İyulun son hərracına hansı dövlət əmlakları çıxarıldı ?

Ölkədə özəlləşdirmə prosesini sürətləndirən, heç bir maneə olmadan, şəffaf mühitdə  təşkil olunan hərraclar vətəndaşların dövlət əmlaklarına sahib olma həvəsini artırır. Özəlləşən müəssisələr dövlət büdcəsinə daxil olan gəlirləri artırır, investorların müxtəlif biznes sahələrində sahibkarlıq fəaliyyətini genişləndirir. Bu da ölkədə mövcud iqtisadi və sosial vəziyyətə müsbət təsir göstərir. Hərrac xidmətlərinin elektronlaşdırılması  birbaşa olaraq vətəndaş məmnunluğuna və əlçatanlığın təmin olunmasına yönəlib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstana səfər edib

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanın Tbilisi şəhərinə səfər edib. Səfər çərçivəsində Gürcüstanın Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Xidmət Agentliyi, eləcə də İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, lisenziyaların verilməsi üzrə səlahiyyətli qurumun nümayəndələri ilə görüşlər keçirilib. Məqsəd dövlət əmlakının özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xüsusilə elektron hərracların təşkili ilə bağlı Gürcüstan təcrübəsinin öyrənilməsi, bu sferanın təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılması, o cümlədən kadrlara seminar və treninqlərin keçirilməsidir.

Ardını oxu...

Qəbul qaydaları

Namizədlərə dair tələblər

  1. 18-30 yaş arası
  2. Təhsil: ali
  3. Kompüter bacarıqları və dil bilikləri.

Könüllü olmaq istəyən şəxs “Könüllü ol” bölməsinə daxil olmaqla müvafiq müraciət anketini dolduraraq müraciətini göndərir. Tələblərə uyğun gələn namizəd müsahibə mərhələsinə dəvət olunur. Müsahibədə uğur qazanan könüllü ilə 2-3 ay müddətinə müqavilə bağlanılır və könüllülük fəaliyyətinə başlanılır. Fəaliyyət müddətləri ərzində könüllülər müvafiq sahələr üzrə təlimlərə cəlb ediləcəklər.

Müqavilədə nəzərdə tutulmuş öhdəliklərə əməl etməklə müəyyən edilmiş müddət ərzində fəaliyyətlərini bitirən könüllülərə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi sertifikat və xasiyyətnaməsi verilir.

 

ƏMDK-dan xəbərdarlıq: Əkin sahələrini yandıranlar cərimə olunacaqlar

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır.

Komitə tərəfindən aparılan müşahidələrə əsasən, mövsümi biçin işlərinin başlanması nəzərə alınaraq kənd təsərrüfatı məhsulları əkilmiş, o cümlədən taxıl sahələrinin biçinindən sonra yandırılması halları müşahidə edilir. Əhalinin nəzərinə çatdırılır ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnəcəklər. Əhalinin nəzərinə çatdırılır ki, İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

İyunun son hərracında səhmdar cəmiyyəti də özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məkan məfhumu olmadan özəlləşdirməni mümkün edən iyunun son hərracı  reallaşdı. 27 iyun tarixində keçirilən hərracda elektron sifarişlərin verilməsi, prosesə onlayn qatılmaq və izləmək imkanı vətəndaşlara uyğun iştirak şəraitini təmin etdi.

Budəfəki hərracda təmir-tikinti və elektrik quraşdırma sahəsi üzrə fəaliyyət göstərən Yevlax Tikinti-7 Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirildi. Belə ki, Yevlax şəhəri, İnşaatçılar küçəsində yerləşən səhmdar cəmiyyətinin 30% səhm paketi sahibini tapdı. Hərracda özəlləşdirilmiş səhm zərfinin nominal dəyəri 20 min 754 manatdır.

Ardını oxu...

Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6 faiz yerinə yetirilmişdir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının, o cümlədən torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən  dövlət büdcəsinə 3,76 milyon manat vəsait ödənilmişdir ki, bununla Proqnoz Tapşırıq 151,6% yerinə yetirilmişdir. Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilmişdir (Proqnoz Tapşırıq 114%). Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin köçürülmüşdür.

Ardını oxu...

24 iyulda növbəti hərrac baş tutacaq: Olduğun yerdən onlayn hərraca qoşul

Elektron hərracın tətbiqi investorları prosesə cəlb edərək özəlləşdirməni sürətləndirir, bu sahədə aktivliyi və dinamikliyi təmin edir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını əsas tutaraq məhdudiyyətsiz formada hərrac prosesini hər kəsə təklif edir. Belə ki, prosesə qoşulmaq istəyən şəxslər onlayn formada müraciət edərək, hərracda iştirak şansını qazana bilər. İştirakçılarla bərabər istənilən şəxsin hərracı izləmək imkanının olması isə prosesin şəffaflığının göstəricisidir.

Operativlik, əlçatanlıq kimi cəhətləri özündə əks etdirən növbəti hərrac 24 iyulda baş tutacaq. Budəfəki hərraca iş yerlərinin yaradılmasını mümkün edən, investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir. Prosesdə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.

Ardını oxu...

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Siyəzən rayonunda istifadəyə verildi

Ölkə ərazisində sürətli formada həyata keçirilən Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Siyəzən rayonunda praktiki istifadəyə verildi. Bu günə qədər bu layihənin praktiki istifadəsi 7 rayonda reallaşıb. Komitəsi tərəfindən uçot işinin praktiki istifadəsi reallaşan rayonlarda görülən işlər barədə məlumatlandırma ilə bağlı ictimai təqdimatlar keçirilir. 

Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 iyun tarixində “Siyəzən rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda İctimai təqdimat keçirilib. Bunun nəticəsində həmin rayonda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verildi.

Ardını oxu...

Ünvanınıza gələn mobil ofislərə müraciət et, çıxarışını al: “Kütləvi çıxarış” kampaniyası bu dəfə Cəlilabadda

Əmlak Məsələləri Dövlət Komitəsi hər zaman öz fəaliyyətində müasir və innovativ üsulları tətbiq edərək vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəldir, əlçatanlığı təmin edir. “Xidmət vətəndaşın ünvanındadır” prinsipinə uyğun olaraq keçirilən sosial aksiyalar vasitəsilə kütləvi şəkildə əhali əmlaka dair çıxarışlarla təmin olunur.  Növbəti belə kampaniya 22 iyun tarixində reallaşdı. Kampaniyanın budəfəki ünvanı Cəlilabad rayonu oldu. Kampaniya zamanı rayonun Cəlilabad və Göytəpə şəhərləri, habelə, Muğan, Qarazəncir, Maşlıq kəndlərinin sakinlərinə ünvanlarda qeydiyyat xidmətləri göstərilib.

Ardını oxu...

ƏMDK qanunsuz süni balıq göllərini araşdırır

Ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirləri nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilmiş və onlar barəsində məlumat bankı yaradılmışdır.

Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir.

Ardını oxu...

Özəlləşdirilən dövlət əmlakları biznes layihələrinin reallaşmasını mümkün edir: Növbəti hərracda 21 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə keçirilən hərraclarda elektron üsulların tətbiqi investorların bu sahəyə marağını artırır. Hərraca çıxarılan dövlət əmlaklarının iqtisadi cəhətdən müxtəlif sahələrə aid olması isə iştirakçılara geniş seçim imkanı verməklə arzuladıqları biznes layihələrini reallaşdırmalarına şərait yaradır. Bu da ölkədə özəl sektorun inkişafına dəstək olur.

Komitə tərəfindən keçirilən növbəti belə hərrac 20 iyun tarixində baş tutdu. Rəqabətli keçən hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirildi. Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir.

Ardını oxu...

Daha 2 rayonda torpaqların elektron kadastr uçot işlərinə başlanıldı

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri davam etdirilir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması istiqamətində tədbirlər müxtəlif bölgələri əhatə etməkdədir.  

Ardını oxu...

“DÖVLƏT MÜLKİYYƏTİNİN İDARƏ EDİLMƏSİNİN ÖLKƏNİN DAVAMLI İNKİŞAFINDA ROLU

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çətin iqtisadi və siyasi vəziyyətlə üzləşmişdir. Həmin dövrdə müstəqilliyin qorunub saxlanılması ölkə qarşısında duran ən vacib məsələ idi. Dövlətçiliyimizin möhkəmləndirilməsində ölkənin iqtisadi potensialının gücləndirilməsi və iqtisadi müstəqilliyin təmin olunması mühüm əhəmiyyət kəsb edirdi.

Belə bir ağır şəraitdə, 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin siyasi və iqtisadi inkişafında dönüş nöqtəsi oldu. Ölkədə siyasi və makroiqtisadi sabitlik bərqərar oldu, qısa bir zamanda siyasi və iqtisadi islahat proqramları hazırlanaraq həyata keçirilməyə başlandı. Qeyd olunan problemlərin həllində Ümummilli lider Heydər Əliyevin qətiyyətli addım atması və 70 ildən çox bir dövrdə formalaşmış dövlət əmlakının liberallaşdırılması barədə qərarın verilməsi ölkədə dövlət mülkiyyətinin səmərəli şəkildə idarə edilməsinin əsasını qoydu. İqtisadi model olaraq bazar iqtisadiyyatına keçid müəyyən olundu, ölkədə özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi məsələlərinin həlli istiqamətində tədbirlərə başlanıldı. Nəhayət, 1995-ci ildə Özəlləşdirmənin I Dövlət Proqramı (1995-1998-ci illər üzrə) qəbul edildi, ticarət, xidmət və ictimai iaşə müəssisələri tam olaraq özəlləşməyə açıldı, bir sözlə, özəlləşdirməyə start verildi.

Ardını oxu...

“Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə təşkilatçılığı ilə iyunun 12-də “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“  mövzusunda konfrans keçirilib. Tədbirdə komitənin, Dünya Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, o cümlədən müstəqil iqtisadçı ekspertlər, ictimai təşkilatlar və media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

10 iyul hərracına hansı dövlət əmlakları çıxarıldı?

Vətəndaşların məmnunluğunu daima öz fəaliyyətində əsas tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. Bu sahədə elektron hərracın tətbiqi isə vaxta qənaətə və rahatlığın təminatına yönəlib. Komitə xidmətlə vətəndaş arasında məsafəni minimuma endirərək  şəffaf, məhdudiyyətsiz mühitdə hərrac prosesini təklif edir. Elektron formada seçim və sifariş prosedurlarının sadəliyi, o cümlədən, hərraca onlayn qatılaraq iştirak etmə və izləmə imkanı bu sahəyə olan ictimai marağı yüksəldir.

Hərracların keçirilməsində məqsəd isə dövlət əmlaklarının investorlar tərəfindən özəlləşdirilərək onların yüksək fayda və səmərə verməsinə nail olmaqdır. Komitə tərəfindən növbəti hərrac iyul ayının 10-da baş tutacaq. Qeyd edək ki, bu hərraca 164 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 97 kiçik dövlət müəssisə və obyektləri, 67 qeyri-yaşayış sahələri arasında seçim etmək şansı var.

Ardını oxu...

Kütləvi informasiya vasitələrinin nəzərinə: “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə təşkilatçılığı ilə 12 iyun tarixində, saat 08:45-də, Marriott Hotelinin “Şərq” zalında “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçiriləcəkdir. Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi, İqtisadiyyat nazirliyinin, Maliyyə nazirliyinin əməkdaşları, müstəqil iqtisadçı ekspertlər və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

Konfrans çərçivəsində dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün maliyyə monitorinqi alətləri və sistemi təqdim edilərək, Hökumət, onun qurumları və dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat axınının inzibatçılığını təkmilləşdirmək və Azərbaycanda dövlət müəssisələrinə dair islahatların aparılmasının davam etdirilməsi barədə qərarların qəbul edilməsi sahəsində müzakirələr təşkil ediləcəkdir.

Torpaqların elektron kadastr uçotu bu sahədə idarəçiliyin daha sistemli və effektiv aparılacağına zəmin yaradır

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq Fərmanına əsasən yaradılan, mükəmməl layihə olan torpaqların elektron kadastr uçotu bu sahədə idarəçiliyin daha sistemli və effektiv aparılacağına imkan verir. Belə məqsədlə həyata keçirilən işlərin miqyası genişləndirilir. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən vətəndaş qəbulunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov səsləndirib. Qeyd edilməlidir ki, komitə sədri iyun ayının 9-da vətəndaşların müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İsmayıllı rayonu ilə yanaşı Qəbələ, Oğuz rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.

Komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, torpaqların mükəmməl kadastr uçotunun formalaşdırılması, torpaqların elmi əsaslarla idarəedilməsinə, ölkənin torpaq balansının dəqiqləşdirilməsinə, vahid torpaq bazasının yaradılmasına zəmin yaradır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə universitetlərinin tələbə, magistr və məzunları ilə olan görüşlərini davam etdirir

Azərbaycan Memarlıq və İnşaat Universitetində məzun, tələbə və magistrlər ilə Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” mövzusunda görüş keçirib.

Görüşün məqsədi komitənin fəaliyyət sahələri, strukturuna daxil olan və tabeliyindəki qurumlarda işə qəbul qaydaları, o cümlədən bununla bağlı həyata keçirilən könüllük proqramı haqqında məlumatlandırmaqdır. Eyni zamanda müvafiq ixtisaslar üzrə tələbələrin, gənc məzunların komitədə istehsalat təcrübələri keçmələri üçün universitetlərlə əlaqələrin genişləndirilməsi də əsas vəzifələrdəndir.

Ardını oxu...

Seçim et, sifariş ver və özəlləşdir: özəlləşdirilən əmlaklar haqqında məlumatları necə və haradan əldə etməli?

Özəlləşdirilən müəssisələr haqqında bütün məlumatlar vətəndaşlar üçün açıqdır. Sadəcə “Özəlləşmə portalına” (privatization.az) və komitənin emdk.gov.az internet saytına daxil olmaqla bu informasiyaları əldə etmək mümkündür. Komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində belə məlumatlar dərc edilir. Bu məlumatlar hər hansı bir müəssisə və dövlət əmlakı özəlləşdirilməyə çıxarılmamışdan bir ay öncə ictimaiyyətə geniş şəkildə açıqlanır. Özəlləşdirmə, o cümlədən hərraclara çıxarılan əmlaklar və hərracın nəticələri ilə bağlı da operativ məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.

Səhmdar cəmiyyətlərinin səhmlərinin hərraclarda özəlləşdirilməsi ilə bağlı məlumatlarda müəssisənin adı və təsis tarixi, hüquqi ünvanı, nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi həcmi, bir səhmin nominal dəyəri, satışa çıxarılmış səhmlərin sayı və nominal dəyəri, onların ilkin hərrac qiyməti, ilkin hərrac qiymətinin 10 faiz hesablanmış behin məbləği kimi informasiyalarla tanış olmaq mümkündür.

Ardını oxu...

Bakı Dövlət Universitetinin tələbə, magistr və məzunları ilə görüş keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məzun, tələbə və magistrlər ilə Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” mövzusunda görüş keçirilib.

Görüşün məqsədi komitənin fəaliyyəti haqqında informasiya vermək, həyata keçirilən könüllük fəaliyyəti və işə qəbul haqqında məlumatlandırmaqdır. Eyni zamanda daha çox könüllülərin cəlb edilməsi, gənc məzunların, tələbələrin bilik və bacarıqlarının artırılması üçün universitetlə əlaqələrin genişləndirilməsidir.

Ardını oxu...

Milli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimat olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi əmlak idarəçiliyində də uğurlu islahatlar həyata keçirilir. Bu sahədə reallaşan mükəmməl layihələrdən biri də ölkə üzrə torpaqların elektron kadastr uçotu işlərinin aparılmasıdır. Bir neçə rayonda bu layihə tam olaraq yekunlaşıb və əldə edilən nəticələr elektron şəkildə aidiyyəti qurumlara təhvil verilib. Görülən işlərin nəticələri ilə bağlı ictimaiyyətə informasiya verilir, təbliğat işləri həyata keçirilir. Bu istiqamətdəki işlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 6-da Milli Məclisin Aqrar siyasət komitəsində “Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimat olub.

Məqsəd kadastr uçotu ilə əlaqədar görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı məlumatlandırmaqdır.

Ardını oxu...

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?