Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Siyəzəndə vətəndaşların müraciətlərinə baxıb

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 24 iyun 2016-cı il tarixində Siyəzəndə Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar öz müraciətlərini komitə sədrinə çatdırıblar.

Əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Vətəndaşların bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, belə torpaqlarda sərhədlərin dəqiqləşdirilməsi üçün müraciətlərini bildiriblər.

Ardını oxu...

Ağsu sakinlərinə birbaşa ünvanlarında evlərinə dair hazır çıxarışlar təqdim olunub

Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara məxsus fərdi həyət evləri və torpaq sahələrinə dair hazır çıxarışların birbaşa ünvanlardaca paylanmasını davam etdirir. Belə ki, komitənin “Kütləvi çıxarış” kampaniyası bu dəfə 22 iyunda Ağsu rayonunda baş tutub. Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən kampaniyada 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib.

Belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. Belə ki, kampaniya çərçivəsində komitənin mobil ofisləri (ayrılmış xüsusi nəqliyyat vasitələri) ünvanlara gedir, sadə, rahat və çevik şəkildə vətəndaşların çıxarışları onlara təqdim olunur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Siyəzən rayonunda növbəti vətəndaş qəbulu keçiriləcəkdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 24 iyun 2016-cı il tarixində Siyəzən rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu Siyəzəndə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Ardını oxu...

Vətəndaşlar elektron xidmətlər vasitəsi ilə daşınmaz əmlak barədə məlumatlar əldə edə bilirlər

Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət vasitəsi ilə Azərbaycan vətəndaşları sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat ala biləcəklər. Bu xidmətdən sayəsində, əmlakın həm ölşüləri və texniki göstəriciləri, həm də hüquqi  sahibi və onunla aparılan əməliyyatlar, eləcə də onun əvvəlki sahibi barədə məlumatlar əldə etmək mümkündür.

 «Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti komitənin təqdim etdiyi 31 elektron xidmətlərdən biridir. Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir.

Ardını oxu...

Yeni ünvan sistemi həm əhaliyə, həm də dövlət və özəl qurumlara faydalıdır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda beynəlxalq standartlara uyğu yeni ünvan sisteminin qurulması uğurla davam etdirilir. Bu sistem Azərbaycanda həm əhalinin, həm də dövlət və özəl qurumların faydalana biləcəyi mühüm layihədir.

Ünvan məsələsi vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm məsələlərdən biridir. Digər tərəfdən, şəhər, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, əhalinin urbanizasiyası mükəmməl ünvan sisteminin olması zərurətini artırır.

Bütün bunlar nəzərə alınaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sistem daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri təmin edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında iyunun 9-da əməkdaşlığa dair memorandum imzalanmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov və Akademiyanın rektoru Urxan Ələkbərovun imzaladığı Memorandumda tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların, analitik materialların hazırlanması nəzərdə tutulmuşdur.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elmin və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə xüsusi diqqət göstərilir.

Ardını oxu...

Daşınmaz əmlakla bağlı SMS xidmətlər rahatlıq və çevikliyi təmin edir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə verilmiş 3 SMS xidmət daşınmaz əmlakla bağlı əməliyyatlar zamanı dərhal məlumat alınmasını təmin edib. Bu xidmətlərə əmlaka çıxarış alınan zaman xidmət haqqının, qeydiyyat üçün müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəsi üzrə icarə haqqının öyrənilməsi aiddir. Vətəndaşın sadəcə müraciət üzrə bildiriş (və ya müqavilə) nömrəsini 9193 qısa nömrəsinə göndərməsi kifayət edir. SMS xidmətlərin mühüm üstünlüyü internetə ehtiyacın olmamasıdır. Xüsusi olaraq portalda və ya səhifədə qeydiyyatdan keçmək, elektron imza almaq və ya digər internet prosedurlarını istisna edir. Qısaca desək, mobil telefonun olması xidmətlərdən istifadə üçün yetərlidir.

Ardını oxu...

BİLDİRİŞ

Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında“ 894 nömrəli Fərmanının 3.2.-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin  23 may 2016-cı il tarixli, 78 nömrəli sərəncamına əsasən, 31 may 2016-cı il, 07 iyun 2016-cı il və 14 iyun 2016-cı il tarixlərində səhmdar cəmiyyətlərinin səhmlərinin satışına dair keçiriləcək pul hərracları dayandırılmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadə hallarına qarşı monitorinqləri davam etdirir

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib. Bu istiqamətdə həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.

Belə ki, komitənin torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda növbəti monitorinq və reydlər keçirib. Bu zaman Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarından Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub.

Ardını oxu...

Vətəndaşlara ünvanlarda daşınmaz əmlaka dair çıxarışlar təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaq sahələrinə dair mülkiyyət sahiblərinə 02 iyun 2016-cı il tarixində Buzovna qəsəbəsində bilavasitə yerlərdə çıxarışlar təqdim edib. Qeyd edək ki, adıçəkilən Fərmana qədər belə sənədlər mülkiyyət hüququnun tanınması üçün qanunla əsas hesab edilməyib. Yalnız bu Fərman qüvvəyə mindikdən sonra kütləvi şəkildə belə torpaq sahibi olan bir çox insanın öz əmlakına dair çıxarış alması üçün hüquqi zəmin yaranıb. Beləliklə, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində 100-ə yaxın belə sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. Bundan əlavə, sovet dövründə kolxoz və sovxozların verdiyi belə sənədləri olan digər vətəndaşlardan da həmin sənədlər yerindəcə qəbul edilib və sakinlərə yeni çıxarışların hazır olacağı və onların ünvanına çatdırılacağı tarix bildirilib.

Ardını oxu...

“Daşınmaz Əmlak” jurnalının 65-ci sayı çapdan çıxıb

Əmlak Məsələləri Dövlət Komitəsinin analitik informasiya bülleteni olan “Daşınmaz Əmlak” jurnalının 65-ci sayı nəşr olunub. Jurnal komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, tətbiq etdiyi yenilikləri əhatə edir. Torpaq idarəçiliyi və daşınmaz əmlaka dair ölkə daxilində və xaricində ən mühüm xəbərlər, hüquqi və iqtisadi dəyişikliklər, xarici ölkələrin daşınmaz əmlak sahəsində təcrübəsi barədə maraqlı yazıları özündə əks etdirir.

Bu dəfəki nömrə “Əmlak münasibətlərində mühüm dövr” başlığı altında olan məqalə ilə başlayır. Məqalədə Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş müşavirədə müzakirə olunmuş məsələlər və verilən tapşırıqlardan, komitənin 2016-cı ildə həyata keçirdiyi tədbirlərdən və əldə etdiyi nailiyyətlərdən bəhs olunur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yardımlıda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 may 2016-cı il tarixində Yardımlıda növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar  rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. 

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid müraciətlərini çatdırıblar. Müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması  ilə bağlı olub. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub.

Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Yardımlı rayonunda növbəti vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Yardımlı rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilərək 26 may tarixinə keçirilmişdir. Qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciət edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbul Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlı rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin ƏMDK) sədri Kərəm Həsənov mayın 27-də Yardımlı rayonunda vətəndaşları qəbul edəcək. Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşlar qəbul ediləcək və yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.

Ardını oxu...

Cəbhə xəttində yaşayan sakinlərin daşınmaz əmlakları sənədləşdirilir - Əmlak Məsələləri Dövlət Komitəsi Füzuli rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın «qaynar bölgələrində» - cəbhə bölgəsində yaşayan vətəndaşlara məxsus əmlakların sənədləşdirilməsini davam etdirir. Cəbhə bölgələrindəki daşınmaz əmlakların kütləvi surətdə sənədləşdirilməsi çərçivəsində mayın 20-də Füzuli rayonunda «Kütləvi çıxarış» kampaniyası keçirilib. Qeyd edək ki, komitənin sosial tədbirlərindən olan «Kütləvi çıxarış» kampaniyası vətəndaşların daşınmaz əmlaklarının tam sadələşmiş şəkildə qeydiyyata alınmasını nəzərdə tutur.

Füzulidə keçirilən kampaniyada bu imkandan bölgənin yüzlərlə sakini faydalanıb. Belə ki, 200-ə yaxın cəbhə bölgəsi sakinlərinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə rahat şəkildə mülkiyyət sənədləri təqdim edilib. Rayon sakinləri özlərinə məxsus daşınmaz əmlakları - fərdi evlər, pay torpaqları, həyətyanı torpaq  sahələri üzrə çıxarışlar əldə ediblər.

Eyni zamanda rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Kompaniya çərçivəsində bir sıra sakinlərdən mülkiyyətlərinin qeydiyyatdan keçirilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Kampaniya çərçivəsində vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb. Qeyd edək ki, bu dəfə ki, Kütləvi çıxarış kampaniyasından yararlananlar arasında apreldə cəbhə bölgəsində gedən döyüşlərin iştirakçıları da var. Belə ki, döyüşlərdə aldığı xəsarət nəticəsində əlil olmuş bir neçə hərbçimizə aid mülkiyyət sənədləri də onların evindəcə təqdim edilib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi Tərtər rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə “Kütləvi çıxarış” kampaniyasını cəbhə bölgəsi olan Tərtər rayonunda birbaşa sakinlərin ünvanlarında keçirib. 13 may tarixində keçirilən  kampaniyada 200-ə yaxın vətəndaş qeydiyyat xidmətlərindən faydalanıb. Sosial əhəmiyyətli kampaniya çərçivəsində rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Məhz cəbhə bölgəsində kampaniyanın təşkil olunmasında məqsəd Tərtər rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı xidmətlərini rahat və çevik qaydada çatdırmaqla bölgə əhalisinin mülkiyyət hüquqlarını təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. Belə ki, 200-ə yaxın rayon sakininə Komitənin mobil ofisləri vasitəsilə onların torpaq sahəsi, həyət evi, pay torpağı və digər daşınmaz əmlakına dair çıxarışlar təqdim olunub. Bəzi vətəndaşlar çıxarışla əvəz olunması üçün ilkin hüquqmüəyyənedici sənədləri təhvil veriblər.

Xatırladaq ki, belə ilkin mülkiyyət sənədlərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digərləri aiddir.

Ardını oxu...

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı Samuxda İşgüzar Forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 11 may 2016-cı il tarixində Samux rayonunda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı növbəti İşgüzar Forum keçirib.

Forum Komitənin Aparatı və tabeli qurumları, Samux Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələrinin iştirakı ilə keçirilib. Forumların keçirilməsində məqsəd Torpaqların Elektron Uçotu Sisteminin qurulması və elektron kadastr xəritələrinin hazırlanması ilə bağlı görülən işlərin mahiyyəti və nəticələrinin icra hakimiyyəti orqanları, bələdiyyələr, torpaq və digər daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri və istifadəçilərinə izahı, habelə həyata keçirilən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Ardını oxu...

Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalıqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

Ulu Öndər Azərbaycan Respublikasının gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurmuşdur.

Ardını oxu...

Vətəndaşlara ünvanlarda çıxarışların verilməsi davam etdirilir

Əmlak Məsələləri Dövlət Komitəsinin birbaşa sakinlərin ünvanlarında qeydiyyat xidmətlərini göstərən “Kütləvi çıxarış” kampaniyası 06 may 2016-cı il tarixində Zaqatalada davam etdirilib.  Son zamanlar daha da intensiv xarakter alan kampaniyada 100-ə yaxın rayon sakininə xidmət göstərilib. Belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır.

Komitənin mobil ofisləri vasitəsilə Zaqatala rayonunun bir neçə kəndində bilavasitə sakinlərin yaşadığı ünvanlarda ilkin çıxarışlar təqdim olunub və ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı monitorinqləri davam etdirir

Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların istifadəsi və mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri tərəfindən Bakı və regionlarda torpaq monitorinqlərinin keçirilməsi davam etdirilir. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdir.  

Bu dəfəki monitorinqlər torpaqların təyinatına zidd olaraq istifadəsi və zəbt olunması, qanunsuz hasarlanması,

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı İşgüzar Forumlara start verib

Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı Bakı və regionlarda İşgüzar Forumlara start verib. Forumların məqsədi respublika üzrə bu Sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və bu sahədə maarifləndirməkdir.

İlk belə Forum 03 mayda Cəlilabad rayonunda keçirilib, 04 mayda isə Masallı rayonunda keçiriləcəkdir. Forumda Komitənin Aparatı və tabeli qurumları, Cəlilabad Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib. Forumu giriş sözü ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev açıb. Xidmət rəisi bildirib ki,

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?