AzNav 1 yaşını qeyd edir: 1 il ərzində 220 mindən çox yükləmə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir texnologiyaların tətbiqi ilə hazırlanmış “AzNav” 01.01.2017-ci il tarixindən - ölkənin ilk rəsmi Naviqasiya Sistemi əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında və marşrutun müəyyən olunmasında maraqlı olan digər tərəflərin istifadəsinə verilmişdir.

GPS naviqasiya sistemi "Aznav" Ünvan Reyestri İnformasiya Sistemi-nin (ÜRİS) məlumatları əsasında hazırlanıb. “Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür.

Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanın malikdir.

Ardını oxu...

Özəlləşdirmə sahəsində daha bir innovativ yenilik: Hərraclar tam elektronlaşdırıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Belə ki, 6 dekabr tarixində “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda təqdimat keçirilib.

Bu layihənin reallaşdırılması nəticəsində  bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.

Ardını oxu...

Budəfəki hərracda elektron sifarişlər üstünlük təşkil edib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Hərraclarda iştirak prosesi tamamilə elektron şəkildə həyata keçirilir. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Belə ki, xidmət vətəndaşa hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 05 dekabr tarixində keçirilən hərracda müxtəlif əmlaklar üzrə sifarişlər elektron şəkildə daxil olub. Belə ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi üzrə daxil olan sifarişlərin 3-ü elektron olaraq qeydiyyatdan keçib. Həmçinin paytaxtın Yasamal və Xəzər rayonundakı qeyri-yaşayış sahələri üçün də vətəndaşlar tərəfindən elektron olaraq sifariş edilib. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək imkanı da var.  Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən bütün hərraclar tam elektronlaşdırıldı.

Bu məqsədlə, 6 dekabr tarixində saat 10:30-da “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: rasionallıq və şəffaflıq” mövzusunda İctimai Təqdimat keçiriləcəkdir. Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olacaq və bu proses əyani nümayiş etdiriləcəkdir.

Bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlaklarını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkün olacaqdır.

Ardını oxu...

2018-ci ilin ilk hərracı elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin ilk hərracının tarixi elan edilib. Belə ki, 09 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 134 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 60-ı kiçik dövlət müəssisə və obyekti, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 18-i isə səhmdar cəmiyyətlərdir.

Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3020

Bu hərraclarda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin rəsmi saytında emdk.gov.az o cümlədən privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir. Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini seçir. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Növbəti belə qəbul 30 noyabr 2017-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Sumqayıt şəhərində keçirilib.

Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Qubadlı rayonundan olan vətəndaşlarda iştirak edərək müraciətlərini səsləndiriblər. Komitə sədri Kərəm Həsənov qəbul keçirilən gün birbaşa müraciət edən vətəndaşların da müraciətləri və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Ardını oxu...

“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans açılış və işçi sessiyası olmaqla iki hissədən ibarət olub.

Tədbirdə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev, Dubay Daşınmaz Əmlak Departamentinin Daşınmaz Əmlak üzrə İnvestisiyaların İdarəedilməsi və Təşviqi Mərkəzinin baş direktoru Məcid Saqer Al-Marri iştirak ediblər. Konfransa həmçinin 14 ölkədən, o cümlədən, Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən olan dövlət qurumlarının, eləcə də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici qurumların 100-dən çox nümayəndəsi qatılıb.

Ardını oxu...

Bakıda RecExpo Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin açılışı olub

Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 28 noyabr 2017-cı il tarixində «Baku Expo Mərkəzi»ndə RecExpo – “Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi”nin açılış mərasimi keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib. Sərgi 30 noyabr tarixinədək davam edəcək.

Sərginin açılışında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov giriş nitqi söyləyib. Bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu iqtisadi islahatlar aparılır. Bu iqtisadi islahatlar bir sıra sahələrlə yanaşı daşınmaz əmlak bazarının da dinamik inkişafına səbəb olub. Həyata keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi də bu islahatların tərkib hissəsi olaraq daşınmaz əmlak bazarında aktivliyin artmasına imkan yaradır. Qeyd edilib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi RecExpo sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir.

Ardını oxu...

Hərracda 20 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Növbəti belə hərrac 28 noyabr tarixində keçirilib. Hərracda 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 7-i kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitələridir.  Bakı  şəhəri üzrə 5 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli keçib. Paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Belə ki, əmlakın ilkin start qiyməti 25 min manat olsa da ən son 61 min  manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 100 kv.m-dən çoxdur. Bu qeyri-yaşayış sahəsi  üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.

Ardını oxu...

Hərracda müxtəlif çeşidli 136 dövlət əmlakı öz sahibini axtarır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 136 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 39-u kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

28 noyabr 2017-ci il, saat 10:30-da Baku Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək. Məqsəd daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Sərgidə 14 ölkədən 70-ə yaxın şirkətin məhsulları nümayiş olunacaq. Tədbirdə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonlar yaradılacaq. Bir mənzil üzrə uduşlu lotereyaya keçiriləcək.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edəcək.

Ardını oxu...

“Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si, habelə “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə 28-30 noyabr 2017-ci il tarixlərində Baku Expo Mərkəzində “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si keçiriləcək. Bununla yanaşı sərginin II günü, 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcəkdir. Qeyd edək ki, adı çəkilən sərginin açılışı saat 10:30-da, konfrans isə 13:30-da başlayacaq. Hər iki tədbirə KİV-nin nümayəndələri dəvət olunur və giriş sərbəstdir. Sərginin açılışı mərasimində habelə konfransda Komitə sədri cənab Kərəm Həsənov, aidiyyəti xarici dövlət qurumlarının rəhbərləri, səfirliklərin və beynəlxalq şirkətlərin nümayəndə heyətləri iştirak edəcəklər. 

Ötən il də uğurla təşkil olunan sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq.

Ardını oxu...

Hərracda 18 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Növbəti belə hərrac 21 noyabr tarixində keçirilib. Hərracda 18 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir.  Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlı rayonunda, digərləri isə Gəncə və Şəmkir şəhərində yerləşir. Hərracda sahibini  tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Sumqayıt şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 24 noyabr 2017-ci il tarixində Sumqayıt şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir. Belə ki, vətəndaş qəbulunun tarixi 30 noyabr 2017-ci il tarixinə keçirilmişdir.

Qəbul saat 11:00-da Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Qubadlı rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərracın tarixi açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların hərraclara marağını daha da artırıb. Tətbiq edilən yeniliyə əsasən vətəndaşlar hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatıla bilər. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclar keçirildiyi vaxt istənilən şəxs onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə hərracı canlı izləyə bilər.

Budəfəki hərracda müxtəlif çeşidli 68 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Ardını oxu...

Ümumilikdə paytaxtın 12, respublikanın 52 rayonunda vətəndaşlar üçün «Kütləvi çıxarış» kampaniyası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, bu sahədə sosiallığın və vətəndaş məmnuniyyətinin artırılması üzrə davamlı olaraq tədbirlər keçirir. Bu sahədə mühüm sosial layihələrdən biri olan «Kütləvi çıxarış» kampaniyası bu dəfə noyabrın 17-də Yevlax rayonunda keçirilib. Kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Bununla yanaşı həmin gün 30 sakindən gələcəkdə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyat prosedurlarının sadələşdirilməsi və müasirləşdirilməsi bu sahədə göstəriciləri artırıb: qeydiyyat ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə 15%-ə yaxın artmışdır

Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. Belə ki, Əmlakın qeydiyyatı kalkulyatorunun istifadəyə verilməsi, Qabaqcadan qeydiyyatın tətbiqi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərir. Bunu statistik göstəricilər də təsdiqləyir.

Belə ki, statistik məlumatlara əsasən 2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 161442 olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14.4% artım deməkdir. Bu göstəricinin 48083-ü (29.8%) ilkin, 113359-u (70.2%) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 31156-sı fərdi yaşayış və bağ evi, 41889-u mənzil, 81652-si torpaq sahəsi, 2980-i qeyri-yaşayış binası, 2869-u qeyri-yaşayış sahəsi, 628-i əmlak kompleksi, 118-i çoxmərtəbəli yaşayış binası, 150-si isə çoxillik əkmələr təşkil etmişdir.

Ardını oxu...

Komitəyə daxil olan vətəndaşların müraciətləri çevik cavablandırılır, operativ araşdırılır

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinə həssaslıqla baxılması, göstərilən ictimai xidmətlərdə operativlik və şəffaflığın artırılması istiqamətində işləri təkmilləşdirməkdə davam edir. Komitə xidmətlərdə vətəndaş məmnunluğunun artırılması, fəaliyyət istiqamətləri üzrə yaranan sualların tez bir zamanda cavablandırılması kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə Komitənin 193 vahid çağrı mərkəzi fəaliyyət göstərir. Eyni zamanda əhalinin müraciətlərinin operativ cavablanıdırılması üçün Komitənin facebook (https://www.facebook.com/emlakkomitesi/) və instagramda (https://www.instagram.com/emlakkomitesi/) rəsmi səhifələri mövcuddur. Bununla yanaşı emdk.gov.az veb saytının onlayn müraciət və “Privatization.az” portalının onlayn məsləhət pəncərəsi də vətəndaşların xidmətindədir. 

Ümumilikdə oktyabr ayı ərzində qeyd edilən vasitələr üzərindən 900-ə yaxın müraciət daxil olub. Onların 750-dən çoxu 193 vahid çağrı mərkəzinin, 130-a yaxını sosial şəbəkələrin, qalanı isə “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Cəmi müraciətlərin 700-ə yaxını Bakının, 180-dan çoxu isə regionların payına düşür.

Ardını oxu...

Hərraclarda hər bir sərmayəçi öz biznes portfelinə uyğun əmlak sahibi olur

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 14 noyabr tarixində keçirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir. Belə ki, Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Daşkəsəndə yerləşən Lüləli mal-qara qəbulu məntəqəsi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 636,7 kv.m təşkil edir. Torpaq sahəsi isə 58 min 408 kv.m-dir.

Ardını oxu...

Hərraca 151 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.  

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2903

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Ardını oxu...

Cenevrədə keçirilən beynəlxalq konfransda Azərbaycanın daşınmaz əmlak idarəçiliyi sahəsində uğurlarından danışılıb

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin 78-ci sessiyası keçirilib. Sessiyada ölkəmizi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sessiyada Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyası, 2030-cu ilə qədər dayanıqlı inkişaf hədəflərinin qlobal göstəricilər sistemi, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi tərəfindən son bir il ərzində həyata keçirilən tədbirlər, Avropa İqtisadi Komissiyası regionu üçün 2014-2020-ci illər üzrə Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyası və Tədbirlər Planının icra vəziyyəti nəzərdən keçirilib, habelə aidiyyəti mövzularda ölkələrin təqdimatları dinlənilib. Bununla yanaşı, sessiya çərçivəsində daşınmaz əmlak idarəçiliyi məsələləri də müzakirə edilərək, bu sahədə həyata keçirilmiş tədbirlərin icra vəziyyəti və daşınmaz əmlak idarəçiliyinin müxtəlif aktual mövzuları barədə fikir mübadiləsi aparılıb.

Ardını oxu...