AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 98
Bakı şəhəri, 23 aprel 2008-ci il
Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasının təsdiq edilməsi barədə
"Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 8.4-cü bəndinin icrasının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət komitə, şirkət, birlik, səhmdar cəmiyyətləri və dövlət müəssisələri bu qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri