Hərraclara onlayn qoşulmaq imkanı investorların bu sahəyə marağını artırır

Hərraclar biznes mühitində olmaq istəyənlərə geniş imkanlar yaradır. Belə ki, özəlləşməyə müxtəlif çeşiddə və münasib qiymətə dövlət əmlakları çıxarılır. Bu isə hər bir sərmayəçinin biznes layihələrinə uyğun olaraq əmlak sahibi olmasına şərait yaradır. Belə üstünlüklərlə yanaşı artıq özəlləşmə prosesinin keçirildiyi məkana gəlməklə bağlı investorların zamanını planlaşdırmağa da ehtiyac qalmır. Belə ki, funkisonallığı ilə seçilən Elektron hərracın tətbiqi bu məsələni tam olaraq həll edib. Sistem məkan və zaman məfhumunu aradan qaldırıb. İstənilən şəxs ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Ardını oxu...

Biznes mühitində olmaq istəyənlər üçün yeni imkan: 8 mayda növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 178 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 22-si səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 60-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Cəlilabad, Sabirabad, Şəmkir, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 5000 kv.m arasında dəyişir.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu

Ölkədə həyata keçirilən uğurlu islahatların indikatorundan biri olan daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər innovasiyaların tətbiqi, xidmətlərin geniş şəkildə elektron müstəviyə keçirilməsi, prosedurların sadələşdirilməsi və müddətlərin azaldılması bu sahədə iqtisadi aktivliyi artırmaqla şəffaflıq, əlçatanlıq və vətəndaş məmnunluğunu təmin edir. Bu işlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-da “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda İşgüzar Dialoq keçirilib. Tədbirdə daşınmaz əmlakın qeydiyyatı sahəsində çalışan özəl sektor, Qeyri Hökümət Təşkilatlarının nümayəndələri, rieltorlar, müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

Kütləvi informasiya vasitələrinin nəzərinə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 aprel 2018-ci il tarixində “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu” mövzusunda İşgüzar Dialoq keçiriləcəkdir. İşgüzar dialoqun keçirilməsində məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən müasir yanaşmalar, innovativ tətbiqlər və bu proseslərin vətəndaşlara qazandırdığı üstünlüklər barədə fikir və təcrübə mübadiləsi aparmaqdır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilib

Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi, şəffaflığın və səmərəliliyin artırılması, innovativ yanaşmaların tətbiqi, yerli və xarici investorların cəlb olunması ilə bağlı ardıcıl işlər görülür. Belə tədbirlərin davamı olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 6-da “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilmişdir. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Quba şəhəri ilə yanaşı Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 100-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak etmişlər.

Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar barədə maarifləndirməkdir.

Ardını oxu...

“Beyləqan rayonunda aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib

Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər müsbət nəticələrini verməkdədir. Artıq daha bir rayonda kadastr uçot işləri tam olaraq yekunlaşıb. Belə ki, Beyləqan rayonunun inzibati sərhədləri daxilində nüfuzlu xarici şirkətlərin iştirakı ilə aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri hazırdır. Əldə edilən məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsi prosesi davam edir. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Beyləqan rayonunda “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

“Kütləvi çıxarış” kampaniyası daha geniş formatda: 1 rayonun 4 kəndində qeydiyyat xidmətləri göstərilib

Ölkə əhalisi bilavasitə yerlərdə, ünvanlarında əmlakına dair çıxarış əldə edə bilərlər.  Mülkiyyət sənədi olmayanlar isə növbəti mərhələdə çıxarışla əvəz olunması üçün ilkin sənədlərini təqdim etmək imkanına malikdirlər.  Belə unikallığı və funksionallığı təmin edən isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən mobil ofislər və “Kütləvi Çıxarış” kampaniyasıdır. Komitənin bu sosial tədbiri aktiv şəkildə respublikanın bütün şəhər və rayonlarını, ucqar kəndlərini əhatə edir. Bununla daşınmaz əmlakını sənədləşdirmək istəyən vətəndaşlar dövlətin hərtərəfli dəstəyini hiss edirlər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprel ayının ilk hərracı keçirilib

Azərbaycanda özəl sektorun inkişafı ölkənin iqtisadi inkişafında başlıca faktora çevrilir. İqtisadiyyatda özəl sferanın xüsusi çəkisini artırmağa imkan verən, özəlləşmə prosesinin sürətlənməsini təmin edən hərraclar isə davam etdirilir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Elektron hərracların tətbiqi özəlləşmədə aktivliyi daha da yüksəldərək investor marağını daha da artırır. Belə ki, alıcılar onlayn hərraca qoşulmaq imkanından yararlanırlar.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 3 aprel tarixində keçirilib. Alıcıların hərraclarda aktivliyi prosesi daha da rəqabətli edib. Belə ki, Tofaş markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib. Nəhayət ilkin start qiyməti 1500 manat olan həmin avtomobil ən son 2300 manata özəlləşdirilib.  

Ardını oxu...

Budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.  

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Cəlilabad Məişət”, “Goranboy Aqrotexservis”, “İmişli Yağ Pendir” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 60-ı xidmət, 11-i iaşə, 10-u təmir, 6-sı sənaye, 6-sı kənd təsərrüfatı sahələrinə aiddir. 

Hərraca çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Sumqayıt şəhərində yerləşir. Şəhərin mərkəzində Bağlar massivi deyilən yerdə dəniz kənarında olan "Laçın" restoranı sahibi üçün əlverişli qazanc mənbəyi ola bilər.  Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 450 kv.m-ə yaxın, torpaq sahəsi isə 2400 kv.m-dən çoxdur. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin dəyərliliyini artıran amillərdəndir. Həmin obyekt investorlar üçün iaşə sahəsində olduqca əlverişlidir.

Ardını oxu...

Bakıda daha bir yeni inşa edilmiş yaşayış kompleksindəki mənzillər tam olaraq çıxarışla təmin edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə göstərilən ictimai xidmətlərdə şəffaflığın və çevikliyin daha da artırılması, xüsusilə yeni inşa edilmiş binalardakı mənzillərin çıxarışla təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür, bir sıra sosial və innovativ layihələr həyata keçirilir. Bu sahədə əlçatanlığın və məmnunluğun təmin olunması ilə bağlı mobil qeydiyyat ofisləri gündəlik olaraq vətəndaşlara xidmət göstərir və mütəmadi Kütləvi çıxarış kampaniyaları keçirilir. Bu xidmətlər vasitəsilə paytaxtı ilə yanaşı respublikanın digər şəhərlərində yerləşən evlərdə, iş yerlərində, xüsusilə də çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə bilavasitə ünvanlarda qeydiyyat xidmətləri göstərilir. Qeyd edilməlidir ki, çoxmərtəbəli binalarda Kütləvi çıxarış kampaniyası daha da intensiv həyata keçirilir, vətəndaşlar rahatlıqla bu binalardakı mənzillərinə dair çıxarış əldə edə bilirlər. Bakı şəhərində tikilən yeni yaşayış binasının çoxalması qeydiyyat prosesinin aktivləşməsinə gətirib çıxarır. Bu işlərin davamı olaraq martın 30-da keçirilən növbəti kampaniya Bakı şəhərində tikilən daha bir yeni yaşayış kompleksini əhatə edib.

Ardını oxu...

SMS göndər qeydiyyatla bağlı xidmət haqqını və icra vəziyyətini, eləcə də dövlət əmlakının icarə haqqı borcunu öyrən

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar zamanı dərhal məlumat almaq imkanı yaradır. Bu informasiyanı almaq isə olduqca sadədir. Məlumatı əldə etmək üçün internet tələb edilmir. Bu zaman 9193 SMS nömrəsi sizin köməyinizə çatır. Qeyd edilməlidir ki, daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar komitənin 3 SMS xidməti vasitəsilə həyata keçirilir. Belə xidmətlər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələb olunan xidmət haqqını və icra vəziyyətini öyrənmək mümkündür. Eyni zamanda vətəndaş dövlət əmlakının icarəyə verilməsi ilə bağlı dövlət əmlakının istifadəsi müqabilində verilən icarə haqqı borcu haqqında informasiyanı əldə edə bilər.

Ardını oxu...

Növbəti hərracda rekord göstərici: 40 dövlət əmlakı özəlləşdirilib, 7 elektron sifariş qəbul edilib və 2 onlayn hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müasir model olan Elektron hərracın tətbiqi dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərracın istifadəyə verilməsi, bu sahədə tətbiq edilən müasir yanaşmalar özəlləşmə sahəsində məmur-vətəndaş münasibətini minimuma endirir, prosesi daha da sürətləndirir. Hərraclara onlayn qatılmaqla yanaşı, elektron qaydada qeydiyyatdan keçmək, hərraclara istənilən yerdən qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Belə ki, bu yenilik hər bir vətəndaş üçün məkan amili aradan qaldırılmaqla elektron qaydada hərraclara qoşulmaq və on-layn izləmək imkanları yaradıb. Qeyd edilməlidir ki, özəlləşməyə çıxarılan dövlət əmlakları müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən bazar prinsiplərinə uyğun qiymətləndirilir. Özəlləşmə portalı vasitəsilə hərraca çıxarılan əmlaklar barəsində əvvəlcədən ətraflı məlumatın, o cümlədən əmlakın adının, sahəsinin, ilkin start qiymətinin, yerləşdiyi mövqeyinin öyrənilməsi də prosesin şəffaflığını, obyektivliyini artırır. Elə keçirilən növbəti hərracda əldə edilən müsbət nəticələr sadalananların əyani sübutudur. 

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərini sevindirib: Abşeronda “Kütləvi çıxarış” kampaniyası keçirilib

Daşınmaz əmlak bazarının canlanması, bu sahədə iqtisadi aktivliyin təmin edilməsi, sənədli əmlakların sayının artması prioritet istiqamətlərdəndir. Bu bazarın dinamikliyini təmin edən qeydiyyat xidmətlərinin sadələşdirilməsi, belə xidmətlərin vətəndaşlara daha rahat üsullarla çatdırılması isə inkişaf prinsiplərinin tərkib hissəsidir. Məhz daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən olan “Kütləvi çıxarış” kampaniyası da bu məqsədə xidmət edir. “Kütləvi çıxarış” kampaniyası əhatə dairəsi genişləndirməkdə davam edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 aprel tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 90 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Cəlilabad, Mingəçevir, Goranboy, İsmayıllı və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 25 kv.m ilə 9297 kv.m arasında dəyişir.

Ardını oxu...

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqını onlayn olaraq həm öyrənə, həm də ödəyə bilərlər

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri xidmət haqqından daxil olan vəsait hesabına özünümaliyyələşdirmə qaydasında fəaliyyət göstərir. Xidmət haqqının tutulduğu hallar və onun tarifləri isə Tarif  Şurasının 31 iyul 2009-cu il tarixli qərarı ilə müəyyən edilmişdir.

Daşınmaz əmlakın qeydiyyat ilə bağlı göstərilən xidmətlərin tarif cədvəlini Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalının (www.e-emdk.gov.az) “Xidmət haqqları” bölməsindən, eləcədə Tarif Şurasının saytından (tariffcouncil.gov.az) əldə etmək olar. Vətəndaşlar müraciətləri üzrə xidmət haqqı barədə məlumatları “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” elektron xidmətindən də öyrənə bilərlər.

Ardını oxu...

Qazax rayonunun bir neçə sərhəd və cəbhə bölgəsində yerləşən kəndlərində “Kütləvi çıxarış” kampaniyası keçirilib

Vətəndaşlara göstərilən ictimai xidmətlərdə əlçatanlığın artırılması, xidmətlərin daha rahat üsullarla əhaliyə, xüsusilə də sərhəd və cəbhə xəttinə yaxın yerləşən rayonlarda, ucqar kəndlərdə yaşayan sakinlərə çatdırılması dövlətin daim diqqət mərkəzindədir. Həmin ərazilərdə yaşayan sakinlərin məmnunluğunun artırılması üçün digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də genişmiqyaslı işlər, sosial kampaniyalar həyata keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində belə ərazilərdə yaşayan sakinlərin birbaşa olaraq ünvanlarına gedərək qeydiyyat xidməti göstərib, çıxarışlar təqdim edib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüş olub

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi çərçivəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi barədə fikir mübadiləsinin aparılmasıdır. Eyni zamanda bu istiqamətdə reallaşacaq birgə layihələrdə iştirak, qarşılıqlı əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi də görüşün əsas vəzifələrindəndir.

Nümayəndə heyətini səmimi salamladıqdan sonra Komitə sədri əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Komitə sədri bu genişmiqyaslı islahatların, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarəedilməsi, daşınmaz əmlak idarəçiliyi sahələrinin ölkə üçün aktuallığını qeyd edib.

Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq əlaqələrindən, habelə daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamətlərdəndir. Özəlləşdirilmə prosesinin sürətləndirilməsi isə mövcud iqtisadi inkişafın dinamikliyini təmin edir. Bu istiqamətdə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edilir, elektron xidmətlərin sayı genişləndirilməklə əlçatanlıq artırılır, prosedurlar sadələşdirilir.

Bildirilib ki, özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar keçirilir. Bu sahədə innovativ layihələrindən biri olan, funskionallığı ilə seçilən elektron hərracların tətbiqi də Azərbaycanın özəlləşmə prosesi tarixində yeni mərhələnin başlanğıcı oldu. Sistem dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Özəlləşməyə müxtəlif iqtisadi sahələri əhatə edən səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, eləcədə nəqliyyat vasitələri çıxarılır. Qeyd edilib ki, əmlaklara investorların cəlb edilməsi, yatırılan sərmayənin həcminin artırılması, özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, o cümlədən bu sahədə şəffaflığın və çevikliyin təmin edilməsi məqsədilə “Özəlləşdirmə portalı” da fəaliyyət göstərir. Burada həmin əmlaklar barəsində məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi informasiyalar yer alıb.

Komitə sədri xarici dövlətləri təmsil edən, o cümlədən Türkiyədən olan potensial investorların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində fəal iştirakı üçün ölkədə münbit investisiya mühitinin olduğunu da vurğulayıb.

Qeyd edilib ki, Türkiyə-Azərbaycan İş Şurası 1991-ci ildə Avrasiya İş Şuraları çərçivəsində təsis edilib. Şura iki ölkə arasında regional iqtisadi və sosial əməkdaşlığı gücləndirmək üçün “əkiz şəhərlər” yanaşması üzrə əlaqələrin qurulması fəaliyyətini həyata keçirir. Məqsəd Türkiyə və Azərbaycandan olan özəl şirkətlər və iş adamlarını toplamaqla ölkə iqtisadiyyatının inkişafını, eləcədə hər iki ölkədən olan investorlar arasında iqtisadi əlaqələrin qurulmasını təmin etməkdir.

İkitərəfli görüş səmimi dostluq və mehribanlıq şəraitində keçib. Görüşdə Türkiyənin və Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.

13 mart hərracının nəticəsi: budəfəki hərracda 19 dövlət əmlakı özəlləşdirilib, o cümlədən 2 dövlət əmlakının hərracı rəqabətli olub

Müxtəlif çeşiddə və münasib qiymətə əmlak sahibi olmaq istəyənlər üçün hərraclar unikal vasitədir. Hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşməyə çıxarılan dövlət əmlakına sahib ola bilər. Bu üstünlüklərlə yanaşı artıq özəlləşmə prosesinin keçirildiyi məkana gəlməklə bağlı investorların zamanını planlaşdırmağa da ehtiyac qalmır. Belə ki, funkisonallığı ilə seçilən Elektron hərracın tətbiqi bu məsələni tam olaraq həll edib. Sistem məkan və zaman məfhumunu aradan qaldırıb. İstənilən şəxs ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Ardını oxu...

Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə: “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərininin təkmilləşdirməsi, torpaqların elektron uçotunun aparılması istiqamətində müvafiq tapşırıqlar verir. Ölkə başçısının “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanına uyğun olaraq bütün ölkə üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublika üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Bu işlərin həyata keçirilməsində beynəlxalq təcrübə öyrənilib və layihəyə işlərin icrası məqsədi ilə xarici şirkət cəlb olunub. Görülən işlər nəticəsində 14 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb. Artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsinə start verilib. Bu məqsədlə ilk dəfə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 12-də Salyan rayonunda “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində başlıca məqsəd Salyan rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu istiqamətdə işlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Salyan rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Tədbirdə çıxış edən xarici şirkətin nümayəndəsi bildirib ki, layihə zamanı torpaqların çöl-geodeziya və mühəndislik işləri həyata keçirilib. Görülmüş işlərin keyfiyyətinə nəzarət Avropa ekspertləri tərəfindən aparılmışdır.

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat keçirilib. Təqdimatda Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Salyan rayonunun bələdiyyə hüdudları daxilində 80 min hektara yaxın torpaq sahəsinin mövcudluğu müəyyən edilmişdir. Bunun da 40 min hektardan çoxu əkin, 569 hektarı çoxillik əkmələr təşkil edir. Həmçinin bəlli olmuşdur ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 52 %-ni təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir. Uçot işinin nəticələri göstərir ki, rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlarda 69 hektar ərazidə 200-dən artıq qeyri-qanuni tikili vardır. Uçot prosesində həmçinin Salyan rayonunda 5000-dən artıq halda pay torpaqlarında normadan artıq torpaq sahələrinin istifadə edildiyi müəyyənləşdirilmişdir. Həmçinin torpaq islahatı aparılan zaman rayonun bələdiyyə hüdudları daxilində 35 min hektar əkin sahəsi olduğu halda, hazırda uçot əsasında 40 min hektardan çox əkin sahəsinin mövcudluğu aşkar edilmişdir.

Qeyd edilmişdir ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçot işi aparılmışdır. Belə ki, tədqiq olunan ərazilərin 15,1 min hektarında zəif, 12 min hektarında orta, 15 min hektara yaxınında isə şiddətli şorlaşma qeydə alınmışdır. Torpaqların keyfiyyət göstəricilərinə dair elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin mövcudluğu bu ərazilərdə hansı aqrokimyəvi və meliorativ təbirlərin aparılması ilə bağlı optimal qərarların qəbul edilməsinə imkanlar yaradır. Başqa sözlə, azyararlı torpaqların intensiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə və rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaranır.

 

Uçot işi nəticəsində hazırlanmış Salyan rayonun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Torpaqların iqtisadi qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərdə hansı növ bitkilər əkilməklə daha çox məhsul əldə etmək mümkünlüyü dəqiqləşir.

Eyni zamanda rayonun tərtib edilmiş xəritələrində hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri müəyyən edilib ki, bu da istifadədəki uyğunsuzluqları aradan qaldırır. Torpaq uçotu məlumatları həmçinin zəbt olunmuş, qanunsuz tikililərin, istifadədən kənar qalan torpaq sahələri müəyyənləşdirməyə şərait yaradır ki, bu da rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.

Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına zəmin yaradıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin ististamara verilməsi mülkiyyət hüququna dair çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işini daha sadə və çevik şəkildə həyata keçirməyə imkan yaradır. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətinin də elektron müstəviyə keçirilməsinə zəmin yaradır.

Qeyd edilməlidir ki, gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin nümayişi ilə bağlı tədbirlər davam etdiriləcək. 

  

Budəfəki hərracda münasib qiymətə, hətta 800 manata da əmlak tapmaq olar

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Budəfəki hərraca 121 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 37-si kiçik dövlət müəssisəsi, 56-sı qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.  

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 6-sı kənd təsərrüfatı, 4-ü sənaye, 6-sı iaşə, 6-sı təmir sahələrinə aiddir. 

Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Gəncə şəhərində yerləşir. Şəhərin mərkəzində  Yeni Gəncə qəsəbəsi, Heydər Əliyev adına parkın ərazisində olan 69 saylı ictimai iaşə sahibi üçün qazanc mənbəyi ola bilər.  Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kv.m-dir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi sədri Hacıqabul rayonunda vətəndaşların müraciətlərini dinləyib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 9 mart tarixində Hacıqabul rayonunda vətəndaşların müraciətlərini dinləyib. Qeyd edilməlidir ki, komitə sədri tərəfindən qəbul zamanı daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində qaldırılan məsələlərin, müraciətlərin operativ həll edilməsi və yaranan sualların cavablandırılması istiqamətində tapşırıqlar verilib.

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?