı şəhəri, Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar genişmiqyaslı işlərin icrasına başlanılmışdır. Bu istiqamətdə ilk olaraq pilot layihə Sabunçu rayonunda reallaşıb.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən könüllülük proqramının həyata keçirilməsi davam etdirilir. Proqram “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşdırılır. Komitə tərəfindən könüllülük fəaliyyətini bitirənlərə sertifikatlar təqdim edilib. Qeyd edilməlidir ki,  24 nəfərdən ibarət könüllü 2017-ci ilin iyul ayının 22-də Komitənin müvafiq qurumlarında fəaliyyətə başlayıb. Həmin ilin sentyabrın 26-da isə fəaliyyəti bitiriblər. Fəaliyyət müddətinin sonunda könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilib. Topladıqları ballara uyğun olaraq isə onlara müvafiq sertifikatlar verilib.

Ardını oxu...

Azərbaycanda bütün mənzil sahiblərinin gözlədiyi yenilik baş verib: Vətəndaşlar alacağı mənzillərə çıxarışın verilib verilməyəcəyini və qiymətini əvvəlcədən öyrənə biləcəklər

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər. Bununla bağlı 27 sentyabr tarixində “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda İctimai təqdimat keçirilib. Tədbirdə, Komitə nümayəndələri, iqtisadçı ekspertlər, bu sahədə fəaliyyət göstərən sahibkarlar, media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

3 əmlaka 11 elektron sifarişin verildiyi hərracda qalib şəxslərdən biri evindən onlayn qatılan sifarişçi olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları investorların hərraclarda iştirakını daha da sadələşdirib.  Bu isə hərraclara qatılan sərmayəçilərin sayında artıma səbəb olur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə rəqabətli hərrac 26 sentyabrda keçirilib. Belə ki, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Eyni zamanda investorların hərraclara onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verib.  Budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.

Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir. 

Ardını oxu...

Qəbələdə torpaqlardan istifadəyə və onların mühafizəsinə dair işgüzar forum keçirilib

Qəbələ rayonunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyə nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda işgüzar forum keçirilib.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin Nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların, eləcə də  ölkədə bütün mənzil sahiblərinin gözlədiyi daha 2 yeni elektron xidmətin - “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidmətlərinin  istifadəyə verilməsi ilə bağlı  “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda  İctimai təqdimat  keçiriləcəkdir.

Ardını oxu...

Hərracda ilkin start qiyməti aşağı olan əmlaklar çoxluq təşkil edir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2642

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyanda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 sentyabr 2017-ci il tarixində Salyan rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Salyan Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Salyan rayonu ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Ardını oxu...

Növbəti hərracda 23 dövlət əmlakı özəlləşdirilib: Bu hərrac da rəqabətli olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir. Komitə özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti belə hərracını 19 sentyabrda  keçirib. Hərracda özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 18-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 6 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlardan isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da, bu obyekt 93 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələri arasında ən yüksək satış qiyməti də elə bu əmlakda qeydə alınıb.

Ardını oxu...

Vətəndaşlara və potensial investorlara budəfəki hərracda 149 dövlət əmlakı təklif olunur

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sərfəli xidmət: Vətəndaşlar daşınmaz əmlak barədə məlumatları elektron üsulla əldə edə bilirlər

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır. Bu «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti sayəsində mümkündür. Fəaliyyətində daima yeniliklərin, innovativ üsulların tətbiqinə önəm verən Komitə bu xidməti tətbiq etməklə  əhalinin qeydiyyatla bağlı işini sadələşdirir. Həmin elektron xidmətin vasitəsilə  əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə əmlakın həm ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur.  Eyni zaman  əmlakla bağlı aparılan əməliyyatlar barədə də informasiya əldə etmək olur. Yəni vətəndaşda ipoteka, girov, alqı-satqı, bağışlanma, kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı yaranır. 

Ardını oxu...

Almaniyalı investorlar ölkəmizdə özəlləşdirilmə prosesinə maraq göstərir

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında 12 sentyabr tarixində görüş keçirilib. Tədbirin məqsədi ölkədə aparılan özəlləşmə prosesi, prosesə xarici investorların cəlb edilməsi, iqtisadiyyata yatırılan kapitalın həcmində əcnəbi sərmayəçilərin payının artırılması, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə iştirakçıları məlumatlandırmaqdır. Həmçinin özəlləşməyə açılan müəssisələrin fəaliyyət sahələri, profilləri, iqtisadi göstəriciləri barədə informasiya vermək, palataya üzv olan şirkətlər arasında informasiya mübadiləsini gücləndirmək, əlaqələrin genişləndirilməsini təmin etmək də əsas vəzifələrdəndir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 12 sentyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Qeyd edək ki, Bakı  şəhəri üzrə  1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektləri Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarda yerləşir. Özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 13 kv.m ilə 134 kv.m arasında dəyişir.

Ardını oxu...

Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.

Ardını oxu...

Komitə tərəfindən 12 rayonun yeni bələdiyyə xəritələri hazırlanır: bununla bağlı Cəlilabad rayonunda regional maarifləndirici forum keçirilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə  torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar görülən işlər artıq öz nəticələrini verir. Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında respublika üzrə yeni bələdiyyə xəritələri hazırlanır. Cəlilabad rayonunda da torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb. Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında rayonun yeni bələdiyyə xəritəsi hazırlanıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı sentyabrın 7-də rayonda məlumatlandırma işləri ilə bağlı regional maarifləndirici forum keçirilib. Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

Müxtəlif çeşidli əmlaklar öz sahiblərini tapacaq: Oktyabr ayının ilk hərracı elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 147 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 62-si kiçik dövlət müəssisə və obyekti, 54-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Ardını oxu...