Əmlak Məsələləri Dövlət Komitəsində reallaşdırılan “Könüllü ol” layihəsinə 1100-ə yaxın gənc cəlb edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır. Ölkə başçısının dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir düşüncəli gənc könüllülərdən geniş istifadə edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir. Könüllülərlə birgə iş birliyinin həyata keçirilməsi komitənin gənclər siyasəti sahəsində reallaşdırdığı tədbir və layihələrin, eləcə də əmlak idarəçiliyi sahəsində göstərilən dövlət xidmətlərinin tərkib hissəsidir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində Beynəlxalq Könüllülər Günü qeyd olunub

Əmlak Məsələləri Dövlət Komitəsində Beynəlxalq Könüllülər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə komitənin “Könüllü fəaliyyəti” ilə bağlı həyata keçirdiyi işlərdən bəhs edilib. Bildirilib ki, gənclərə dəstək və onların məşğulluq səviyyəsini yüksəltmək istiqamətində “Konüllülk proqramı”-nı həyata keçirir. Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa əsasən bu layihə ali təhsilli gənclərin peşəkar bilik və bacarıqlarının artırılmasına, komitənin kadr potensialının təkmilləşdirilməsinə yönəlib. Bu günə qədər könüllülük fəaliyyəti üçün ümumilikdə 800-ə yaxın gənc müraciət edib. Onlardan 240-a yaxını könüllü olaraq fəaliyyətə cəlb olunub. İntizamlılıq, kollektivdə işləmək, ünsiyyət, təşkilatçılıq, təşəbbüskarlıq kimi şəxsi keyfiyyət və bacarıqlar üzrə qiymətləndirilən 80-ə yaxın könüllü komitənin qurumlarında işlə təmin olunub. Peşəkar və müasir təfəkkürlü gənclərin xidmət sferalarına, regional ofislərə eləcə də, müxtəlif layihələr üzrə işə qəbul edilməsi komitənin fəaliyyəti üzrə yeni ideyaların yaranmasını təmin edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə universitetlərinin tələbə, magistr və məzunları ilə olan görüşlərini davam etdirir

Azərbaycan Memarlıq və İnşaat Universitetində məzun, tələbə və magistrlər ilə Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” mövzusunda görüş keçirib.

Görüşün məqsədi komitənin fəaliyyət sahələri, strukturuna daxil olan və tabeliyindəki qurumlarda işə qəbul qaydaları, o cümlədən bununla bağlı həyata keçirilən könüllük proqramı haqqında məlumatlandırmaqdır. Eyni zamanda müvafiq ixtisaslar üzrə tələbələrin, gənc məzunların komitədə istehsalat təcrübələri keçmələri üçün universitetlərlə əlaqələrin genişləndirilməsi də əsas vəzifələrdəndir.

Ardını oxu...

Bakı Dövlət Universitetinin tələbə, magistr və məzunları ilə görüş keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məzun, tələbə və magistrlər ilə Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” mövzusunda görüş keçirilib.

Görüşün məqsədi komitənin fəaliyyəti haqqında informasiya vermək, həyata keçirilən könüllük fəaliyyəti və işə qəbul haqqında məlumatlandırmaqdır. Eyni zamanda daha çox könüllülərin cəlb edilməsi, gənc məzunların, tələbələrin bilik və bacarıqlarının artırılması üçün universitetlə əlaqələrin genişləndirilməsidir.

Ardını oxu...