Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətlərinə uyğun olaraq satılmasının təşkil edilməsi Qaydası

 

      

Azərbaycan Respublikası Dövlət Əmlakının

İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin

23 avqust 2006-cı il tarixli 179 nömrəli

əmri  ilə təsdiq edilmişdir

    

«Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətlərinə uyğun olaraq satılmasının təşkil edilməsi Qaydaları»

  

I. Ümümi müddəalar

 

1.1. «Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobilləri və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətlərinə uyğun olaraq satılmasının təşkil edilməsi Qaydaları» (bundan sonra-Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə»yə, «Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları»na, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 313 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 164s saylı sərəncamına əsasən hazırlanmışdır və nəqliyyat vasitələrinin satışının təşkil edilməsi qaydalarını tənzimləyir.

1.2. Bu Qaydaların 1-ci bəndində göstərilən nəqliyyat vasitələrinin satışı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin daimi fəaliyyət göstərən komissiyası (bundan sonra-komissiya) tərəfindən həyata keçirilir.

1.3. Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin (bundan sonra-təşkilatlar) balansında olan nəqliyyat vasitələrinin limitdən və tələbatdan artıq olması həmin müəssisə və təşkilatlar tərəfindən komissiya ilə razılaşdırılaraq müəyyən edilir.

   

II. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi

 

2.1. Təşkilatların balansında olan nəqliyyat vasitələrinin normativ-istismar müddətinin bitməsi, tam aşınması, silinməsi, habelə onların qiymətləndirilməsi həmin təşkilatlar tərəfindən təqdim edilmiş sənədlər əsasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq komissiya tərəfindən müəyyən edilir.

2.2.  Normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin qiymətləri onların ilkin (bərpa) balans dəyəri nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

2.2.1. Tam aşındıqdan sonra 2 ilədək müddət keçdikdə nəqliyyat vasitəsinin qiyməti ilkin (bərpa) balans dəyərinin 16-20%-ni;

-          5 ilədək 13-15%-ni;

-          8 ilədək və yuxarı 10-12%-ni təşkil edir.

Bu qiymətlər nəqliyyat vasitəsinin texniki vəziyyətindən asılı olaraq onun dəyərini real bazar qiymətlərinə uyğunlaşdırmaq məqsədi ilə komissiyanın rəyinə əsasən artırıla, habelə azaldıla bilər.

2.3. Normativ-istismar müddəti bitməmiş nəqliyyat vasitələrinin qiyməti qalıq dəyəri üzrə müəyyənləşdirilir. Bu qiymət mövcud bazar qiymətlərindən çox və ya az olduqda komissiyanın rəyinə əsasən artırıla və ya azaldıla bilər.

2.4. Nəqliyyat vasitəsi qəza vəziyyətində satıldıqda müəyyən olunmuş qiyməti qəzanın dərəcəsindən asılı olaraq komissiyanın rəyi ilə azaldılır.

2.5. Qəzaya uğramış, lakin sonradan bərpa olunmuş nəqliyyat vasitələrinin müəyyən olunmuş qiyməti həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti barədə təşkilatların arayışına əsasən onun bərpa olunmasına sərf edilmiş vəsaitin məbləğindən asılı olaraq komissiya tərəfindən artırılır.

2.6. Uzun müddət istismar olunmaması nəticəsində, habelə bu və ya digər səbəbdən texniki cəhətdən nasaz vəziyyətə düşmüş nəqliyyat vasitələrinin müəyyən olunmuş qiyməti komissiyanın rəyi ilə 25%-dək aşağı salına bilər.

2.7. Bu qaydaların 2.3-2.5-ci bəndləri təşkilatların nəqliyyat vasitələrinin texniki vəziyyəti haqqında təqdim etdikləri akta əsasən tətbiq edilir.

  

III. Nəqliyyat vasitələrinin satışının həyata keçirilməsi

   

3.1. Nəqliyyat vasitələrinin satın alınması barədə müraciətlər komissiyaya təqdim edilir. Satılması mümkün hesab olunduqda dövlət müəssisə və təşkilatlarına, habelə səhmlərinin 100%-i dövlət mülkiyyətində saxlanılan səhmdar cəmiyyətlərinə məxsus nəqliyyat vasitələri komissiyanın qərarı əsasında hərrac vasitəsi ilə satışa çıxarılır. Tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinə və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin satılması mümkün hesab olunduqda komissiyanın rəyi təşkilatların rəhbərliyinə bildirilir.

3.2. Hərracın yekunları əsasında və ya bildirişi aldıqdan sonra təşkilatın rəhbərliyi alıcı ilə alqı-satqı müqaviləsinin bağlanmasını və nəqliyyat vasitələrinin komissiya tərəfindən müəyyən edilmiş tam dəyərinin dövlət büdcəsinin, nəqliyyat vasitəsi səhmdar cəmiyyətinin (səhmlərinin 100%-i dövlət mülkiyyətində saxlanılan səhmdar cəmiyyətləri istisna olmaqla) və ya nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olduqda isə həmin təşkilatların müvafiq hesabına köçürülməsini təmin edir.

3.3. Nəqliyyat vasitəsinin dəyərinin ödənilməsinə dair sənədlər komissiyaya təqdim edildikdən sonra, onların həmin təşkilatın balansından çıxarılması və texniki sənədlərinin nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda rəsmiləşdirilməsi üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən rəsmi sənəd verilir.

3.4. Təşkilatların balansında olan nəqliyyat vasitələrinin satılması üçün komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

-müraciət;

-nəqliyyat vasitəsinin texniki pasportunun və ya ona bərabər tutulmuş sənədin surəti;

-təşkilatın rəhbərinin və baş mühasibinin imzası ilə nəqliyyat vasitəsi haqqında (buraxılış və əldə olunma tarixi, ilkin balans dəyəri, mühərrikin, şassinin, banın, texniki pasportun nömrəsi, yürüş yolu və s.) möhürlə təsdiq olunmuş məlumat (Əlavə № 1);

- nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında akt (Əlavə № 2);

-nəqliyyat vasitəsi qəza vəziyyətində satıldıqda bu haqda müvafiq dövlət orqanlarının rəsmi arayışı;

- nəqliyyat vasitəsi dövlət müəssisə və təşkilatlarına, habelə səhmlərinin 100%-i dövlət mülkiyyətində saxlanılan səhmdar cəmiyyətlərinə məxsus olduqda müəyyən olunmuş dəyərinin dövlət büdcəsinə köçürülməsi barədə bank sənədi (nəqliyyat vasitəsinin satışı istiqamətində müvafiq tədbirlər həyata keçirildikdən sonra təqdim edilir).

3.5. Təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü üçün təşkilatların rəhbərləri və baş mühasibləri məsuliyyət daşıyırlar.

3.6. Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə məxsus limitdən və tələbatdan artıq, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin satışı zərurəti yarandıqda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin bu barədə daxil olan müraciətlərini müvafiq sənədlərlə birlikdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə göndərilməsini həyata keçirir.

3.7. Komissiya tərəfindən bu barədə qərar qəbul olunduqdan sonra Azərbaycan Respublikasının müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri tərəfindən onlara məxsus nəqliyyat vasitələrinin satılması, bu məqsədlə elanların verilməsi, hərracın keçirilməsi, əldə olunan vəsaitin dövlət büdcəsinə köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.

3.8. Nəqliyyat vasitəsinin satılması barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəsmi arayışına əsasən təşkilat rəhbərliyi həmin nəqliyyat vasitəsinin balansından və qeydiyyatdan çıxarılması və rəsmiləşdirilməsi işini həyata keçirir.

3.9. Bu qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

    

*******************

  

Əlavə №1 

 __________________________________________________________

 (müəssisə və təşkilatların tam adı)

Nəqliyyat vasitələri haqqında

MƏLUMAT

 Sıra№-si

Nəqliyyat

Vasitəsinin

Markası
 Şifrəsi

Dövlət nömrə

nişanı

 Buraxılış ili  

İstismara

verildiyi il və ay
 

Şassi

№-si

Mühər

№-si 
 

Banın

№-si

Əsaslı

təmirin

tarixi və

dəyəri
 

Ümumi

yürüş

(km)
 

İlkin

balans

dəyəri (AZN)

Son yenidən

qiymətləndirmə

aparıldıqdan

sonra balans

dəyəri (AZN)
 

Aşınma %-i və

məbləği (AZN)
 

100%

aşınmanın

başa çatdığı

il və ay
 

İcarəyə

verildiyi

İl və ay
 

Qalıq

dəyəri (AZN)
 1                                
 2                                
 3                                
 4                                

                               

        Qeyd: Məlumatın tam və düzgün doldurulmasına görə müəssisə rəhbəri məsuliyyət daşıyır.

  

   

                    Rəhbər:              ______________________                                         ______________________

                                                         (imza)                                                                    (S.A.A.)

M.Y.

                    Baş mühasib:      ______________________                                         ______________________

                                                         (imza)                                                                    (S.A.A.)

  *************************

   

Əlavə №2

_________________________________________________________________________

(müəssisənin tam adı)

     

Nəqliyyat vasitəsinin

texniki vəziyyəti haqqında

AKT

«____»____________________200___il

     

Biz aşağıda imza edənlər

(vəzifəsi, S.A.A.)

___________________________________________________________________________________________

(S.A.A.)

___________________________________________________________________________________________

(nəqliyyat vasitəsinin markası, buraxılış ili, dövlət nömrə nişanı)

     

nəqliyyat vasitəsinə texniki baxış keçirərək aşağıdakıları müəyyən etdik

___________________________________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

   

Aktın doğruluğunu imzamızla təsdiq edirik:

  

     

1.Rəhbər              _________________________             ____________________________

(imza)                                                              (S.A.A.)

                      2.  _________________________             ____________________________

(imza)                                                              (S.A.A.)

                      3.  _________________________             ____________________________

(imza)                                                              (S.A.A.)

                      4.  _________________________             ____________________________

(imza)                                                              (S.A.A.)

                     5.  _________________________             ____________________________

(imza)                                                              (S.A.A.)

M.Y.

 

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?