«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 7-ci maddəsinin 7.3-cü bəndinə müvafiq olaraq özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərində səhmlərin nəzarət zərfinin və ya məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində saxlanıldığı hallarda həmin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət nümayəndələrinin iştirakı qaydalarını hazırlayıb Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
  • həmin Qanunun 9-cu maddəsinin 9.7-ci bəndinə müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydalarını təsdiq etsin;
  • həmin Qanunun 14-cü maddəsinə müvafiq olaraq özəlləşdirmə prosesinə dövlət nəzarətini həyata keçirən Dövlət Komissiyası haqqında Əsasnamə layihəsini və Dövlət Komissiyasının tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 18-ci maddəsinin 18.2-ci bəndinə müvafiq olaraq fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 19-cu maddəsinin 19.2-ci bəndinə müvafiq olaraq dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 20-ci maddəsinin 20.2-ci bəndinə müvafiq olaraq dövlət əmlakının hərraclar vasitəsilə satışı qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 23-cü maddəsinin 23.3-cü bəndinə müvafiq olaraq dövlət müəssisələrinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • öz səlahiyyətləri hüdudlarında «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 5.1-ci bəndində, 6-cı maddəsinin 6.1.3-cü bəndində, 8-ci maddəsinin 8.3-cü bəndində, 9-cu maddəsinin 9.5-ci bəndində, 14-cü maddəsində, 18-ci maddəsinin 18.2-ci bəndində, 19-cu maddəsinin 19.2-ci bəndində, 20-ci maddəsinin 20.2-ci bəndində və 21-ci maddəsinin 21.2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
  • həmin Qanunun 7-ci maddəsinin 7.3-cü bəndində və 9-cu maddəsinin 9.7-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 1-ci maddəsinin 1.0.2-ci bəndində, 7-ci maddəsinin 7.1-ci bəndində, 15-ci maddəsinin 15.1-ci bəndində, 16-cı maddəsinin 16.2-ci bəndində və 23-cü maddəsinin 23.2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirirlər;
  • həmin Qanunun 8-ci maddəsinin 8.1-ci bəndində və 11-ci maddəsinin 11.2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirir.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV.

AzərbaycanRespublikasınınPrezidenti

Bakı şəhəri, 10 avqust 2000-ciil.

№ 382.

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?