Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 2007-ci il 27 iyul tarixində imzalanmış Kredit sazişi üzrə “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 avqust 2007-ci ildə təsdiq olunmuş və 24 sentyabr 2007-ci ildə layihənin icrasına başlanmışdır. Layihənin 2013-cü ilin fevral ayında başa çatdırılacağı planlaşdırılsa da, layihə çərçivəsində nəzərdə tutulan nəticələrin tam şəkildə əldə edilməsi məqsədi ilə başa çatma tarixi 31 dekabr 2014-cü ilə qədər uzadılmışdır. Layihənin restrukturizasiyası uğurlu şəkildə başa çatdırılmış və Kredit Sazişinə əlavə məktub 2012-ci ilin 14 avqustunda imzalanmışdır.

Layihənin əsas məqsədi daşınmaz əmlak bazarının inkişafına və dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi üçün münasib sistemlərin təmin edilməsinə şərait yaratmaq, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin formalaşmasına yardım göstərməkdir.

Layihə idarəçiliyi prinsipləri Layihənin Qiymətləndirmə və Əməliyyat Sənədlərində təsbit olunmuşdur. Layihə çərçivəsində həyata keçirilən işlər təsbit olunmuş bu qaydalara əsasən aparılır. Layihə çərçivəsində həyata keçirilən satınalma və maliyyə işləri həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də Dünya Bankının təlimatlarına uyğun olaraq icra edilir. Təlimlər Dünya Bankı ilə razılaşdırılmış Təlim planına əsasən təşkil olunur. Layihənin icrasına dair hesabatlar dövri olaraq hazırlanıb uyğun qurumlara təqdim edilir. Ümumilikdə, Layihənin icrası satınalma, maliyyə, təlim, monitorinq və qiymətləndirmə mütəxəssislərindən, tərcüməçilərdən ibarət Layihə İdarəetmə Qrupu tərəfindən dəstəklənir.

Layihə 4 komponentdən və ayrı-ayrı subkomponentlərdən ibarətdir:

Komponent A:  Daşınmaz Əmlakın Qeydiyyatı (ƏMDK)

Sub- komponentlər

A.1.  Qeydiyyat ofisləri üçün yeni binaların tikintisi və ya mövcud olanların təmiri.

A.2.  Daşınmaz Əmlakın Vahid Qeydiyyat və Kadastr İT Sisteminin yaradılması (DƏVQKS).

A.3.  Notariuslara ”onlayn” xidmətləri.

A.4.  Daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin yaradılması.

A.5.  Sənədlərin idarəedilməsi.

A.6.  Tikililərin nizama salınması.

A.7.  Əmlakın qiymətləndirilməsi.

A.8.  Daşınmaz Əmlak Kadastrı və Özəl Sektorun inkişafına dəstək.

A.9.  İctimai məlumatlandırma.

A.10. Biznes Planın hazırlanması.

Komponent B: Dövlət Əmlakının İdarə edilməsi və reyestri (ƏMDK)

Sub- komponentlər

B.1.  Dövlət əmlakının idarə edilməsi sistemi (DƏİS).

B.2.  DƏİEDK İnzibatçılığının təkmilləşdirilməsi.

B.3.  Texniki dəstək

Komponent C:  Baza xəritəçəkmə və torpaq kadastrı (DTXK)

Sub- komponentlər

C.1.  Faziləsiz fəaliyyət göstərən istinad stansiyaları (FFGİS-CORS).

C.2.  Bütün ölkəni əhatə edən rəqəmli ortofotoxəritələrin hazırlanması və təqdim edilməsi.

C.3.  Torpaq kadastrı məlumatlarının (sahələrin sərhədləri) hazırlanması və ƏMDK-ə təqdim olunması.

C.4.  DTXK- korporativ strategiya və Biznes Planı.

Komponent D. Təlim, Siyasətin  inkişafı və Layihənin İdarəedilməsi (LİQ)

Sub- komponentlər

D.1. Təlim.

D.2. İnformasiya texnologiyası/informasiyanın idarə edilməsi strategiyasının hazırlanması.

D.3. Siyasət və hüquq sahəsində inkişaf.

D.4.      Layihə İdarəetmə Qrupu (LİQ).

D.5.      Monitorinq və qiymətləndirmə.

Dövlət Əmlakının İdarə edilməsi və reyestri – B komponenti üzrə fəaliyyətlər 2009-cu il may ayının 19-da aparılmış struktur dəyişikliyinə əsasən A komponenti üzrə fəaliyyətlərlə birləşdirilmişdir.