Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprel ayının ilk hərracı elan olunub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 aprel tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 184 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 67-i isə istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Ardını oxu...

Yeni inşa edilmiş yaşayış komplekslərində çıxarış kampaniyası: 150-ə yaxın mənzil sahibinə sənədlər təqdim olunub

Ölkədə daşınmaz əmlakın qeydiyyatının bilavasitə yerlərdə keçirilməsi, xidmətlərin birbaşa olaraq vətəndaşların ünvanlarında göstərilməsi tədbirləri davam etdirilir. Belə tədbirlər respublikanın ucqar bölgələri ilə yanaşı, paytaxtda və digər iri şəhərlərdə yerləşən yeni inşa edilmiş çoxmərtəbəli bina sakinlərini də geniş şəkildə əhatə edir.

Belə tədbirlərin davamı olaraq növbəti “Kütləvi çıxarış” kampaniyası martın 1-də Sumqayıt şəhərində yerləşən bir neçə yeni inşa edilmiş yaşayış kompleksini əhatə edib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşən 2 yaşayış kompleksinin 150 sakininə ünvanlarındaca çıxarışlar verilib. Başqa sözlə 5 bloklu 171 mənzilli bina sakinlərinin müraciət etmiş 100 nəfəri, eləcədə 1 girişli 72 mənzilli yaşayış kompleksinin sakinlərinin müraciət etmiş 50 nəfəri kampaniyadan yararlanıblar. Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Çıxarışların vətəndaşlara ünvanlarında təqdim olunması həm məişət, həm də işgüzar fəaliyyətin yerinə yetirməsi üçün bina sakinlərinə əlavə zaman qazandırır. Başqa sözlə kampaniya vətəndaşların məşğulluq prosesinin pozulmadan qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasın və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 16 mart 2018-ci il tarixində Hacıqabul rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilmişdir. Belə ki, növbəti vətəndaş qəbulu 09 mart 2018-ci il tarixinə, saat 11:00-a təyin edilib. Qəbul Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirəcəkdir. Hacıqabul rayonu ilə yanaşı Abşeron rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

Rəqabətli keçən budəfəki hərracda əmlakın birinə verilən təklif ilkin start qiymətindən 3 dəfə artıq olub

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, özəl sektorun genişləndirilməsi, yeni müəssisələrin yaradılması iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətlərin reallaşdırılması məqsədilə həyata keçirilən özəlləşmə prosesi isə mühüm əhəmiyyətə malikdir. Özəlləşmə ilə bağlı tətbiq edilən “Elektron hərrac” xidməti sifarişlərin elektron qaydada verilməsi prosesini olduqca sürətləndirib və investor marağını artırıb. Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir.

Ardını oxu...

Elektron çıxarışın tətbiqi daşınmaz əmlakın qeydiyyatı prosedurlarını onlayn qaydada aparmağa imkanlar yaradıb

Ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində digər sferalarda olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də müsbət dinamika müşahidə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu sahədə xidmətlərin geniş şəkildə elektron müstəviyə keçirilməsi, prosedurların sadələşdirilməsi, müddətlərin azaldılması torpaqların, o cümlədən daşınmaz əmlakın qeydiyyat sahəsində əlçatanlığı və vətəndaş məmnunluğunu artırıb. Bu isə öz növbəsində daşınmaz əmlak bazarının canlanmasına, alqı-satqı prosesinin intensivləşməsinə, torpaqlardan istifadənin genişlənməsinə, gəlirlilik əmsalının yüksək olmasına imkan verib.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni hərrac elan olunub

 

Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi prosesi dinamikliyini qoruyub saxlayır. Bu istiqamətdə görülən işlərin artım tempini təmin etmək üçün isə keçirilən hərraclar xüsusi əhəmiyyət kəsb edir. Hərraclar investorların marağını artırmaqla özəlləşdirilmə sahəsində maksimum operativliyi təmin edir. Dövlət əmlaklarının hərraclar vasitəsilə özəlləşdirilməsi, bu sahədə əlçatanlığın artmasına, iqtisadi inkişafın təmin edilməsinə, yeni müəssisələrin yaranmasına imkan verir.  

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 mart tarixində keçiriləcək yeni hərrac elan olunub. Ümumilikdə hərraca 55 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaqla öyrənmək mümkündür. Qeyd edilməlidir ki, xarici investorları nəzərə alaraq hərracların elanları ingilis dilinə də tərcümə edilib və portalda yerləşdirilib.

Özəlləşməyə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektin 4-ü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Şirvan, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Şirvan Mexanizasiya Sahəsi, Zaqatalada yerləşən 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsi kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.   

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı paytaxtda, 8-i Sumqayıtda qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 kv.m ilə 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifidir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri 23 fevral tarixində Xaçmaz rayonunda vətəndaş qəbulu keçirib. Qeyd edilməlidir ki, regionlarda həyata keçirilən qəbul zamanı daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində qaldırılan məsələlər, müraciətlərin operativ həll edilməsi və yaranan sualların cavablandırılması istiqamətində tapşırıqlar verilir. Qəbulda Xaçmaz rayonu ilə yanaşı, Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub. Həmçinin torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi sahəsinə də aid olub.

Komitə sədri hər bir vətəndaşın müraciətini həssaslıqla dinləyərək onların qanunvericiliklə həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Bir sıra vətəndaş müraciətləri verilən tapşırıqlara əsasən həmin gün öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər qeydə alınaraq, qanunvericiliyə əsasən həlli istiqamətində göstərişlər verilib. Komitənin vəzifə və funksiyalarına aid olmayan məsələlər qeydiyyata alınaraq, aidiyyəti üzrə göndərilməsi üçün komitə sədri tərəfindən tapşırıqlar verilib. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilərək müraciətləri dinlənib, bir sıra müraciətlər isə yerindəcə həll edilib.

Qəbulun gedişatı zamanı komitə sədri vurğulayıb ki, daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində xidmətlərə olan əlçatanlıq artırılır, bu sahədə şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsi ön planda saxlanılır. Belə ki, tətbiq edilən innovativ tədbirlər, xidmətlərin geniş şəkildə elektron müstəviyə keçməsi, o cümlədən qeydiyyat müddətinin azaldılması, prosedurların sadələşdirilməsi vətəndaş rahatlığının artırılmasına yönəlib. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2017-ci il ərzində daşınmaz əmlakın qeydiyyatı 200 minə yaxın olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 14.5% artıb. Göstəricinin 60 minə yaxını ilkin, 137 mindən çoxu isə təkrar qeydiyyata aid olub.

Vətəndaş məmnunluğunu təmin edən elektron çıxarışın tətbiqi də bu istiqamətdə həyata keçirilən yeniliklərdəndir. Sistemin üstünlükləri barədə vətəndaşlar məlumatlanıblar. Bildirilib ki, onlar artıq Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilirlər.

Diqqətə çatdırılıb ki, mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin təmin olunması məqsədilə “bir pəncərə” prinsipi tətbiq olunur. Həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur.

Qeydiyyat xidmətlərini bilavasitə ünvanlarda çatdıran “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri əhaliyə göstərilən qayğının bariz nümunəsidir. Kampaniya minimum vaxt itkisi ilə, xidmətlərdən maksimum yararlanmağa, vətəndaşların yerindəcə çıxarış əldə etməsinə şərait yaradır.

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı məsələlərə toxunan komitə sədri Kərəm Həsənov qeyd edib ki, bu istiqamətdə işlər uğurla həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, kadastr məlumatlarına istinad etməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndindən olan 604 ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemli məsələləri öz müsbət həllini tapmışdır. Torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi ayrılıb. Pay torpaqları almış vətəndaşlara isə mülkiyyət hüququnu təsdiq edən sənədlər də təqdim olunub.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qeydiyyatla bağlı işlər daha da təkmilləşdirilməli, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Komitə sədrinin regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

Cəbhə bölgəsi “Kütləvi çıxarış” kampaniyasının növbəti ünvanı oldu

Cəbhə bölgəsində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, dövlət qurumları tərəfindən göstərilən ictimai xidmətlərdə, o cümlədən dövlət əmlakının sənədləşdirilməsində əlçatanlığın, operativliyin təmin olunması dövlətin daim diqqət mərkəzindədir. Həmin ərazilərdə yaşayan sakinlərin maksimum rahatlığının təmin olunması, məmnunluğunun artırılması üzrə bir çox sahələrdə mühüm tədbirlər keçirilir. Cəbhə bölgəsində yaşayan sakinlər daha bir sahədə də dövlət dəstəyini hiss ediblər.

Belə ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən olan “Kütləvi çıxarış” kampaniyası budəfə cəbhə bölgəsində yaşayan sakinlərə xidmət göstərib, onların rahatlığını təmin edib. Bu addım cəbhə bölgəsi sakinlərinə dövlət qayğısının göstərilməsinin, sosiallıq prinsipinin ön planda olmasının əyani göstəricisidir. Bu kimi kampaniyanın məhz cəbhə bölgəsində təşkil olunmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, qeydiyyat xidmətlərinin çatdırılmasında çevikliyin daha da artırılmasıdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 21-də keçirilən növbəti kampaniyanın ünvanı Ağdam rayonunun Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndləri olub. Qeydiyyat xidmətlərinin birbaşa olaraq cəbhə bölgələrində göstərilməsi sakinlərin əlavə ünvana getmədən rahatlıqla əmlaklarına dair sənəd əldə etməsinə imkan yaradıb.

Qeyd edilməlidir ki, rayonun həmin kəndlərindən olan 220-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. Qaradağlı kəndindən 75 ailə, Əfətlidən 60, Çəmənlidən 50, Sarıcallıdan isə 35 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib. Onların bəzilərinə əmlaklarına dair çıxarışlar təqdim olunub, bəzilərindən isə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.

Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, eləcədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Elə həmin gün çıxarış verilməsi məqsədilə 70-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb.

Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 50 nəfərə yaxın kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Onlara çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan alınması qaydası, o cümlədən qeydiyyat müddəti və prosedurları izah olunub. Qeydiyyatla bağlı həyata keçirilən yeniliklər, əhalinin işini sadələşdirən elektron xidmətlər, həmçinin “bir pəncərə” prinsipi barəsində məlumat verilib. Vaxtın daha çox şəxsi təsərrüfatların inkişafına sərf etməyə imkan verən kampaniya vətəndaş məmnunluğuna da səbəb olub. Belə ki, sakinlər göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, kampaniya onların işdən ayrılmadan, vaxtlarına qənaət etməklə sənəd almasına şərait yaradıb.

Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib.

Bu kampaniya sakinlərin daşınmaz əmlaklarını rahatlıqla qeydiyyata almaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və əmlaklarının dövlət tərəfindən qorunmasının göstəricisidir. Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsinə, iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir. Eyni zamanda bu həmin ərazilərdə daşınmaz əmlak bazarının daha da inkişafına, canlanmasına şərait yaradır.

Qeyd edilməlidir ki, kampaniya paytaxtla yanaşı regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlarının maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına maksimum diqqətin yönəldilməsi, o cümlədən iqtisadi sahələrdə sahibkarlar ordusunun formalaşdırılması aktual məsələlərdəndir. Ölkəmizin istehsal potensialının artırılması məqsədilə dövlət əmlakının özəlləşdirilməsi, müəssisələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində müasir yanaşmalara əsaslanan yeniliklər tətbiq edilir. İqtisadiyyatda özəl sferanın xüsusi çəkisinin artırılması üçün investiya mühiti daha da sağlamlaşdırılır, yerli və xarici investorlar özəlləşməyə cəlb edilir. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar da investor kütləsini bu prosesə cəlb etmək üçün unikal vasitədir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.

Ardını oxu...

Növbəti hərracda 191 əmlak: səhmdar cəmiyyətləri, istehsal sahələri, ticarət və iaşə obyektləri özəlləşdirilməyə çıxarılıb

Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlara uyğun olaraq qeyri-neft sektorunun inkişafı, bu sahəyə investorların cəlb edilməsi məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Elektron hərrac sisteminin tətbiqi, bu sahədə elektron xidmətlərin sayının artırılması, prosedurların sadələşdirilməsi özəlləşmədə əlçatanlığı təmin edir, prosesi sürətləndirir. Özəlləşmə nəticəsində dövlət büdcəsinin üzərinə düşən yük və əlavə xərclər azalır, belə sahələrə böyük həcmli investisiyalar qoyulur, həmçinin yeni müəssisələrin, iş yerlərinin açılmasına şərait yaranır. Bu məqsədlə keçirilən hərraclar isə özəlləşmədə operativliyi təmin edir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb. Belə ki, növbəti hərraca 191 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 91-i kiçik dövlət müəssisəsi, 76-sı qeyri-yaşayış sahəsidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Xaçmaz şəhərində vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 23 fevral 2018-ci il tarixində Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Xaçmaz rayonu ilə yanaşı Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaq istifadəçiliyi və inzibatçılığı, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Ardını oxu...

Məmnunluq prinsipinə xidmət edən “Kütləvi çıxarış” kampaniyası: 150-ə yaxın Ağcabədi sakini heç bir yerə getmədən qeydiyyat xidmətlərindən yararlanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının əsas qayəsini dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir metodlarla həyata keçirilməsi təşkil edir. Eləcə də, vətəndaşlara göstərilən ictimai xidmətlərdə məmnunluq səviyyəsinin təmin olunması, insan amilinin ön plana çəkilməsi də prioritet vəzifələrdəndir. Tapşırıqlara uyğun olaraq digər sahələrdə olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaşların xidmətlərə olan əlçatanlığı artırılır, prosedurlar maksimum sadələşdirilir, bu sahədə sosial layihələr reallaşdırılır. Qeyd edilməlidir ki, ərazi və rayon ofisləri ilə yanaşı “Kütləvi çıxarış” kampaniyası və mobil ofis layihələri vasitəsilə də birbaşa olaraq yerlərdə qeydiyyat xidmətləri göstərilir. Kampaniya paytaxtla yanaşı regionları, hətta ucqar kəndləri əhatə edir, tarlalarda, əkin biçin sahələrində, iş yerlərində keçirilir. Ahıl, fiziki imkanları məhdud, tənha şəxslərə yaşadıqları evlərində, mənzillərində qeydiyyat xidmətləri göstərilirik ki, bu da sosial layihəni digərlərindən fərqləndirir. Belə sosial layihələr qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdırmaqla, onların işdən ayrılmamasına, vaxt itkisi olmadan çıxarış əldə etməsinə, vətəndaşların razılığına imkan yaradır.

Ardını oxu...

Çin iş adamları üçün Azərbaycandakı mövcud özəlləşdirmə layihələrinə dair təqdimat həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində 6 fevral 2018-ci il tarixində Pekində Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Biznes-forumda sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak edib.

Forum çərçivəsində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların tərkib hissəsi olan özəlləşdirilmə prosesindən də bəhs edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən özəlləşmə prosesində innovasiyalar, yeni yanaşmalar, müasir idarəetmə üsulları tətbiq edilir.

Ardını oxu...

Növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirib: 7 əmlak üzrə 17 sifariş qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə özəl sektorun rolunun gücləndirilməsi, yeni müəssisələrin yaradılması məqsədilə yerli və xarici investorlar üçün imkanlar daha da genişləndirilir. Bu özünü investisiyaların təşviqinə və qeyri-neft sektorunun dirçəldilməsinə yönələn tədbirlərdə göstərir. Belə ki, iqtisadi bazanın sütunlarından biri olan özəlləşmə prosesi sürətləndirilir, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi təmin edilir. Özəlləşmə prosesi isə daşınmaz əmlak bazarında iqtisadi aktivliyin artmasına imkan verir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Elektron hərracın tətbiqi, sifarişlərin elektron qaydada verilməsi, paytaxt və regionlar üzrə cəlbedici müəssisələrin özəlləşdirilməyə çıxarılması prosesi isə investor marağını yüksəldir. Keçirilən hərraclar zaman iri investorların, kiçik iş adamlarının, gənclərin, eləcədə qadın sahibkarların fəallığı müşahidə edilir. Bununla da özəlləşdirilmənin sürətlənməsi ilə bağlı aparılan işlər öz nəticəsini verir. Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir.

Ardını oxu...

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi prosesi dayanıqlığını qoruyub saxlayır. Bu istiqamətdə görülən işlərin dinamikliyini artıran hərracların keçirilməsi isə investorların marağını artırmaqla özəlləşdirilmə sahəsində maksimum operativliyi təmin edir. Dövlət əmlaklarının hərraclar vasitəsilə özəlləşdirilməsi, bu sahədə əlçatanlığın artmasına, iqtisadiyyatın inkişafına edilən effektiv təsir imkanlarının genişlənməsinə imkan verir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 mart tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3596   

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi “Elektron xidmətlərin genişləndirilməsində və inkişafında fəal iştiraka görə” nominasiyası üzrə “Azeri Business Award 2017” Milli Mükafatına layiq görülüb

10 fevral 2018-ci il tarixində nüfuzlu "Business Time" biznes jurnalının təsis etdiyi ənənəvi "Azeri Business Award" Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

Azeri Business Award İqtisadiyyat və Biznes Sahəsində Milli Mükafatın Təşkilat Komitəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq daşınmaz əmlak idarəçiliyi sahəsində “Elektron xidmətlərin genişləndirilməsində və inkişafında fəal iştiraka görə” nominasiyası üzrə Əmlak Məsələləri Dövlət Komitəsi Azeri Business Award 2017 Milli Mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  açıq hökumət prinsiplərinin inkişafı çərçivəsində həyata keçirilən “Elektron Hökumət” layihəsinin tətbiqi uğurla davam etdirilir. Dövlət qurumları tərəfindən əhaliyə təqdim edilən ictimai xidmətlərin elektron müstəviyə keçirilməsinin genişləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və əlçatanlığın təmin olunması ilə yanaşı ölkəmizin beynəlxalq İKT reytinqlərində mövqeyinin daha da möhkəmlənməsinə zəmin yaradır.

Ardını oxu...

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində əhatəli tədbirlər görülür

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, ağır sənaye və maşınqayırmanın inkişaf etdirilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilməlidir ki, metallurgiya və digər iqtisadi sahələrə aid müəssisələrin özəlləşdirilməsi istehsal həcminin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Özəlləşən müəssisələr infrastruktur baxımından yenilənir, müasir avadanlıqlarla, yeni texnologiya ilə təchizatlanır. Belə müəssisələrin fəaliyyəti yeni iş yeri yaratmaqla məşğulluq səviyyəsinin artmasına, ixrac potensiallı məhsulların istehsalının çoxalmasına imkan verir. Nəzərə alsaq ki, özəlləşdirilən əksər müəssisələr regionlarda yerləşir, həmçinin bu, bölgələrin sosial-iqtisadi inkişafına da səbəb olur. 

Ardını oxu...

Elektrik stansiyalarının özəlləşdirilmə imkanları nəzərdən keçirilir

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq,  Əmlak Məsələləri Dövlət Komitəsi prioritet sektorlarda özəlləşmə prosesinin sürətlənməsi istiqamətində mühüm işlər görür, bir çox yeni layihələr reallaşdırır.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”-nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir. Bu məqsədlə Komitədə Energetika və İqtisadiyyat nazirlikləri, habelə “Azərenerji” ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu fəaliyyət göstərir.

Ardını oxu...

Hərraclar investorları əmlak sahibi edir

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 6 fevral tarixində keçirilib.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşən əmlak Nərimanov rayonunda yerləşir. Ümumi faydalı sahəsi 17 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 120 kv.m olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Ardını oxu...

Növbəti hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. İnvestorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi artırılıb. Belə ki, növbəti hərraca 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 42-i kiçik dövlət müəssisəsi, 82-i qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.  

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 17-i xidmət, 8-i kənd təsərrüfatı, 5-i iaşə, 6-sı təmir, qalanları isə sənaye sahəsinə aiddir. 

Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərə Gəncə şəhərində yerləşən 69 saylı ictimai iaşəni nümunə kimi göstərmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kv.m-dir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir.

Bundan başqa xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. Yevlax şəhərində yerləşən 50 saylı mağaza belə obyektlərdəndir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 230 kv.m-ə yaxındır. 

Ardını oxu...

14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanmışdır

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, torpaq idarəçiliyi və inzibatçılığının yeni iqtisadi prinsiplərə əsasən qurulması və tənzimlənməsi, torpaqların dəqiq uçotunda müasir yanaşmaların, elmi texniki nailiyyətlərin tətbiqi ilə bağlı Fərman və tapşırıqlar verilib. Belə ki, ölkə başçısı tərəfindən 2016-cı il 7 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərman və tapşırıqların icrası məqsədilə ardıcıl fəal tədbirlər həyata keçirir. Belə ki, hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması işi aparılır. Bu zaman müasir coğrafi informasiya sistemləri və informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Mülkiyyət növündən və kateqoriyasından asılı olmayaraq bütün torpaqların uçotu aparılır. Sistemdə torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər məlumatlar əksini tapır.

Ardını oxu...

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?