Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı statistik məlumatlar

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı statistik məlumatlar

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas göstəricilərinə dair
MƏLUMAT
                     
Sıra №-si Göstəricilər İ L L Ə R Cəmi
2010 2011 2012 2013 2014 2015 2016 2017
1 Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı
     o cümlədən:
94680 147368 151541 177118 205196 190500 171942 196931 1335276
- ilkin 28994 52583 42395 49713 57945 42041 49904 59143 382718
- təkrar 65686 94785 109146 127405 147251 148459 122038 137788 952558
2 İpoteka qeydiyyatı 20517 20997 32951 40513 45619 41371 35757 38533 276258

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əsas göstəricilərinə dair
MƏLUMAT
                     
Sıra №-si Göstəricilər İ L L Ə R Cəmi
2010 2011 2012 2013 2014 2015 2016 2017
1 Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı
     o cümlədən:
39736 54865 56735 63808 64249 49842 55614 65787 450636
- ilkin 12174 18550 15075 15154 15725 11688 15934 22212 126512
- təkrar 27562 36315 41660 48654 48524 38154 39680 43575 324124
2 İpoteka qeydiyyatı 10353 9736 15608 19296 21001 19850 16884 19776 132504

 

 

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə
2006-2017-ci illər ərzində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılmasına dair məlumat
Göstəricilər 2010 2011 2012 2013 2014 2015 2016 2017 CƏMİ
Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı  CƏMİ 94680 147368 151541 177118 205196 190500 171942 196931 1335276
ilkin 28994 52583 42395 49713 57945 42041 49904 59143 382718
təkrar 65686 94785 109146 127405 147251 148459 122038 137788 952558
O cümlədən;                  
Fərdi yaşayış və bağ evi  ilkin 7246 13799 11119 15132 17707 14852 13788 17700 111343
təkrar 11920 18692 18622 21575 23826 20475 18239 20014 153363
Mənzil ilkin 10090 17209 13666 13886 13301 11080 10882 14893 105007
təkrar 28525 35563 41633 44660 42967 33689 33242 37192 297471
Torpaq sahələri ilkin 9594 17748 14602 17543 23809 13817 23234 23227 143574
təkrar 21507 34744 43488 55009 74190 89069 66318 75537 459862
Qeyri yaşayış binası ilkin 1106 1936 1547 1681 1714 1084 912 1282 11262
təkrar 1582 2366 2411 2704 2965 2521 1853 2343 18745
Qeyri-yaşayış sahəsi ilkin 605 1376 1089 1094 1071 946 841 1603 8625
təkrar 1195 2199 2351 2808 2480 2050 1873 2061 17017
Əmlak kompleksi  ilkin 232 375 349 350 311 215 197 246 2275
təkrar 316 497 506 587 755 572 429 524 4186
Çoxmərtəbəli yaşayış binaları ilkin 11 23 12 16 22 39 14 99 236
təkrar 5 12 14 31 34 18 14 47 175
Çoxillik əkmələr ilkin 110 117 11 11 10 8 36 93 396
təkrar 636 712 121 31 34 65 70 70 1739

 

 

2017-ci il ərzində Xidmətin Bakı şəhər Ərazi İdarəsi üzrə hüquqların dövlət qeydiyyatının aparılması sahəsində, icra olunmuş işlərin statistik göstəricilərinin Respublika üzrə göstəricilərdəki payı
 Göstəricilər   Respublika üzrə   Bakı şəhər Ərazi İdarəsi üzrə  Respublikadakı payı
(% - lə)
1 Mülkiyyət hüquqiarı üzrə aparılmış 
dövlət qeydiyyatının sayı  
196931 65787 33,4%
  o cümlədən
ilkin qeydiyyat
59143 22212 37,6%
  təkrar qeydiyyat 137788 43575 31,6%
2 İpoteka qeydiyyatı 38533 19776 51,3%

 

Daşınmaz əmlak bölmələri üzrə hüquqların
dövlət qeydiyyatının aparılmasına dair məlumat
Göstəricilər   2016-cı il 2017-ci il  Ötən ilin müvafiq dövrünə nisbətən 
  + / - % - lə
Dövlət qeydiyyatının sayı  CƏMİ   171942 196931 24989 114,5%
ilkin qeyd.   49904 59143 9239 118,5%
təkrar qeyd.   122038 137788 15750 112,9%
O cümlədən;          
Fərdi yaşayış və bağ evi  ilkin qeyd.   13788 17700 3912 128,4%
təkrar qeyd.   18239 20014 1775 109,7%
Mənzil ilkin qeyd.   10882 14893 4011 136,9%
təkrar qeyd.   33242 37192 3950 111,9%
Torpaq sahələri ilkin qeyd.   23234 23227 -7 100,0%
təkrar qeyd.   66318 75537 9219 113,9%
Qeyri yaşayış binası ilkin qeyd.   912 1282 370 140,6%
təkrar qeyd.   1853 2343 490 126,4%
Qeyri-yaşayış sahəsi ilkin qeyd.   841 1603 762 190,6%
təkrar qeyd.   1873 2061 188 110,0%
Əmlak kompleksi  ilkin qeyd.   197 246 49 124,9%
təkrar qeyd.   429 524 95 122,1%
Müəssisə filialları ilkin qeyd.   0 0 0 0,0%
təkrar qeyd.   0 0 0 0,0%
Çoxmərtəbəli yaşayış binaları ilkin qeyd.   14 99 85 707,1%
təkrar qeyd.   14 47 33 335,7%
Çoxillik əkmələr ilkin qeyd.   36 93 57 258,3%
təkrar qeyd.   70 70 0 100,0%

 

2017-ci il ərzində aparılmış hüquqların dövlət qeydiyyatının əmlak bölmələri üzrə ötən ilin eyni dövrü ilə müqayisəli hesabatı
         
Göstəricilər 2016-cı il 2017-ci il Fərq
(%)
Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının ümumi sayı  171942 196931 114,5%
O cümlədən;      
1 Fərdi yaşayış və bağ evi  32027 37714 117,8%
2 Mənzil 44124 52085 118,0%
3 Torpaq sahələri 89552 98764 110,3%
4 Qeyri yaşayış binası 2765 3625 131,1%
5 Qeyri-yaşayış sahəsi 2714 3664 135,0%
6 Əmlak kompleksi  626 770 123,0%
7 Çoxmərtəbəli yaşayış binaları 28 146 521,4%
8 Çoxillik əkmələr 106 163 153,8%

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət qurumları və özəl şirkətlərə AZPOS sistemi vasitəsilə geodeziya və kadastr xidmətləri göstərir

Əmlak Məsələləri Dövlət Komitəsi ən müasir texnologiyalar əsasında Azərbaycanda fasiləsiz fəaliyyət göstərən 37 stansiyadan ibarət AZPOS sistemləri vasitəsilə dövlət qurumları və özəl şirkətlərə geodeziya və kadastr xidmətləri göstərir. AZPOS sisteminin (Azerbaijan Positioning Observation System) imkanlarından geodeziya, çöl-ölçmə işləri aparmaq istəyən şirkətlər, avtomobil və ya dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlar istifadə edə bilir. Bu sistemdən istifadə hər şeydən əvvəl dəqiqlik, bütövlük, fasiləsiz, etibarlı, davamlı və keyfiyyətli xidmət kimi üstünlüklər qazandırır. İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir. Bunun üçün Komitənin tabeliyində olan “Kadastr və Yer Quruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-yə müraciət edilməlidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi Özəlləşdirmə Portalının İctimai Təqdimatını keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi yeni yaratdığı Özəlləşdirmə Portalını (privatization.az) 26 iyul 2016-cı il tarixində ictimaiyyətə təqdim edib. Tədbirdə dünyanın tanınmış “KPMG”, “PwC”, “Ernst & Young”, “Deloitte & Touche”, “Baker & McKenzie”, “McKinsey & Company” kimi beynəlxalq məsləhətçi şirkətləri, xarici və beynəlxalq təşkilatlar, dövlət qurumları, ictimai təşkilatlar və media nümayəndələri iştirak edib.

İctimai Təqdimatı giriş nitqi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov açıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidenti dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və hazırki iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqini önə çəkib. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müasir mexanizmlərin və optimal üsulların tətbiqinin vacibliyini vurğulayıb.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı ilin 6 ayı ərzində görülmüş işlərə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar sayəsində 2016-cı ilin I yarısında da ölkə iqtisadiyyatının inkişaf etdiyini bildirib. Qeyd olunub ki, bu islahatların tərkib hissəsi kimi torpaq münasibətlərində yeni çağırışlar gündəmə gəlmiş, torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələlər daha da aktuallaşıb.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Oğuzda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 18 iyul 2016-cı il tarixində Oğuzda vətəndaş qəbulu keçirib. Qəbulda Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar öz müraciətlərini komitə sədrinə çatdırıblar.

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Oğuzda vətəndaş qəbulu keçiriləcəkdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 18 iyul  2016-cı il tarixində Oğuz rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Oğuz, Şəki, Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Oğuz rayonunda  yerləşən Milli Olimpiya Mərkəzində  keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Ardını oxu...

“Kütləvi çıxarış” kampaniyası Ağcabədidə

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi üzrə tədbirləri davam etdirir. Bu tədbirlər nəticəsində ölkədə əmlakın qeydiyyatını hər hansı formada ləngidə bilən bütün maneələr aradan qaldırılır. Əmlak Məsələləri Dövlət Komitəsi bölgələrdə əmlakların kütləvi qaydada bilavasitə ünvanlarda çıxarışlarla təmin olunmasını davam etdirir.

Əmlak Məsələləri Dövlət Komitəsinin bir başa sakinlərin ünvanlarında mobil ofis xidmətləri vasitəsi ilə göstərilən “Kütləvi çıxarış” kampaniyası 8 iyul tarixində Ağcabədi rayonunda keçirilib. Keçirilən kampaniya nəticəsində rayonun müxtəlif kəndlərindən olan 150-ə yaxın sakinə onların ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Belə ki, 100 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50 kənd sakinlərindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.   

Göstərilən qeydiyyat xidmətlərində rahatlığının və əlçatanlığın daha da artırılması məqsədi ilə kampaniya zamanı müraciət edən sakinlərin operativ qaydada

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti böyük layihəni reallaşdırır

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq və digər daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyatının sadələşdirilməsi, daşınmaz əmlakların sənədləşdirilərək leqallaşdırılması, eləcə də əmlak sahiblərinin hüquqlarının qorunması ilə bağlı yeniliklərin tətbiqini davam etdirir.

Hazırda Komitə Azərbaycanın daşınmaz əmlak sektorunda əhəmiyyətli inkişafa səbəb olacaq növbəti böyük layihəni reallaşdırır. Belə ki, Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi həyata keçirilir və yekunlaşmaq üzrədir. 2013-cü ildə start verilən layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Göründüyü kimi, komitə alman təcrübəsinin Azərbaycana gətirilməsinə və uğurla reallaşdırılmasına nail olub. Bu nailiyyət daşınmaz əmlakın kadastrı və qeydiyyatında elektron idarəetmənin və vahid bazanın formalaşmasında mühüm təkandır.

Qeyd edək ki, layihə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edib. Hazırda layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb. Əhaliyə məxsus olan bütün daşınmaz əmlaklar - ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektilərinin sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Hazırda toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri aparılır. Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də vahid elektron kadastr sistemlərinə oturulub. Bununla da, həyata keçirilən Layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Siyəzəndə vətəndaşların müraciətlərinə baxıb

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 24 iyun 2016-cı il tarixində Siyəzəndə Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar öz müraciətlərini komitə sədrinə çatdırıblar.

Əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Vətəndaşların bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, belə torpaqlarda sərhədlərin dəqiqləşdirilməsi üçün müraciətlərini bildiriblər.

Ardını oxu...

Ağsu sakinlərinə birbaşa ünvanlarında evlərinə dair hazır çıxarışlar təqdim olunub

Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara məxsus fərdi həyət evləri və torpaq sahələrinə dair hazır çıxarışların birbaşa ünvanlardaca paylanmasını davam etdirir. Belə ki, komitənin “Kütləvi çıxarış” kampaniyası bu dəfə 22 iyunda Ağsu rayonunda baş tutub. Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən kampaniyada 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib.

Belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. Belə ki, kampaniya çərçivəsində komitənin mobil ofisləri (ayrılmış xüsusi nəqliyyat vasitələri) ünvanlara gedir, sadə, rahat və çevik şəkildə vətəndaşların çıxarışları onlara təqdim olunur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Siyəzən rayonunda növbəti vətəndaş qəbulu keçiriləcəkdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 24 iyun 2016-cı il tarixində Siyəzən rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu Siyəzəndə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Ardını oxu...

Vətəndaşlar elektron xidmətlər vasitəsi ilə daşınmaz əmlak barədə məlumatlar əldə edə bilirlər

Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət vasitəsi ilə Azərbaycan vətəndaşları sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat ala biləcəklər. Bu xidmətdən sayəsində, əmlakın həm ölşüləri və texniki göstəriciləri, həm də hüquqi  sahibi və onunla aparılan əməliyyatlar, eləcə də onun əvvəlki sahibi barədə məlumatlar əldə etmək mümkündür.

 «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti komitənin təqdim etdiyi 31 elektron xidmətlərdən biridir. Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir.

Ardını oxu...

Yeni ünvan sistemi həm əhaliyə, həm də dövlət və özəl qurumlara faydalıdır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda beynəlxalq standartlara uyğu yeni ünvan sisteminin qurulması uğurla davam etdirilir. Bu sistem Azərbaycanda həm əhalinin, həm də dövlət və özəl qurumların faydalana biləcəyi mühüm layihədir.

Ünvan məsələsi vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm məsələlərdən biridir. Digər tərəfdən, şəhər, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, əhalinin urbanizasiyası mükəmməl ünvan sisteminin olması zərurətini artırır.

Bütün bunlar nəzərə alınaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sistem daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri təmin edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında iyunun 9-da əməkdaşlığa dair memorandum imzalanmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov və Akademiyanın rektoru Urxan Ələkbərovun imzaladığı Memorandumda tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların, analitik materialların hazırlanması nəzərdə tutulmuşdur.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elmin və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə xüsusi diqqət göstərilir.

Ardını oxu...

Daşınmaz əmlakla bağlı SMS xidmətlər rahatlıq və çevikliyi təmin edir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə verilmiş 3 SMS xidmət daşınmaz əmlakla bağlı əməliyyatlar zamanı dərhal məlumat alınmasını təmin edib. Bu xidmətlərə əmlaka çıxarış alınan zaman xidmət haqqının, qeydiyyat üçün müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəsi üzrə icarə haqqının öyrənilməsi aiddir. Vətəndaşın sadəcə müraciət üzrə bildiriş (və ya müqavilə) nömrəsini 9193 qısa nömrəsinə göndərməsi kifayət edir. SMS xidmətlərin mühüm üstünlüyü internetə ehtiyacın olmamasıdır. Xüsusi olaraq portalda və ya səhifədə qeydiyyatdan keçmək, elektron imza almaq və ya digər internet prosedurlarını istisna edir. Qısaca desək, mobil telefonun olması xidmətlərdən istifadə üçün yetərlidir.

Ardını oxu...

BİLDİRİŞ

Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında“ 894 nömrəli Fərmanının 3.2.-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin  23 may 2016-cı il tarixli, 78 nömrəli sərəncamına əsasən, 31 may 2016-cı il, 07 iyun 2016-cı il və 14 iyun 2016-cı il tarixlərində səhmdar cəmiyyətlərinin səhmlərinin satışına dair keçiriləcək pul hərracları dayandırılmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadə hallarına qarşı monitorinqləri davam etdirir

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib. Bu istiqamətdə həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.

Belə ki, komitənin torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda növbəti monitorinq və reydlər keçirib. Bu zaman Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarından Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub.

Ardını oxu...

Vətəndaşlara ünvanlarda daşınmaz əmlaka dair çıxarışlar təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaq sahələrinə dair mülkiyyət sahiblərinə 02 iyun 2016-cı il tarixində Buzovna qəsəbəsində bilavasitə yerlərdə çıxarışlar təqdim edib. Qeyd edək ki, adıçəkilən Fərmana qədər belə sənədlər mülkiyyət hüququnun tanınması üçün qanunla əsas hesab edilməyib. Yalnız bu Fərman qüvvəyə mindikdən sonra kütləvi şəkildə belə torpaq sahibi olan bir çox insanın öz əmlakına dair çıxarış alması üçün hüquqi zəmin yaranıb. Beləliklə, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində 100-ə yaxın belə sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. Bundan əlavə, sovet dövründə kolxoz və sovxozların verdiyi belə sənədləri olan digər vətəndaşlardan da həmin sənədlər yerindəcə qəbul edilib və sakinlərə yeni çıxarışların hazır olacağı və onların ünvanına çatdırılacağı tarix bildirilib.

Ardını oxu...

“Daşınmaz Əmlak” jurnalının 65-ci sayı çapdan çıxıb

Əmlak Məsələləri Dövlət Komitəsinin analitik informasiya bülleteni olan “Daşınmaz Əmlak” jurnalının 65-ci sayı nəşr olunub. Jurnal komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, tətbiq etdiyi yenilikləri əhatə edir. Torpaq idarəçiliyi və daşınmaz əmlaka dair ölkə daxilində və xaricində ən mühüm xəbərlər, hüquqi və iqtisadi dəyişikliklər, xarici ölkələrin daşınmaz əmlak sahəsində təcrübəsi barədə maraqlı yazıları özündə əks etdirir.

Bu dəfəki nömrə “Əmlak münasibətlərində mühüm dövr” başlığı altında olan məqalə ilə başlayır. Məqalədə Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş müşavirədə müzakirə olunmuş məsələlər və verilən tapşırıqlardan, komitənin 2016-cı ildə həyata keçirdiyi tədbirlərdən və əldə etdiyi nailiyyətlərdən bəhs olunur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yardımlıda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 may 2016-cı il tarixində Yardımlıda növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar  rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. 

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid müraciətlərini çatdırıblar. Müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması  ilə bağlı olub. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub.

Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Yardımlı rayonunda növbəti vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Yardımlı rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilərək 26 may tarixinə keçirilmişdir. Qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciət edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbul Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?