Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlərə dair geniş müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi sahələrdə aparılan islahatlar dövlət idarəetməsinin modernizasiyasına, beynəlxalq təcrübənin öyrənilməsinə və yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəlib. İnkişaf strategiyası çərçivəsində makroiqtisadi sabitliyin təmin edilməsi, şəffaflığın artırılması, korrupsiyanın aradan qaldırılması, dövlət xərclərinə nəzarətin gücləndirilməsi qarşıya qoyulan tapşırıqların məğzini təşkil edir.

Ardını oxu...

İnvestorların biznes ideyalarını reallaşdıracaq növbəti imkan: Bu dəfə özəlləşdirilməyə 151 dövlət əmlakı çıxarıldı

Bütün investorlar vaxt itirmədən, təyin olunmuş yerə getmədən də dövlət əmlaklarının özəlləşdirilməsində iştirak edə bilər. Bunu mümkün edən Elektron hərrac sistemi seçim, sifariş, iştirak, qeydiyyatdan keçmədən prosesi izləmək prosedurlarını onlayn formada vətəndaşlara təqim edir.  Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti  belə hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 avqust tarixində keçiriləcək. Budəfəki hərraca 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisəsi, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.  

Pambıqçılıq, quşçuluq, təmir-tikinti, nəqliyyat və digər iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri paytaxtla bərabər Saatlı, Beyləqan, Goranbay kimi rayonlarda yerləşir. Belə dövlət əmlaklarına “İsmayıllı Təmir Tikinti”, “Salyan broyler”, “Sabirabad Təmir-tikinti”, “Biləsuvar Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Ardını oxu...

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir: Azərbaycan, Gürcüstan və Almaniyanın aidiyyəti qurum rəhbərləri arasında görüş olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində, digər sahələrlə yanaşı dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsində də inkişafa nail olunub. Ölkə başçının tapşırıqlarına əsasən bu sahədə yüksək göstəricilərin əldə olunması məqsədilə xarici ölkələrin praktikası öyrənilir, aparılan təcrübə mübadiləsi genişləndirilir.

Bu istiqamətdə həyata keçirilən işlərin davamı olaraq iyulun 20-də Tbilisi şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi, Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsi ilə birlikdə 3 tərəfli görüş keçirilib.

Səfər çərçivəsində Kərəm Həsənov, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iyulun 20-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu...

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Daşınmaz əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa ehtiyac qalmır. Bu məqsədlə komitə 16 iyul tarixindən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib. Abşeron rayonun Ceyranbatan qəsəbəsində reallaşan ilk belə sosial layihənin növbəti ünvanı rayonun Saray qəsəbəsi olacaq. 23-27 iyul tarixlərində qəsəbənin V.Axundov küçəsi, 28 ünvanında reallaşacaq kampaniya zamanı ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ünvanı Saray qəsəbəsi olacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonunun Saray qəsəbəsi olacaq. Belə ki, sakinlər 23-27 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər qəsəbənin V.Axundov küçəsi, 28 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər.

Vətəndaşlar tərəfindən müsbət qarşılanan kampaniyanın üstünlüyü onun effektiv təsir imkanlarını artırır. Belə ki, digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə Abşeron rayonunun Saray qəsəbəsinin əhalisi qeyd edilən tarixdə və vaxtda göstərilən ünvanlarda fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər. 

 “Vətəndaş xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında” hədəfinə uyğun olaraq keçirilən kampaniya vasitəsilə vətəndaşlar daşınmaz əmlaka dair qeydiyyat xidmətlərindən rahatlıqla faydalana bilirlər. Qeydiyyat xidmətlərində əlçatanlığın, şəffaflığın təmin olunması, sənədləşmənin əhalinin geniş kütləsini əhatə etməsi bu sosial layihənin əsas amalıdır.

Kampaniya zamanı sakinlər fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları ilə bağlı sənədlərini təqdim edə bilərlər. Mobil ofislər vasitəsilə isə əmlaklar daha sadə və innovativ üsullarla rəsmi qeydiyyata alınır. Bu kampaniyalar məmur-vətəndaş ünsiyyətini, digər kənar əlaqələrin aradan qaldırılmasına imkan verir.  Beləliklə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial layihə əhalinin geniş təbəqəsini sənədləşmə prosesinə cəlb etməklə operativ xidmət, üstün keyfiyyət prinsiplərinə əməl edir.  

Bu kampaniya ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər. Bununla bağlı vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumatlandırılacaqlar.

Qeyd edilməlidir ki, ilk belə kampaniya Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşıb. Bu zaman 100-ə yaxın müraciət olunub və 70-ə yaxın sənəd qəbul edilib. Sənədlər əsasən fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə aid olub. Əmlakını qeydiyyata alan sakinlərdə dövlət rüsumu və xidmət haqqı barədə sual yaranmır. Onlar komitənin rəsmi internet saytına (emdk.gov.az) daxil olaraq “Əmlakın qeydiyyatı kalkulyatorundan” ödəniləcək məbləği əvvəlcədən öyrənə bilərlər. Bundan başqa vətəndaşlar mövcud çıxarışlarını elektron şəkildə də əldə etmək imkanına malikdir.  

Kampaniya çərçivəsində sakinlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı lazımi məlumatları özündə əks etdirən informasiya bukletləri və bildirişlər paylanılıb.

Qeyd edilməlidir ki, qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim etmək olar.

Xəzər dənizinin mühafizə zolağındakı torpaqların monitorinqi aparılıb: hansı qanun pozuntuları aşkarlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir.

Reydlər nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də  Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə  zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirilib. Nəticədə qanunvericiliyin  tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Belə ki, monitorinqlər nəticəsində Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qeyri-qanuni tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması aşkar edilmişdir. Həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.

Ardını oxu...

Hərracda Tovuzdakı dövlət əmlakı 2 sifarişçi arasında rəqabət yaratdı

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda innovativ üstünlüklər və şəffaf mühit Bakı ilə yanaşı bölgələrdə də ictimai marağı artırır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 iyul tarixində keçirilən hərracda Tovuzda yerləşən dövlət əmlakı rəqabətli mühit yaratdı. Belə ki, Sabir küçəsində yerləşən, ümumi faydalı sahəsi 103 kv.m olan obyektə 2 sifariş qəbul olunmuşdu. İştirakçılar arasındakı rəqabət ilkin hərrac qiyməti 10 min manat təyin olunan obyektin 12 min manata satışını mümkün etdi.

Ardını oxu...

Torpaq idarəçiliyi ilə bağlı Ağcabədidə İşgüzar forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərdən öncə maarifləndirici işlər həyata keçirir. Komitə iri torpaq mülkiyyətçilərini, bələdiyyələri və digər hüquqi və fiziki şəxsləri bu sahədəki qanunvericiliyin tələbləri ilə mütəmadi olaraq tanış edir, onları tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırır. Növbəti maarifləndirici İşgüzar forum iyul ayının 17-də Ağcabədi rayonunda keçirilib. Tədbirdə yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

Hərracın keçirildiyi məkana getmədən prosesdə iştirak et: 14 avqust hərracına 192 dövlət əmlakı çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların hərracların keçirildiyi məkana gedə bilməmək kimi problemini aradan qaldırıb. Belə ki, hər kəs prosesə evdən, iş yerindən və olduğu bütün məkanlardan elektron resursların köməyi ilə qoşula bilər. Özəlləşdirmə portalından dövlət əmlaklarını seçən investor müvafiq keçiddə qeydiyyatdan keçib, əmlakın ilkin qiymətinin 10%-ni ödəyərək sifarişçiyə çevrilir. Həmin şəxslər təyin edilmiş vaxtda prosesə həm məkana gələrək, həm də internet şəbəkəsindən qoşula bilər.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi

Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verir. Tədbir “Vətəndaş xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında” hədəfinə uyğun olaraq keçirilir. Kampaniya daşınmaz əmlaka dair qeydiyyat xidmətlərini əhaliyə daha da yaxınlaşdırmaqla bu sahədə əlçatanlığı artırır. Məqsəd daha şəffaf şəkildə əmlaklara dair kütləvi sənədləşmənin həyata keçirilməsi, ünvana çatdırılan ictimai xidmətlərdən əhalinin geniş təbəqəsinin yararlanması, o cümlədən leqal və etibarlı əmlakların sayının artırılmasıdır. Eyni zamanda vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılması, çevikliyin və operativliyin təmin olunması da əsas vəzifələrdəndir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün yeni kampaniya elan edir

ƏMDK: 16-20 iyul tarixlərində saat 9:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 yanvar küçəsi, 1 ünvanında vətəndaşlara daşınmaz əmlak üzrə səyyar qeydiyyat xidmətləri göstəriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi əmlakın kütləvi şəkildə yerlərdə qeydiyyatının aparılması ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni layihəyə start verir. Bu kampaniya iyulun 16-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşacaq. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 yanvar küçəsi, 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə bütün növ daşınmaz əmlaklar üzrə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Ardını oxu...

“Lənkəran iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda işgüzar forum keçirilib

Ölkədə həyata keçirilən uğurlu islahatlar çərçivəsində özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi, özəlləşmənin iqtisadiyyatın inkişafına təsirinin artırılması əsas prioritetlərdəndir. Bu kimi hədəflərin reallaşdırılması üçün isə innovativ yanaşmalar tətbiq edilir, özəlləşmənin elektron müstəviyə keçidi təmin olunur, maarifləndirici forumlar keçirilir. Belə tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 11-də “Lənkəran iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda işgüzar forum təşkil edilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda ətraf rayonlardan olan 100-dək sahibkarlıq subyekti, iş adamı iştirak ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 28 iyul 2018-ci il tarixinə keçirilmişdir. Vətəndaş qəbulu saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Zaqatala, Balakən və Qax  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Ardını oxu...

Rəqabətli keçən 10 iyul hərracı: 15 əmlaka 22 sifariş verildi

Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlakları özəl sektorun iqtisadi rolunu yüksəltməklə bərabər, qeyri-neft sektorunun inkişafını təmin edir. Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mövcud imkanlar genişləndirilir, prosedurlar sadələşdirilir. Dövlət əmlaklarının hərraclarda özəlləşdirilməsinin elektron mühitə inteqrasiyası bütün regionlarda və ölkə xaricində proses iştirakçılarının sayını artırır. Ərazi, qiymət, faydalılıq baxımından bir-birindən fərqli dövlət əmlaklarının prosesə çıxarılması, Elektron hərrac sisteminin tətbiqi rəqabətli formada vətəndaş aktivliyi ilə nəticələnir.

Bu xüsusiyyətləri özündə əks etdirən növbəti hərrac 10 iyul tarixində reallaşdı. Rəqabətin müşahidə olunduğu bu hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilmişdir. Qeyd edək ki, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilmiş, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak etmişdir. Bu nəticə vətəndaş rahatlığını və şəffaflığı təmin edən elektron hərraca marağın artmasının göstəricisidir.

Ardını oxu...

Avqustun ilk hərracına müxtəlif sahələrə aid dövlət əmlakları çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi məkan anlayışı olmadan vaxta qənaəti təmin edərək hərrac proseslərini vətəndaşlara təklif edir. Özəlləşdirmə sahəsində elektron hərrac sistemi xidmətlə vətəndaş arasındakı məsafəni aradan qaldırır, effektivliyi və optimallığı təmin edir. Elektron formada seçim, sifariş və  onlayn iştirak prosedurları investorların prosesdə iştirak etmə imkanını genişləndirərək ictimai marağı artırır.

Komitə tərəfindən növbəti hərrac avqust ayının 7-də baş tutacaq. Qeyd edək ki, avqustun ilk hərracına 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək.

Təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Zaqatala və digər rayonlarda yerləşir. Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Şirvan şəhəri, Salyan şossesində yerləşən “Anar” Açıq Səhmdar Cəmiyyətinin  nizamnamə kapitalı 605 min 138 manatdır. Səhmlərinin 30%-i hərraca çıxarılan bu dövlət əmlakı yeyinti məhsulları istehsalı  sahəsində investorun iqtisadi potensialını artıra biləcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Zaqatala şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 14 iyul 2018-ci il tarixində Zaqatala şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Zaqatala rayonu ilə yanaşı Balakən və Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə qeyd edilən bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, eləcə də daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynamışdır. 

Bu məqsədlə, cari ilin 6 iyul tarixində Vyana şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilmişdir. Görüş çərçivəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumunu Azərbaycan tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Avstriya tərəfindən Metrologiya və Mərzçəkmə Federal Qurumunun rəhbəri Vernher Hofman imzalamışlar.

Ardını oxu...

Sakinlərə olduğu məkandan ayrılmadan qeydiyyat xidmətləri göstərilib

Mənzili tərk etmədən də əmlaka dair çıxarışı almaq mümkündür. Bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən birbaşa yerlərdə xidmət göstərən mobil ofislər vasitəsilə etmək olur. Vətəndaşlar əvvəlcədən təqdim edilmiş ilkin sənədlər əsasında ünvanındaca çıxarışını əldə edir. Bu sosial layihə əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olmasına hədəflənib. Çıxarışların ünvanlar, mənzillər, iş yerləri, istehsalat sahələri, ucqar kəndlərdə təqdim olunması əhalinin məmnunluğunun artırılmasına xidmət edir.

Bu layihə digər əmlak növləri ilə yanaşı paytaxt Bakı, eləcə də ölkənin ayrı-ayrı şəhərlərində inşa olunmuş çox mərtəbəli yaşayış binalarını da geniş əhatə edir.

Ardını oxu...

Daşınmaz əmlakla bağlı bütün müraciətlərin operativ ünvanı : 193 Çağrı Mərkəzi

Əmlak Məsələləri Dövlət Komitəsi səlahiyyətlərinə uyğun keyfiyyətli xidmətlər göstərməsi ilə yanaşı, vətəndaş məmnunluğunu təmin etməyi fəaliyyətində əsas məqsəd hesab edir. Daşınmaz əmlak prosedurları ilə bağlı bütün müraciət və sorğuların cavablandırılması, vətəndaşlara hüquqi yardımların göstərilməsi tam funksional 193 Çağrı Mərkəzi tərəfindən həyata keçirilir. Əmlakın özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı suallar Mərkəzin mütəxəssisləri tərəfindən operativ formada cavablandırılır.

Ardını oxu...

Hərracın evinizdə keçirilməsini istəyirsizsə Elektron həraraca qoşulun

Artıq Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşmə prosesini reallaşdıran hərracları evinizdən həyata keçirir. Söhbət məkan və zaman məfhumunu tamamilə aradan qaldıran Elektron Hərrac sistemindən gedir. İnvestorlar bu sistemə qoşulmaqla rahatlıqla əmlak sahibi olurlar. Yeni texnologiyaların tətbiqi ilə optimallığı artıran elektron hərrac özəlləşdirmə imkanlarını olduqca genişləndirib. Belə ki, elektron şəkildə sifariş vermək, prosesi onlayn məsafədən izləmək kimi üstünlüklər özəlləşməyə müasir standartlar gətirib, şəffaflığı artırıb. Müasir yenilikləri tətbiqi isə prosesə olan əlçatanlığı yüksəltməklə birbaşa vətəndaşlara, investorlara xidmət edir. Bununla sərmayəçilər biznes planlanlarını reallığa çevirir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılmışdır. Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir. Hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa etmişdir.


 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?