Daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verildi: bu məqsədlə əməkdaşlıq memorandumu imzalanıb

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir. Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı işləri daha da sadələşir. Artıq dövlət reyestrindən çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub olmadığı anındaca onlayn olaraq müəyyənləşəcək. Arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmır, vətəndaş-məmur ünsiyyəti minimuma enir.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir. Artıq dövlət reyestrindən çıxarış almaq üçün şəxslərin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı anındaca onlayn müəyyənləşəcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanacaq memorandum nəticəsində reallaşacaq.

Ardını oxu...

30 oktyabr hərracında rəqabət: 4-ü elektron olmaqla 26 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 oktyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində növbəti hərrac keçirildi. Elektron hərrac sisteminin tətbiqi ilə vətəndaşların hərracda fəal iştirakı təmin olundu. Belə ki, sistemin yaratdığı rahat müraciət imkanlarından istifadə edərək paytaxt və rayonlar üzrə 4 iştirakçı sifarişini elektron formada vermişdir. Cəlbedici və geniş çeşidli dövlət əmlaklarından 17-si iştirak etmək istəyənlərin marağına səbəb oldu. Bu dövlət əmlaklarına ümumilikdə 26 sifariş verilmişdir. Sifariş sayının seçilmiş dövlət əmlaklarının miqdarını üstələməsi hərracın rəqabət və şəffaf mübarizə şəraitində keçdiyini göstərir.

Ardını oxu...

Abşeronun torpaq inzibatçılığında yenilik: elektron kadastr uçotu işləri ilə müasir idarəetməyə keçid oldu

Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşması ilə Abşeron rayonunda torpaq idarəçiliyi daha müasir formada təşkil ediləcək. Real şəraitdə praktiki istifadəyə verilən elektron sistem sayəsində rayon ərazisini əhatə edən torpaqlar təyinatına uyğun və səmərəli formada idarə olunacaq. Artıq heç kim torpağı zəbt edə, özbaşına hasarlaya bilməyəcək. Qanundan kənar istifadə edilən torpaqlar tam dəqiqliklə müəyyənləşəcək. Belə ki, bu sistem daha effektiv dövlət nəzarətini həyata keçirməyə imkan verəcək.  

Ardını oxu...

Geniş seçim fürsətinin olduğu 27 noyabr hərracı: özəlləşməyə 195 dövlət əmlakı çıxarıldı

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə sadə prosedurlar hər bir investorun rahatlıqla hərraclarda iştirakına şərait yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda bütün fiziki və hüquqi şəxslər məhdudiyyətsiz formada iştirak edə bilər. Elektron müstəviyə keçmiş prosesdə sifariş və iştirak üçün investorun olduğu məkandan uzaqlaşmağına ehtiyac qalmır. Belə ki, hər kəs dünyanın istənilən yerindən internet vasitəsilə hərraclara qoşula bilər.

Ardını oxu...

Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının əsas hədəfi vətəndaşlara ünvanlarda rahat, sürətli və keyfiyyətli xidmətlər göstərməkdir. Abşeron rayonu üzrə müxtəlif yerlərdə reallaşan kampaniyanın mobil xidmətləri artıq paytaxtın kənd və qəsəbələrində keçirilir. Səyyar avtobusun bu həftəki dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi olacaq. Kənd sakinləri 30-31 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər bütün növ daşınmaz  əmlakın qeydiyyat xidmətlərindən yararlana biləcək.

Ardını oxu...

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçirilib

25-26 oktyabr tarixlərində Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupunun 5-ci iclası, özəlləşdirmə qurumları rəhbərlərinin isə 6-cı iclası keçirilib. Tədbirin əsas məqsədi üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatın bu sahəsinə investisiyaların cəlb edilməsidir. Eyni zamanda özəlləşmənin iqtisadiyyatdakı xüsusi çəkisinin artması ilə bağlı ideya bankının formalaşması, həm sərmayəçi, həm də dövlət üçün gəlirli özəlləşmə modelinin hazırlanması, büdcə daxilolmalarında özəlləşmənin payının artırılması əsas hədəflərdəndir.

Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Hadi Süleymanpur, Türkiyənin, İranın, Əfqanıstanın, Qırğızıstanın özəlləşmə qurumlarının rəhbərləri, həmçinin təşkilata üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri və həmin dövlətlərin Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Ardını oxu...

Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşdığı rayonlara Kürdəmir də əlavə olundu

Bütün rayon və şəhərlər üzrə dəqiq kadasr uçotu işlərinin aparılması ölkə ərazisində mövcud torpaq fondunun düzgün idarə edilməsinə şərait yaradır. Görülən işlər nəticəsində regionlar üzrə torpaq sahələrinin hüdudları dəqiq müəyyən olunur, bu da onların təyinatından kənar istifadə hallarının qarşısını alır. Torpaqların keyfiyyət göstəriciləri ilə bağlı dəqiq məlumatların sistemə yerləşdirilməsi isə kənd təsərrüfatı üzrə daha uğurlu fəaliyyətə zəmin yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin əsas funksiyalarından biri istifadəçilər tərəfindən dəqiq məlumatların sürətli formada əldə edilməsidir.

Ardını oxu...

23 oktyabr hərracında investor aktivliyi: 19 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən  hərraclarda sadə iştirak prosedurları  hər kəsin evdən, iş yerindən və internetin olduğu məkanlardan prosesə qoşulmasını təmin edir. Seçdiyi əmlakı elektron formada sifariş verən şəxs və istənilən vətəndaş özəlləşdirmədə   onlayn iştirak imkanından yararlana bilir. Müasir hərracda yaradılan şərait və cəlbedici dövlət əmlakları vətəndaşları sürətli formada dövlət əmlaklarını özəlləşdirməyə həvəsləndirir. Obyektiv və şəffaf mühit isə hərraclarda iştirakçıların sayını artırır, rəqabətli mübarizəni formalaşdırır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, müasir çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirib.

Ardını oxu...

Hərrac fürsətlərindən istifadə edərək dövlət əmlaklarının özəlləşməsində iştirak et: 20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

İnvestorlar üçün yeni biznes imkanları yaradan hərraclarda dövlət əmlaklarının özəlləşdirilməsi prosesi olduqca rahatdır. Elektron mühitdə seçim və sifariş prosedurlarından keçən istənilən vətəndaş olduğu yerdən şəffaf və müasir hərraca qoşula bilər. Özəlləşməyə çıxarılan müxtəlif kateqoriyalı dövlət əmlakları isə hər bir alıcıya geniş seçimlə bərabər, ona uyğun əmlakı rahatlıqla tapmağı da təklif edir. Hərraclarda yaranan bu fürsətlər vətəndaş marağını artıraraq rəqabətli mühiti təmin edir.

Ardını oxu...

Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyat xidmətlərini əlçatan formada göstərməkdə davam edir. Hər həftə ayrı-ayrı yerlərdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsidir. Sosial aksiyanın təklif etdiyi bütün imkanlardan yararlanmaq istəyən vətəndaşlar 22-26 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər komitənin mobil ofislərinə yaxınlaşa bilər. Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında  yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 19-da Quba şəhərində vətəndaşları qəbul edib. Qəbul çərçivəsində Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib. Komitənin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda fərdi müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, mülkiyyət hüququnun əldə edilməsi qaydası, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları ilə bağlı olub. Həmçinin vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, dövlət əmlakının özəlləşdirilməsi də vətəndaşları maraqlandıran məsələlər olub.

Ardını oxu...

Daha 7 nəfər torpağın təyinatına zidd istifadəsi ilə bağlı cərimələnib

Bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur. Qanunu bilməmək isə məsuliyyətdən azad etmir. Həmin mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələnir, barələrində müvafiq tədbirlər görülür. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq sahələrinin təyinatı üzrə istifadəsi, ərazilərin zəbt olunması və hasarlanması, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində daha 7 şəxs cərimələnib. 

Ardını oxu...

Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır.  Belə ki, kampaniya çərçivəsində bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü. Bu məqsədlə ən müasir texnoloji avadanlıqlarla təchiz edilən iri ölçülü nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Mobil qeydiyyat ofisi əvvəlcədən elan edilmiş yerlərdə, saat 9:00-dan 17:00-a qədər sakinlərin xidmətindədir. Bu vasitə ilə qeydiyyat sahəsində proaktiv xidmətlər birbaşa vətəndaşın olduğu məkana üz tutur.

Ardını oxu...

16 oktyabr hərracı: biri elektron olmaqla 9 əmlak üzrə 14 sifariş qəbul edildi

Məkan və vaxt fərqi olmadan müraciət imkanı ilə özəlləşdirmə hərraclarında sifariş və iştirak çox rahatdır. Heç bir yerə getmədən vətəndaşı əmlak sahibinə çevirən bu prosesə olan ictimai maraq isə  artmaqdadır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmədə əlverişli fürsətlər yaradan hərraclardan biri də 16 oktyabr tarixində keçirildi. Qeyd edək ki, iştirakçılar tərəfindən 9 əmlak üzrə 14 sifariş verilmişdir. Vətəndaşlardan biri isə hərrac üzrə elektron xidmətdən-onlayn sifariş prosedurundan istifadə edib.

Ardını oxu...

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Hər kəs vaxt sərf etmədən, elə olduğu yerdəcə hərracda iştirak edib dövlət əmlakına sahib ola bilər. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara təklif etdiyi onlayn qoşulma imkanı mümkün edir. Rahat, şəffaf mühitdə, heç bir məhdudiyyət və əlavə ünsiyyət olmadan sifarişçi arzu etdiyi əmlakı özəlləşdirə bilər. Müraciət prosedurları isə çox sadədir. İştirak etmək üçün kompüter və ya digər elektron resurslarla Özəlləşdirmə portalından seçim və sifariş etmək kifayətdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Quba şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 19 oktyabr 2018-ci il tarixində Quba şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib

“Kütləvi çıxarış” kampaniyası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb. Bu dəfə kampaniya eyni vaxtda bir neçə coğrafi məkanı əhatə edib. Belə ki, sakinlərə daşınmaz əmlakın qeydiyyat xidmətlərini təklif edən “Kütləvi çıxarış” kampaniyası 12 oktyabrda Şəkinin Birinci və İkinci Biləcik, eləcə də Baqqal kəndində keçirilib. Kampaniya çərçivəsində mobil ofislərə 100-ə yaxın müraciət daxil olub. Birbaşa yaşadıqları yerlərdə 50 vətəndaşa daşınmaz əmlaka dair çıxarışlar təqdim edilib. Qeyd edək ki, verilən çıxarışlardan 22-si pay torpaqlarına, 17-si fərdi yaşayış evlərinə, 11-i həyətyanı torpaqlara aiddir. Bunlardan da 18-i Birinci Biləcik kəndinin, 17-si ikinci Biləcik kəndinin, 15-i isə Baqqal kəndinin payına düşür.

Ardını oxu...

Torpaqların üst münbit qatının daşınmasının qarşısı alındı

Bəzi vətəndaşlar tərəfindən torpaqların üst münbit qatı qanunsuz olaraq müxtəlif ərazilərə daşınır. Bu isə bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, üst münbit qatının daşınması torpaqların eroziyaya uğramasına, həmin ərazilərin yararsız hala düşməsinə, torpağın üst münbit qatının korlanmasına səbəb olur. Son nəticədə, bu qanuna zidd hərəkət torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Belə halların qarşısının alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi reydlərini davam etdirir.

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?