Əmlak çıxarışları telefona göndərilir – DAHA BİR YENİLİK

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır. Komitənin bununla bağlı açıqlanan hədəflərinə görə, qeydiyat xidmətləri əhaliyə daha da yaxınlaşmalıdır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas prinsip - vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında olması qəbul edilib. Komitədən verilən məlumata görə, artıq bu istiqamətdə yeni yanaşmalar və layihələr reallaşdırılır.

Mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində verilməsidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə əməkdaşlığa başlayır

17 may tarixində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, bu sahədə innovasiyaların tətbiqidir.

Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçot Sistem, yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sistemi, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş etdirilib. Təqdimatda torpaq idarəçiliyindəki belə unikal layihələrin istifadə qaydaları, üstünlükləri əks olunub. Qeyd edilib ki, Mərkəzdə dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsi, daşınmaz əmlaklar və torpaqlar, milli qeydiyyat sistemi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestri kimi informasiya sistemləri formalaşdırılır və inkişaf etdirilir.

Ardını oxu...

Daha bir rayonda torpaqların elektron kadastr uçotu işlərinə start verilib

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işlər davam etdirilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir rayonda-Şamaxıda bu istiqamətdə işlərə start verilib. Bununla əlaqədar Şamaxıda mayın 16-da keçirilən tədbirdə görüləcək işlərin mahiyyəti və nəticələri izah olunub. Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış ediblər. Bildirilib ki, bu işlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq Fərmanına əsasən həyata keçirilir. Şamaxıda torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması ilə bağlı həyata keçiriləcək işlərin mahiyyəti, müddəti, vətəndaşlara izah olunub. Eyni zamanda rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilib.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq istiqamətləri, ikitərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi ilə bağlı 17 may tarixində, saat 14:00-da tədbir keçiriləcəkdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalayacaqlar.

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.

Ardını oxu...

Özəlləşdirilən əmlaklar istehsal müəssisələrinə çevrilir: yeni hərracın yekunları

Əmlak Məsələləri Dövlət Komitəsinin mayın 15-də keçirilən özəlləşdirmə hərracında 3 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 4 avtomobil özəlləşdirilib.

Hərracda ehtiyat hissələrinin satışını həyata keçirmək üçün mağaza özəlləşdirilib. Bərdə şəhərində yerləşən həmin obyektin ümumi faydalı sahəsi 55 kv.m-ə yaxın, torpaq sahəsi isə 70 kv.m-dən çoxdur. 

Özəlləşmədə alıcısını tapan sərfəli əmlaklardan biri də 5 saylı avtomobillərə qazdoldurma stansiyasıdır. İnvestorlar Lənkəran şəhərində yerləşən həmin obyekti xidmət sahəsinə cəlb edə bilərlər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 80 kv.m-dən çox, torpaq sahəsi isə 8 min kv.m-ə yaxındır.  

Ardını oxu...

Dövlət əmlakını onlayn özəlləşdir: yeni hərrac elan edildi

Dövlət əmlakını heç bir yerə getmədən, onlayn özəlləşdirməklə vaxt itirmədən biznes fəaliyyətinə başlaya bilərsiniz. İnvestorlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində keçirilən növbəti hərracda da bu üstünlüklərə sahibdirlər. Növbəti hərracda investorların seçim imkanı kifayət qədər çoxdur. Belə ki, özəlləşdirilməyə müxtəlif iqtisadi profillərə aid 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər.

Ardını oxu...

ƏMDK qanunsuz “karyerlərin” siyahısı tutub - ərazilər

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb. Nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxananlarının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb. Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti  dayandırılmışdır. Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılmışdır, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbtolunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Hazırda, 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilmişdir.

Ardını oxu...

Əmlak idarəçiliyindəki yeniliklər vətəndaş məmnunluğuna hədəflənib

Fəaliyyətdə başlıca prinsip vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir. Bu məqsədlə, əmlak idarəçiliyində tətbiq edilən yeniliklər vətəndaşların məmnunluğuna hədəflənib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu fikirləri növbəti vətəndaş qəbulunda səsləndirib.

Qeyd edilməlidir ki, komitə sədri may ayının 12-də vətəndaşların müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Cəlilabad rayonu ilə yanaşı Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müsabiqə ELAN EDİR

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Torpaq idarəçiliyi, torpaq tədqiqatı və kadastr sahəsində müasir yanaşmalar: yeni ideyalar və onların praktiki tətbiqi məsələləri” mövzusunda gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi-təqdiqat işləri üçün müsabiqə

ELAN EDİR

 

Məqalələr və layihələr 1 sentyabr 2018-ci il tarixinə qədər qəbul edilir. Müsabiqədə gənc alimlər, doktorantlar, magistrantlar və tələbələr iştirak edə bilərlər. Müsabiqə Komissiyasının qərarı ilə müsabiqənin nəticələrindən asılı olaraq, ən yaxşı 3 işin müəllifinə Diplom və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim ediləcəkdir:

I yer – 500 manat;

II yer – 300 manat;

III yer – 200 manat.

Məqalələr 5-6 səhifə həcmində elektron və çap olunmuş formada AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna təqdim olunur.

Ünvan: Az 1143, Bakı şəh. H.Cavid pros. 115

Elektron poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Telefon: (050) 590 43 88

Əlaqələndirici: coğrafiya üzrə elmlər doktoru, Zakir Namin oğlu EMİNOV

Torpaqların səmərəli istifadəsində Peyk nəzarət sistemi qurulur

Ölkədə ilk dəfə olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsində Peyk nəzarət sistemi qurulur. Artıq bununla bağlı işlərə başlanılıb. Bir sıra qabaqcıl Avropa ölkələrinin təcrübəsi araşdırılıb, kifayət qədər təcrübəyə malik Sloveniyadan olan mütəxəssislər işə cəlb edilib.

Məqsəd torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tiklilərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir.

Ardını oxu...

Əmlak Komitəsi yeni hədəflərini açıqladı:

Əmlak Məsələləri Dövlət Komitəsi əmlak idarəçiliyində qarşıdakı dövr üçün hədəflərini açıqlayıb:  

✔Əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması;

✔Özəlləşdirmənin tam elektronlaşması və şəffaflıq;

✔Dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi;

✔Torpaqların elektron kadastr uçotunun yaradılması və sistemli idarə edilməsi;

Ardını oxu...

İlkin satış qiyməti baha olmayan kifayət qədər əmlaklar özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 iyun tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 190 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i səhmdar cəmiyyətləri, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.  

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, privatization.az saytına, Elektron Hökumət portalına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Ardını oxu...

İş adamları hansı obyektləri aldılar? - SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mayın 8-də keçirilən özəlləşdirmə hərracında 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 1 avtomobil satılıb.

Hərracda satılan qeyri-yaşayış sahələrinin 4-ü Bakıda (Xətai, Nərimanov, Nizami və Nəsimi), digərləri isə Sumqayıt və Zərdabda yerləşir. Nizami rayonunda sahəsi 90 kv.m olan əmlakdan həm ofis, həm də xidmət obyekti kimi, Sumqayıtdakı 25 kv.m-lik daşınmaz əmlakdan isə gəlirli xidmət obyekti kimi istifadə etmək olar.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabad şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 12 may 2018-ci il tarixində Cəlilabad şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcək. Qəbulda Cəlilabad rayonu ilə yanaşı Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Ardını oxu...

“Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə elan edilmiş investisiya müsabiqəsinin qalibi müəyyənləşib

Əmlak Məsələləri Dövlət Komitəsi orta və iri müəssisələrin özəlləşdirilməsində yeni yanaşmaların tətbiqini davam etdirir. Bu yaxınlarda komitə vaxtilə meliorasiya və irriqasiya obyekt və qurğularının tikintisi sahəsində ixtisaslaşmış, lakin investisiya çatışmazlığı üzündən maddi-texniki bazası tam köhnəlmiş “Muğansutikinti” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsini uğurla həyata keçirmişdir.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.

Ardını oxu...

“Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə elan edilmiş investisiya müsabiqəsinin nəticələri açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyət göstərməyən sənaye müəssisələrinin fəaliyyətinin bərpası və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini ölkə başçısının müəyyən etdiyi tələblərə uyğun davam etdirir.

 “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, 24 fevral 2018-ci il tarixində komitə “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmiş, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu Müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya, sosial və ekoloji şərtlər qoyulmuşdur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən geniş müşavirə keçirilib: Yeni fəaliyyət prinsipləri açıqlanmışdır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Çıxış edən Komitə sədri Kərəm Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı, uğurlu islahatlar iqtisadiyyatın fundamental inkişafını təmin etməklə, ölkədə sosial-iqtisadi inkişaf dinamikasının stabilliyini qoruyub saxlayır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin təmin olunmasına, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Komitə sədri qarşıdakı hədəfləri açıqlayaraq bildirib ki, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndiriləcək, özəlləşdirmənin tam elektronlaşması təmin ediləcək. Həmçinin daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında prinsipi əsas götürülür. Bundan başqa torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq. Eləcə də göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, müasir kadr potensialı formalaşdırmaqla çevik idarəçilik həyata keçiriləcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bundan sonra torpaq idarəçiliyində Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin tədqiqatları istifadə olunacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı 7 may tarixində Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri cənab Eldar İbrahimov, eləcə də akademiklər, akademiyanın elmi-tədqiqat institutlarında, universitetlərin müvafiq kafedralarında çalışan alimlər, media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

Başlıca hədəf vətəndaşı xidmət məkanına yox, xidməti vətəndaşın ünvanına çatdırmaqdır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə göstərilən ictimai xidmətlərdə vətəndaş məmnunluğu artırılır. Belə ki, müasirlik amillərinin gücləndirilməsi prinsiplərinə xidmət edən sosialyönümlü aksiyalar və kampaniyalar reallaşdırılır. Əmlak sahibləri üçün qeydiyyat xidmətlərində əlçatanlığı və optimallığı təmin edən mobil qeydiyyat aksiyaları və çıxarış kampaniyalarının coğrafi məkanı və xidmət spektri getdikcə genişləndirilir. Belə ki, kampaniya təkcə ölkənin mərkəzi şəhərlərində deyil, ucqar kəndlərdə, tarlalarda, iş yerlərində də keçirilir. Aksiya hündürmərtəbəli yaşayış komplekslərini, fərdi yaşayış evlərini, pay torpaqları və digər torpaq sahələrini əhatə edir. Kampaniya zamanı əmlakın sənədləşdirilməsi ilə yanaşı, çıxarışlarla əvəz olunması üçün ilkin sənədlər toplanır, xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilir, əmlakın texniki plan ölçüləri müəyyənləşir.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı 7 may tarixində, saat 09:15-də Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, eləcə də akademiklər, elm adamları, media nümayəndələri iştirak edəcəklər. 

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?