Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aparatı və ərazi şöbələrində Daxili Intizam Qaydaları

 

Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsinin 02.07.2009-cu il tarixli

08 nömrəli Əmri ilə  təsdiq edilmişdir.

    

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aparatı və ərazi

şöbələrində Daxili Intizam Qaydaları

      

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin   aparatı və ərazi şöbələrində daxili intizam qaydaları (bundan sonra-Qaydalar) Azərbaycan Respublikasının Konstitusiyasına, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, qüvvədə olan digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin(bundan sonra-Komitə) aparatının və ərazi şöbələrinin işçiləri ilə bağlanmış əmək müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməsi və ona nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məsələlərini tənzimləyir. 

2. Bu Qaydalara ciddi riayət edilməsi Komitənin aparatının və ərazi şöbələrinin bütün işçiləri üçün məcburidir. 

3. Qaydalara riayət olunmasına nəzarət Kadr, dövlət qulluğu və qurumlarlaiş şöbəsi, habelə şöbə, sektor və qurumlarınrəhbərləri tərəfindən həyata keçirilir. 

           

II. Iş vaxtı

        

4. Bir qayda olaraq Komitənin aparatında və ərazi şöbələrində beşgünlük iş həftəsi tətbiq edilir. Hər iş günü bir növbədən ibarətdir.

Həftəlik iş vaxtının norması 40 saatdır. Gündəlik iş vaxtı norması 8 saatdır. 

5. Iş vaxtı hər gün saat (şənbə və bazar istisna olmaqla) 9.00-da başlayır və 18.00-da başa çatır.

6. Işçilərin işə davamiyyətinə nəzarət etmək, hər bir işçinin iş vaxtının dəqiq və dürüst uçotunu aparmaq məqsədilə Komitənin aparatının hər bir şöbəsində və ərazi şöbələrindədavamiyyət jurnalı tərtib olunur. Həmin jurnallarda hər gün işçilər tərəfindən işə gəlmələri haqqında müvafiq qeydlər edilir.

Kadr, dövlət qulluğu və qurumlarlaiş şöbəsi aparatda hər həftənin sonunda işə davamiyyət jurnalını yoxlayır və yoxlama nəticəsində müəyyən edilmiş faktlar barəsində məlumatların aidiyyəti üzrə təqdim olunmasını təmin edir.

Komitənin ərazi şöbələrində işə davamiyyət jurnalının yoxlanılması ərazi şöbələrininrəhbərləri tərəfindən həyata keçirilir.

7. Komitənin aparatının şöbələrinin, habelə ərazi şöbələrininrəhbərləri tərəfindən hər gün işçilərin işə davamiyyəti yoxlanılır, işçilər işdə olmadıqda bunun səbəbləri bildirilməklə Kadr, dövlət qulluğu və qurumlarlaiş şöbəsinə məlumat verilir.

8. İşçilərin işə vaxtında gəlib-getməsinə nəzarət etmək məqsədilə hər gün saat 9.10-dan saat 9.45-dək Kadr, dövlət qulluğu və qurumlarlaiş şöbəsi tərəfindən işə gecikənlərin siyahısı tərtib olunaraq Komitə rəhbərliyinə təqdim edilir.

Komitənin işçilərinin iş vaxtı ərzində öz iş yerlərini tərk etməsi barədə qeydiyyat şöbələr tərəfindən tərtib edilmiş müvafiq jurnallarda aparılır.

9. İşçilərin işə davamiyyətinin, işə vaxtında gəlib getməsinin, iş vaxtı ərzində öz iş yerlərini tərk etməsinin yoxlanılmasının nəticələri barədə məlumatlar Komitə rəhbərliyinə təqdim edilir və həmin məlumatlar əsasında işçsilər barəsində müvafiq tədbirlər tətbiq edilir.

          

III. İstirahət vaxtı

            

10. İstirahət vaxtı iş günü ərzində işçilərə istiahət və nahar etmək üçün verilən fasilə, həftələrarası fasiləsiz istirahət günlərindən, habelə işçilərə verilən məzuniyyətlərdən ibarətdir.

Bununla yanaşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci və 106-cı maddələrində göstərilən bayram günləri və ümumxalq hüzn günləri iş günləri hesab olunmur.

11. İş günü ərzində işçilərə istirahət və nahar etmək üçün verilən fasilə vaxtı saat 13.00-dən başlayır və 14.00-də başa çatır.

12. Həftələrarası istirahət günləri həftənin şənbə və bazar günləri hesab olunur.

13. İşçilərin məzuniyyət cədvəli qanunvericiliyin müddəaları nəzərə alınmaqla və Komitənin iş ahənginə zərər vurmamaq şərtilə hər bir şöbə və ərazi şöbəsitərəfindən hazırlanıb Kadr, dövlət qulluğu və qurumlarlaiş şöbəsinə təqdim olunur.

Komitə üzrə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəli hər il yanvarın sonunadək tərtib edilir.

IV. Əmək şəraitinin təmin edilməsi

      

14. Komitənin aparatının və ərazi şöbələrinin işçilərinin əmək şəraiti qüvvədə olan əməyin mühafizəsi normalarına uyğun olaraq təşkil edilir.

15. Əmək şəraitinin qüvvədə olan əməyin mühafizəsi normalarına uyğun olaraq təşkil edilməsi ilə bağlı tədbirlər Kadr, dövlət qulluğu və qurumlarlaiş şöbəsi tərəfindən həyata keçirilir.

16. Komitənin aparatının struktur bölmələrinin və ərazi şöbələrininrəhbərləri əmək şəraitinin təmin edilməsi ilə bağlı Kadr, dövlət qulluğu və qurumlarlaiş şöbəsinə müvafiq müraciət edə bilərlər.

           

V. Əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsinə görə işçilərin, əmək kollektivinin mükafatlandırılıması şərtləri və qaydası

            

17. İşçi əmək və icra intizamını, əmək vəzifələrini yüksək səviyyədə yerinə yetirdikdə qanunvericiliyə və bu Qaydalara müvafiq mükafatlandırılır. İşçinin mükafatlandırılması barədə təqdimat onun işlədiyi qurumun rəhbəri tərəfindən Komitə rəhbərliyinə verilir.

18. İşçilərin mükafatlandırılmasının qaydaları və növləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. 

               

VI. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti

        

19. Əmək və icra intizamının pozulmasına görə işçinin intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat onun işlədiyi qurumun rəhbəri tərəfindən Komitə rəhbərliyinə verilir.

20. Komitənin aparatının hər bir şöbəsinin, habelə ərazi şöbələrininrəhbərləri işçilər arasında onların iş günü ərzində işlə təmin olunmasına imkan verə biləcək dərəcədə iş bölgüsünün aparılmasını təmin etməlidirlər və buna görə onlar məsuliyyət daşıyırlar.

21. İşçinin intizam məsuliyyətinə cəlb olunması qüvvədə olan  qanunvericiliyə uyğun olaraq həyata keçirilir.