«Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar»ın təsdiq edilməsi haqqında Qərar № 177

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

«Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan

müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və

bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə

Qaydalar»ın təsdiq edilməsi haqqında

Qərar № 177

 

Bakı şəhəri, 6 noyabr 2004-cü il

 

Azərbaycan Respublikasında dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadəni təmin etmək məqsədi ilə və müəssisələrin balansında olan köhnəlmiş əsas vəsaitlərin silinməsi prosesinin nizamlanmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. RASI-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 6 noyabr tarixli,
177 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan

müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və

bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə

Qaydalar

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Vergi Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar dövlət əmlakının qorunub saxlanmasını, ondan səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə tabeliyindən asılı olmayaraq, dövlət müəssisə, idarə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətə məxsus payın miqdarı 25,5 faizdən çox olan müəssisələrin (bundan sonra — təşkilat və ya təşkilatlar) balansında olan əsas vəsaitlərin (fondların) silinməsi, habelə bu vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı qaydalarını müəyyən edir.

 

II. Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi

 

2.1. Müəssisələrdə iqtisadi baxımdan məqsədyönlü sayılmayan, təmiri və ya bərpası səmərəsiz hesab edilən, əvəzsiz olaraq verilməsi və satılması mümkün olmayan əsas vəsaitlərin (fondların) tərkibinə daxil olan fiziki cəhətdən tam köhnəlmiş (aşınmış), fiziki və ya mənəvi cəhətdən istifadəyə yararsız hala düşmüş binalar, qurğular, ötürücü qurğular, maşınlar və avadanlıqlar, nəqliyyat vasitələri, istehsalat alətləri (ləvazimatları), təsərrüfat inventarları və digər əsas vəsaitlər (fondlar), eyni zamanda yeni obyektlərin tikintisi ilə əlaqədar olaraq uçurulmuş binalar və qurğular, həmçinin təbii fəlakət zamanı dağılmış əsas vəsaitlər (fondlar) bu Qaydalar əsasında ləğv edilərək balansdan silinir.

2.2. Yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) istifadəyə yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün təşkilat rəhbərinin əmri ilə ən azı 5 nəfərdən ibarət müvafiq ləğvetmə komissiyası yaradılır. Həmin komissiyanın tərkibinə təşkilatın rəhbərinin müavini, baş mühasibi, habelə təşkilatın aidiyyəti struktur bölmələrinin rəhbərləri daxil edilir. Komissiyanın sədri təşkilatın rəhbərinin müavini, sədrin müavini isə baş mühasib olmalıdır.

Baş idarəetmə orqanı olan təşkilatlarda komissiyanın tərkibinə baş idarənin nümayəndəsi də daxil edilməlidir.

Komissiya öz işinə qiymətləndiricilər, müstəqil auditor, səlahiyyətli qurumların mütəxəssislərini cəlb etmək hüququna malikdir.

2.3. Əsas vəsaitlərin silinməsi üzrə komissiyanın vəzifələri aşağıdakılardan ibarətdir:

  • təşkilatın balansından silinməli olan əsas vəsaitlərin (fondların) baxışını keçirmək, onun yararsızlığını müəyyən etmək;
  • təşkilatların balansında olan yararsız hesab edilən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) mövcudluğunu, miqdarını müəyyən etmək;
  • əsas vəsaitlərin (fondların) balansdan silinməsi zərurətini yaradan səbəbləri (köhnəlmə, normal istismar şərtlərinin pozulması nəticəsində vaxtından əvvəl sıradançıxma, təbii fəlakət, qəza) araşdırmaq;
  • balansdan silinən əsas vəsaitlərin (fondların) ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğunu, miqdarını və istifadəyə yararlığını müəyyən etmək, onları bazar dəyəri ilə qiymətləndirmək;
  • əsas vəsaitlərin (fondların) balansdan silinməsi üçün əmlakın (qiymətlilərin) ləğvi aktını tərtib etmək.

2.4. Əsas vəsaitlərin silinməsi üzrə komissiya tərəfindən təşkilatın mühasibat uçotu sənədləri, o cümlədən əmlakın inventarizasiyasına dair sənədlər, əsas vəsait obyektlərinin texniki pasportu, qüsur (defekt) aktı, inventarizasiya komissiyasının rəyi əsasında əsas vəsaitlərin (fondların) silinməsi barədə əmlakın (qiymətlilərin) ləğvi aktı tərtib edilir (aktın nümunəvi formaları 1 və 2 nömrəli əlavələrdə verilir).

2.5. Vahidinin (dəstinin) ilkin balans dəyəri 25,0 milyon manata qədər olan əsas vəsaitlərin (fondların) silinməsinə dair komissiyanın aktları təşkilatın rəhbəri tərəfindən təsdiq edilir və bundan sonra bu əsas vəsaitlər balansdan silinir. Bu halda həmin əsas vəsaitlərin silinməsinə dair Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin rəyi tələb olunmur.

2.6. Vahidinin (dəstinin) ilkin balans dəyəri 25,0 milyon manatdan yuxarı olan əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatda yaradılmış komissiya tərəfindən tərtib edilən əmlakın (qiymətlilərin) ləğvi aktı Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsindən müvafiq rəy alındıqdan sonra həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) təsdiq edilməklə bu əsas vəsaitlərin silinməsi həyata keçirilir.

2.7. Bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində avtomobil nəqliyyatı vasitələri üzrə əsas vəsaitlər (fondlar) təşkilatın balansından bütün hallarda Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin müvafiq rəyi əsasında silinir.

2.8. Təşkilatın balansından əsas vəsaitlərin (fondların) bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərində göstərilmiş hallarda silinməsinə dair rəyin alınması üçün həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə aşağıdakı sənədlər təqdim edilməlidir:

  • təşkilatın müraciəti;
  • əsas vəsaitlərin silinməsi üzrə komissiyanın yaradılması barədə təşkilatın rəhbəri tərəfindən verilmiş əmrin surəti;
  • müvafiq qaydada tərtib edilmiş əmlakın (qiymətlilərin) ləğvi aktı;
  • əsas vəsaitlərin silinməsinə dair digər sənədlər (texniki pasport, qüsur aktı, səlahiyyətli dövlət təşkilatlarının və inventarizasiya komissiyasının rəyləri).

2.9. Əsas vəsaitlərin silinməsinə dair təşkilatlardan təqdim edilən sənədlər Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq, 15 gündən gec olmayaraq əsas vəsaitlərin silinməsi barədə yazılı rəy verilir.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə Iqtisadi Inkişaf Nazirliyi tərəfindən təşkilata müvafiq olaraq əsaslandırılmış bildiriş göndərilir.

2.10. Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) müəyyən edilməsi üçün meyar göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2.11. Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi barədə Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən rəyin verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir.

2.12. Əsas vəsaitlər silinən zaman təşkilatda yaradılmış komissiyanın tərtib etdiyi əmlakın (qiymətlilərin) ləğvi aktı bu Qaydaların tələblərinə əsasən təşkilatın rəhbəri və ya baş idarəetmə orqanının rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin əsas vəsaitlər sökülə, hissələrə ayrıla və hesabdan silinə bilər.

Komissiyanın aktı müvafiq qaydada təsdiq edilməyənədək obyektin sökülməsinə, ləğv edilməsinə və hesabdan silinməsinə yol verilmir.

2.13. Mövcud qanunvericiliyə əsasən ayrı-ayrı əmlak növlərinin qeydiyyatını və istismarına nəzarəti həyata keçirən dövlət orqanları bu növ əsas vəsaitlərin silinməsi zamanı təşkilatlar tərəfindən müvafiq qaydada məlumatlandırılmalıdırlar.

 

III. Əsas vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı

 

3.1. Əsas vəsaitlərin silinməsi nəticəsində onların söküntüsündən əldə edilən mal-materiallar, o cümlədən yararlı ehtiyat hissələri, detallar, aqreqatlar, əlvan və qara metal qırıntıları, digər materiallar cari bazar dəyəri ilə bu Qaydaların 2.2-ci bəndinə əsasən yaradılmış komissiya tərəfindən qiymətləndirilərək mədaxil edilməklə müvafiq hesabda uçota alınır.

3.2. Əsas vəsaitlərin (fondların) söküntüsündən əldə edilən yararlı material qiymətlilərinin satışından əldə edilən gəlir qüvvədə olan mühasibat uçotunun müvafiq hesabında uçota alınır.

3.3. Satışa yararlı olmayan material qiymətliləri təşkilat tərəfindən tərtib olunmuş məhvetmə aktı əsasında məhv edilir.

3.4. Dövlət mülkiyyətində, habelə nizamnamə kapitalında dövlətin payı 25,5 faizdən çox olan kommersiya təşkilatlarında material qiymətlilərinin satışından əldə edilən vəsait onların gəlirlərinə aid edilir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əsas vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışından daxil olan vəsaitlər həmin qiymətlilərin satışı ilə bağlı xərclər çıxılmaqla, bütünlüklə dövlət büdcəsinə köçürülür. Büdcədənkənar dövlət fondlarında isə əsas vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışından daxil olan vəsaitlər onların gəlirlərinə aid edilir.

 

 

 

«Dövlət müəssisə və təşkilatlarının, habelə
nizamnamə kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş əsas vəsaitlərin silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə edilən
material qiymətlilərinin satışı
üzrə Qaydalar»a

1 nömrəli əlavə

 

____________________________________

«Təsdiq edirəm»

(müəssisənin, idarənin və təşkilatın adı)

____________________________________

 

(vəzifəsi, adı, soyadı, atasının adı)

 

____________

 

(imza)

 

«___» _____________ 200__ il

 

Əmlakın (qiymətlilərin) ləğvi aktı

 

 

«___» _____________ 200__ il

______________________________________________________________________________

(müəssisənin, idarənin, təşkilatın adı)

Əmlakın (qiymətlilərin) istismar vəziyyətini müəyyən etmək üçün «___» _____________ 200__ il tarixli _______________ №-li əmrlə təyin edilmiş daim fəaliyyətdə olan komissiya üzvləri:

Sədr ___________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

Üzvlər _________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

Maddi-məsul şəxs ________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

_________________________________________________ öhdəsində olan aşağıdakı əmlakın (qiymətlilərin) istismar vəziyyətini yoxladıq.

 

Sıra №-si

Əmlakın (qiymətlilərin) adı və nişanələri

Istismar müddəti

Ölçü vahidi

Miqdarı

Qiyməti

Məbləği

Yararsızlığının səbəbi

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekunu

 

 

 

 

 

 

 

Məbləğ ________________________________________________________________________

(yazı ilə)

Yuxarıda göstərilən əmlakın (qiymətlilərin) istismar vəziyyətini yoxlayarkən, komissiya belə qərara gəldi ki, bu əmlaklar (qiymətlilər) köhnəlmiş, istismar müddətini bitirmiş, tamamilə yararsız hala düşmüş və gələcəkdə istifadəsi mümkün olmadığı üçün ləğv edilsin və maddi-məsul şəxsin öhdəsindən silinsin.

Silinən əmlakın (qiymətlilərin) tərkibi: qızıl _______ kq, gümüş ________ kq, platin ______ kq, əlvan metal _______ kq, qara metal ______ kq, cında ______ kq, yanacaq (odun) ________ kub metr, ehtiyat hissələri ______ ədəd.

Qəbul-təhvil qaimələri akta əlavə edilir.

Əlavə qeyd _________________________________________________________________

  1. Akt üç nüsxədən ibarət tərtib edilir və birinci nüsxə mühasibatlığa təhvil verilir.

Vahidinin (dəstinin) ilkin balans dəyəri 25 milyon manatadək (25 milyon manatdan yuxarı olduğu halda Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin müvafiq rəyi əsasında) olan əsas vəsaitlər bu aktla silinir.

Əsas vəsaitlərin ləğvindən əldə edilən qiymətli metalların, material qiymətlilərinin və ehtiyat hissələrinin qəbul-təhvil sənədləri bu akta əlavə edilir.

 

Sədr _________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 

Üzvlər _______________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 

Maddi-məsul şəxs ______________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 

 

«Dövlət müəssisə və təşkilatlarının, habelə
nizamnamə kapitalında dövlətin payı olan
müəssisələrin balansında olan yararsız hala
düşmüş əsas vəsaitlərin silinməsi və bu
vəsaitlərin söküntüsündən əldə edilən
material qiymətlilərinin satışı
üzrə Qaydalar»a

2 nömrəli əlavə

 

____________________________________

«Təsdiq edirəm»

(müəssisənin, idarənin və təşkilatın adı)

____________________________________

 

(vəzifəsi, adı, soyadı, atasının adı)

 

____________

 

(imza)

 

«___» _____________ 200__ il

 

Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktı

 

«___» _____________ 200__ il

_____________________________________________________________________________

(müəssisənin, idarənin, təşkilatın adı)

nəqliyyat vasitələrinin istismar vəziyyətini müəyyən etmək üçün «___» _____________ 200__ il tarixli _______________ №-li əmrlə təyin edilmiş daimi fəaliyyətdə olan komissiya üzvləri:

Sədr _________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

Üzvlər ________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

Maddi-məsul şəxs ______________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

öhdəsində olan avtonəqliyyat vasitəsinin istismar vəziyyətini yoxladıq:

buraxılış ili _______, markası ________, modeli _____ , tipi__________, qabariti _________ m, yük tutumu _________ ton, yer tutumu __________ nəfər, mühərrik №-si _____________, şassi №-si _____________, dövlət nişanı ___________, texniki pasportu ___________________________________ «________»

(seriyası, nömrəsi, tarixi)

olan hissələrini, bloklarını, mexanizmlərini, sənədlərini və s. nəzərdən keçirərək qeyd edirik:

istismar tarixi ________, ilkin balans dəyəri __________ man, köhnəlmə hesablanmışdır _________ man, qalıq balans dəyəri ___________ man, əsaslı təmirə sərf olunmuşdur___________________ man, istismara verildiyi gündən bəri getdiyi yol _________ km, ______________________________________________

istismara verildiyi gündən işlənmiş motosaatların sayı; son əsaslı təmirdən sonra getdiyi yol _________ km, istismara veriləndən bəri görülən əsaslı təmirin sayı ________, son görülən əsaslı təmirin tarixi ___________________, xarici görkəmi _____________________________________________________________________________

(xarici görkəmi haqqında məlumat)

çatışmayan hissələri, qovşaqları, mexanizmləri ___________________________

Əsas hissələrinin texniki vəziyyəti

 

Sıra №-si

Adı

Istismar vəziyyəti (yararlı və ya yararsız)

Təmirə ehtiyacı (var və ya yox)

Yararsızlığının səbəbi

Yararlılar mədaxil edilir

miqdarı

mümkün istifadə qiyməti

məbləği

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

Məbləğ ___________________________________________________________________

(yazı ilə)

Yuxarıda göstərilən əmlakın (qiymətlilərin) istismar vəziyyətini yoxlayarkən, komissiya belə qərara gəldi ki, əmlaklar (qiymətlilər) köhnəlmiş, istismar müddətini bitirmiş, tamamilə yararsız hala düşmüş və gələcəkdə istifadəsi mümkün olmadığı üçün ləğv edilsin və maddi-məsul şəxsin öhdəsindən silinsin.

Silinən əmlakın (qiymətlilərin) tərkibi: qızıl ___________ kq, gümüş ___________ kq, platin _____________ kq, əlvan metal ___________ kq, qara metal _____________ kq, cında ____________ kq, yanacaq (odun) _________ kub metr, ehtiyat hissələri __________ ədəd.

Qəbul-təhvil qaimələri akta əlavə edilir. Əlavə qeyd_______________________

  1. Akt üç nüsxədən ibarət tərtib edilir və birinci nüsxə mühasibatlığa təhvil verilir.

Vahidinin (dəstinin) dəyərindən asılı olmayaraq, avtomobil nəqliyyatı vasitələri üzrə bütün hallarda əsas vəsaitlər (fondlar) Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin müvafiq rəyi əsasında bu aktla silinir.

Əsas vəsaitlərin ləğvindən əldə edilən qiymətli metalların, material qiymətlilərinin və ehtiyat hissələrinin qəbul-təhvil sənədləri bu akta əlavə edilir.

Sədr _________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, .tarix)

 

Üzvlər ________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 

Maddi-məsul şəxs ______________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 
 
 

Sorğu

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında iştirak etmisinizmi?