Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrinə aid müəssisə və obyektlərin özəlləşdirilməsi prosesində bağlanılan əqdlərin tərtib edilməsi qaydaları haqqında Təlimat

    

 

Azərbaycan Respublikası Dövlət Əmlakının

İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin

19 fevral 2007-ci il tarixli 20 nömrəli

əmri ilə təsdiq edilmişdir

    

Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrinə aid müəssisə və obyektlərin özəlləşdirilməsi prosesində bağlanılan əqdlərin tərtib edilməsi qaydaları haqqında

TƏLİMAT

      

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı» və Azərbaycan Respublikası Prezidentinin «Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında» 2006-cı il  23 avqust tarixli 1635 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmışdır və profilinin saxlanılması şərti ilə özəlləşdirilən səhiyyə, təhsil, idman və mədəniyyət sahələrinə aid müəssisə və obyektlərin özəlləşdirilməsi prosesində bağlanılan alqı-satqı müqavilələrinin tərtib edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Təlimatın 1.1-ci bəndində göstərilən müəssisə və obyektlərin özəlləşdirilməsi üsulları Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 3-cü bəndinə əsasən işçilərin sayına görə kiçik, orta və iri müəssisə olması müəyyyən edildikdən sonra II Dövlət Proqramının 4.1-ci bəndində göstərilən qaydada müəyyən edilir.

1.3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il  23 avqust tarixli 1635 nömrəli Sərəncamının 4.2-ci bəndində göstərilən sosial obyektlər istisna olmaqla, digər özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin öz profilini saxlamaq şərti ilə özəlləşdirilməsi məsələsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

1.4. Sosial obyektlər «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 6-cı bölməsinə uyğun olaraq kiçik müəssisə kimi özəlləşdirildikdə alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları»nda nəzərdə tutulmuş prosedurlara uyğun olaraq bağlanılır və dövlət əmlakının Registrində qeydə alınır.

1.5. Sosial obyektlər «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 6-cı bölməsinə uyğun olaraq kiçik müəssisə kimi özəlləşdirildikdə alıcılarla alqı-satqı müqaviləsi ilə yanaşı girov müqaviləsi də bağlanılır və əmlakın dəyərinin möhlətlə ödənilməsinin şərtləri müəyyən edilir.

    

2. Alqı-satqı müqavilələrinin doldurulması qaydaları

               

2.1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi Qaydaları»nın 3-cü bəndinə müvafiq olaraq özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı və alıcı haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir.       

            Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər.

            2.2. Müqavilələrə özəlləşdirilən müəssisənin (obyektin) fəaliyyət profilinin dəyişdirilməməsi və buna nəzarət edilməsi barədə bəndlər mütləq şərt kimi daxil edilir.

            2.3. Fərdi hallarda bağlanılan müqavilələrə özəlləşdirilən obyektin xüsusiyyətlərindən və tərəflərin iradəsindən asılı olaraq nümunəvi müqavilələrin əsas şərtlərinə xələl yetirmədən qarşılıqlı razılaşmaya əsasən əlavələr edilə bilər.

2.4. Alqı-satqı müqavilələri bu Təlimata əlavə olunan nümunəvi formalarda tərtib olunur və bir qayda olaraq aşağıdakı bölmələrdən ibarət olur:

-müqavilənin predmeti;

-tərəflərin hüquq və vəzifələri;

-tərəflərin məsuliyyəti;

            -əlavə şərtlər.

    

3. Yekun müddəalar

  

            3.1. Müqavilələr Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin səlahiyyətli şəxsi tərəfindən imzalanır və gerbli möhürlə təsdiq edilir.

            Alqı-satqı müqavilələrinin nümunəvi formaları Təlimata əlavə olunur (1 və 2 nömrəli Əlavələr).

                         

 *********************

     

    

           

Əlavə 1

    

MÜƏSSİSƏNİN (OBYEKTİN) ALQI-SATQI

MÜQAVİLƏSİ №_____

    

   

Bakı şəhəri                                                                                                    2007 - ci il

   

Biz, aşağıda imza edənlər, bir tərəfdən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, ____________________________ şəxsində (bundan sonra «Satıcı»” adlandırılacaq), digər tərəfdən notariat qaydasında təsdiq edilən etibarnamə əsasında əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs ________________________(şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri) ____________________ şəxsində(bundan sonra «Alıcı»” adlandırılacaq) aşağıdakılar haqqında müqavilə bağladılar:

    

1. MÜQAVİLƏNİN  PREDMETİ

  

1.1. Müqavilənin predmetini Alıcı”nın Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən  ____________ –ci il tarixdə keçirilən hərracda  ___ № li protokola əsasən satın aldığı ______________________ təşkil edir.

1.2. Satıcı” satır, Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə _______________yerləşən _________________ hərracdan satış qiyməti ilə (ilkin start qiymətinin 85%-i)

 

_______________________________ manata satın alır.

  

2. TƏRƏFLƏRİN  HÜQUQ VƏ VƏZİFƏLƏRİ

               

            2.1. Satıcı” aşağıdakıları öhdəsinə götürür:

            2.1.1. Müəssisənin (obyektin) ilkin start qiymətinin 15%-ni özəlləşdirmə çekləri silinməyə təqdim edildikdə Alıcının” adına rəsmiləşdirməyi;

2.1.2. Müəssisənin (obyektin) ilkin start qiymətinin 15%-i özəlləşdirmə çekləri ilə və satış qiymətinin 30%-i pulla ödənildikdən sonra Alıcı”ya mülkiyyət hüququna dair şəhadətnamə verməyi.

2.2. Alıcı” aşağıdakıları öhdəsinə götürür:

            2.2.1.Satıcı” tərəfindən müəssisə (obyekt) üzərində mülkiyyət hüququna dair şəhadətnamə verildikdən sonra qanunvericiliklə silinməsi nəzərdə tutulmuş borclar istisna olmaqla müəssisənin (obyektin) bütün öhdəlikləri və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi;

            2.2.2. Özəlləşdirən müəssisənin (obyektin) ilkin start qiymətinin 15%-ni, yə’ni

          _________________________________manatının

           

          _______________________________  manatını əmək kollektivi üzvlərinin sayına mütənasib özəlləşdirmə payları (çekləri) ilə ödəməyi;

            2.2.3. Alınmış müəssisənin (obyektin) hərracda satın alınmış hissəsinin 30%-ni, yə’ni

            ______________________________manatı müqavilə bağlandığı andan 5 (beş) bank günü müddətindən gec olmayaraq və yaxud ___________-ci il tarixədək Satıcı”nın (VÖEN: 2000015631) Milli Bankdakı (kod: 501004, m/h: 0148010001031, VÖEN: 9900071001, S.W.İ.F.T. bik: NABZAZ2C) 0132010001031 №-li tranzit manat hesabına köçürməyi;

            2.2.4. Müəssisənin (obyektin) alınmış hissəsini müqavilə bağlandığı andan 5 (beş) gün ərzində girov qoymaqla hərracda satın alınmış hissəsinin 40%-ni, yə’ni

       _________________________manatı 2 (iki) il müddətində (hər il bərabər həcmdə) Satıcının Milli Bankdakı tranzit manat hesabına ödəməyi;

          2.2.5. Müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin Satıcı ilə razılaşdırılmaqla aparılmasını;

          2.2.6. Müqavilənin bağlandığı gündən 10 (on) iş günü ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  ilə mühafizə müqaviləsi bağlanılmasını (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binalarda yerləşdikdə);

2.2.7. Tarix və mədəniyyət abidəsi olan binanın arxitektura görkəmini pozmamağı, binanın mədəni, tarix dəyərinə xələl gətirməməyi (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binalarda yerləşdikdə);

2.2.9. Özəlləşdirilən müəssisənin (obyektin) profilinin dəyişdirilməməsini.

2.3. Alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdırmaq məqsədi ilə Satıcı müəssisənin fəaliyyət istiqamətinin monitorinqini apara bilər.

2.4. Özəlləşdirilən müəssisənin (obyektin) fəaliyyət profilinin dəyişdirilməməsi məqsədi ilə Alıcı özəlləşdirmədən sonra qısa müddət ərzində hüquqi şəxsin təsis olunmasını və fəaliyyətinin onun vasitəsilə həyata keçirilməsini öhdəsinə götürür. Bu məqsədlə təsis olunmuş hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün Satıcıya təqdim edilir.

            2.5. Müəssisənin (obyektin) dəyərinin ödənilməsi aşağıdakı sxemlə həyata keçirilir:

            - hərrac qiymətinin 30%-i, yə’ni

            ________________________manatı  müqavilə bağlandıqdan sonra 5(beş) bank günü müddətindən gec olmayaraq və yaxud                          -ci il tarixədək ödənilir;

       - hərrac qiymətinin 30%-i, yə’ni

       ___________________________ manatı güzəşt edilir;

            - müəssisənin (obyektin) alınmış hissəsini müqavilə bağlandığı andan 5 (beş) gün ərzində girov qoymaqla 40%-i, yə’ni

     _________________________manatı 2 (iki) il müddətində (hər il bərabər həcmdə) Satıcının Milli Bankdakı tranzit manat hesabına ödənilir.

            2.6.Alıcı” möhlətli ödəmə kimi nəzərdə tutulmuş məbləği bərabər həcmdə müqavilə bağlandığı gündən başlayaraq hər il tamam olduqdan sonra 3 gündən gec olmayaraq  ödəmədikdə hər gecikdirilmiş gün üçün Satıcıya əmlakın ödənilməmiş dəyərinin 0.1 faizi miqdarında (ödənilməmiş dəyərin 20 faizindən çox olmamaq şərtilə) cərimə ödəyir.

            2.7. Alıcı” özəlləşdirilən əmlak üzərində mülkiyyət hüququnu əldə etdiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri Satıcıya təqdim edir.

  

3. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

  

            3.1. Əgər Alıcı”  satın aldığı müəssisənin (obyektin) dəyərinin 30%-ni müqavilə imzalandığı andan 5 (beş) bank günü ərzində вя йахуд   ил тарихядяк ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır.

            3.2. Alıcı tərəfindən özəlləşdirilən müəssisənin (obyektin) profilinin dəyişdirilməməsi  barədə öhdəlik yerinə yetirilmədikdə alqı-satqı müqaviləsi ləğv edilir.

            3.3. Alıcı tərəfindən müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin Satıcı ilə razılaşdırılmaqla aparılması şərtinə riayət edilmədikdə, mülkiyyət hüququna dair şəhadətnamə təqdim edildiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri Satıcıya təqdim etmədikdə, hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün Satıcıya təqdim edilmədikdə Satıcı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər həyata keçirilir. 

          3.4. Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında mübahisələr yaranarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll olunur.

   

4. ƏLAVƏ ŞƏRTLƏR

  

       4.1. Müqavilə imzalandığı və Satıcı tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

       4.2.Alıcı müəssisənin (obyektin) dəyərinin bu müqavilənin 2.2.4–cü bəndi ilə müəyyən olunmuş 40%-nin vaxtından əvvəl ödənilməsi hüququnu özündə saxlayır.

       4.3. Əlavə və dəyişikliklər o halda qüvvəyə minir ki, onlar səlahiyyətli şəxslər tərəfindən müqaviləyə əlavə edilmiş və imzalanmış olsun.

       4.4. Müqavilə bərabər hüquqi qüvvəyə malik 2 nüsxədən ibarət tərtib olunmuşdur, bir nüsxəsi Satıcıda, digər nüsxəsi isə Alıcı”da saxlanılır.

  

TƏRƏFLƏRİN İMZASI

  

  

SATICI ____________                                          ALICI _________

  

Ünvan: _______________                                Ünvan:

     

     

*******************

 

 Əlavə 2 

MÜƏSSİSƏNİN (OBYEKTİN) ALQI-SATQI

MÜQAVİLƏSİ №_____

   

  

Bakı şəhəri                                                                                                    2007 - ci il

 

Biz, aşağıda imza edənlər, bir tərəfdən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, ____________________________ şəxsində (bundan sonra «Satıcı»” adlandırılacaq), digər tərəfdən ____________________________(şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri) ____________________ şəxsində(bundan sonra «Alıcı»” adlandırılacaq) aşağıdakılar haqqında müqavilə bağladılar:

 

  1.       MÜQAVİLƏNİN  PREDMETİ

 

1.1. Müqavilənin predmetini Alıcı”nın Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən __________ci il tarixdə  keçirilən hərracda ____ №-li protokola əsasən satın aldığı ___________ təşkil edir.

1.2. Satıcı” satır, Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə___________________  yerləşən _________________    hərracdan satış qiyməti ilə

____________________________ manata satın alır.

1.3. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən sonra onun üzərində Alıcının mülkiyyət hüququ yaranır.

 

2.TƏRƏFLƏRİN  HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

2.1. Satıcı” aşağıdakıları öhdəsinə götürür:

2.1.1. Müəssisənin (obyektin) satış qiymətinin Alıcı” tərəfindən tam ödənilməsindən sonra mülkiyyət hüququna dair şəhadətnamə verməyi.

2.2. Alıcı” aşağıdakıları öhdəsinə götürür:

2.2.1. Satıcı” tərəfindən müəssisə (obyekt) üzərində mülkiyyət hüququna dair şəhadətnamə verildikdən sonra qanunvericiliklə silinməsi nəzərdə tutulmuş borclar istisna olmaqla müəssisənin (obyektin) bütün öhdəlikləri və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi;

2.2.2 Alınmış müəssisənin (obyektin) dəyərini, yə’ni

__________________________manatı

müqavilə bağlandığı andan 5 (beş) bank günü müddətindən gec olmayaraq və yaxud ____________-ci il tarixədək Satıcı”nın (VÖEN: 2000015631) Milli Bankdakı (kod: 501004, m/h: 0148010001031, VÖEN: 9900071001, S.W.İ.F.T. bik: NABZAZ2C) 0132010001031 №-li tranzit manat hesabına köçürməyi;

2.2.3  Bu müqavilə bağlandığı gündən 10 (on) iş günü ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  ilə mühafizə müqaviləsi bağlanmağı (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binada yerləşdikdə);

2.2.4. Tarix və mədəniyyət abidəsi olan binanın arxitektura görkəmini pozmamağı, binanın mədəni, tarix dəyərinə xələl gətirməməyi (satın alınan müəssisə (obyekt) tarix və mədəniyyət abidəsi sayılan binada yerləşdikdə);

          2.2.5. Müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin Satıcı ilə razılaşdırılmaqla aparılmasını;

2.2.6. Özəlləşdirilən müəssisənin (obyektin) profilinin dəyişdirilməməsini.

2.3. Alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdırmaq məqsədi ilə Satıcı müəssisənin fəaliyyət istiqamətinin monitorinqini apara bilər.

2.4. Özəlləşdirilən müəssisənin (obyektin) fəaliyyət profilinin dəyişdirilməməsi məqsədi ilə Alıcı özəlləşdirmədən sonra qısa müddət ərzində hüquqi şəxsin təsis olunmasını və fəaliyyətinin onun vasitəsilə həyata keçirilməsini öhdəsinə götürür. Bu məqsədlə təsis olunmuş hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün Satıcıya təqdim edilir.

            2.5. Alıcı” özəlləşdirilən əmlak üzərində mülkiyyət hüququnu əldə etdiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri Satıcıya təqdim edir.

  

3.TƏRƏFLƏRİN  MƏSULİYYƏTİ

  

3.1. Əgər Alıcı” satın aldığı müəssisənin (obyektin) dəyərini müqavilə imzalandığı andan 5 (beş) bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır.

            3.2. Alıcı tərəfindən özəlləşdirilən müəssisənin (obyektin) profilinin dəyişdirilməməsi  barədə öhdəlik yerinə yetirilmədikdə alqı-satqı müqaviləsi ləğv edilir.

            3.3. Alıcı tərəfindən müəssisənin (obyektin) yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onun təyinatının dəyişdirilməsinin Satıcı ilə razılaşdırılmaqla aparılması şərtinə riayət edilmədikdə, mülkiyyət hüququna dair şəhadətnamə təqdim edildiyi gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri Satıcıya təqdim etmədikdə, hüquqi şəxsin dövlət qeydiyyatına alınmaq üçün hazırlanmış nizamnaməsinin layihəsi müqavilə bağlandıqdan sonra 2 (iki) ay müddətində razılaşdırılmaq üçün Satıcıya təqdim edilmədikdə Satıcı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər həyata keçirilir. 

3.4. Müqavilə üzrə tərəflər arasında mübahisələr yaranarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll olunur.

  

4.ƏLAVƏ  ŞƏRTLƏR

  

4.1. Müqavilə imzalandığı və Satıcı tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

4.2. Əlavə və dəyişikliklər o halda qüvvəyə minir ki, onlar səlahiyyətli şəxslər tərəfindən müqaviləyə əlavə edilmiş və imzalanmış olsunlar.

4.3. Müqavilə 2 nüsxədən ibarət tərtib olunmuşdur, bir nüsxəsi Satıcıda, digər nüsxəsi isə Alıcı”da saxlanılır.

  

TƏRƏFLƏRİN İMZASI

  

  

SATICI ____________                                          ALICI _________

  

Ünvan: _______________                                Ünvan:

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?