Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə Qərar №126

 

Azərbaycan Respublikası Nazirlər Kabineti

Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və
tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə

tətbiq olunan əmsalların təsdiq edilməsi barədə

Qərar № 126

Bakı şəhəri, 18 sentyabr 1996-cı il.

«Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət mülkiyyətinin qiymətləndirilməsinə dair metodik göstərişlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Dövlət Əmlak Komitəsinin Iqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi və Dövlət Tikinti Komitəsi ilə razılaşdırılmış auksion vasitəsilə özəlləşdiriləcək tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq ediləcək əmsallar barədə təklifi qəbul olunsun və həmin əmsallar təsdiq edilsin (əlavə olunur).

Müəyyən edilsin ki, özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış perspektivsiz obyektlər onların tikintisinə sərf olunmuş istifadəyə yararlı tikinti materialları, konstruksiyaları və mə`mulatlarının inventarlaşdırılıb mövcud bazar qiymətləri ilə qiymətləndirilərək bu qiymətə yuxarıda təsdiq edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilmiş qiymətə satılır.

Özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış obyektlərin perspektivsizlik göstəriciləri» təsdiq edilsin (əlavə olunur).

2. Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 29 yanvar tarixli 57 nömrəli, 1994-cü il 16 iyun tarixli 238 nömrəli, 1996-cı il 2 avqust tarixli 99 nömrəli qərarlarına əsasən 1996-cı il 1 iyul tarixinə yenidən qiymətləndirilərək hesablansın.

Çəkilən xərcləri təsdiq edən sənədlər olmadıqda obyektdə faktiki olaraq yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi inventarlaşdırılsın və yuxarıda göstərilən qaydada indeksləşdirilərək qiymətləndirilsin.

3. Nəzərə alınsın ki, tikintisi başa çatdırılmamış obyekt özəlləşdirildikdə həmin obyekt üçün ayrılmış torpaq sahəsindən istifadə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə qaydaları haqqında» 1997-ci il 17 iyun tarixli, 63 nömrəli qərarı ilə tənzimlənir.

4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Işlər Idarəsinin iqtisadiyyat və maliyyə-kredit siyasəti, tikinti, inşaat materialları və tikinti sənayesi şö`bələrinə tapşırılsın.

A.RASI-ZADƏ.

Baş nazirin birinci müavini

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 18 sentyabr tarixli
126 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və
tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə

tətbiq edilən əmsallar

Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin satış qiyməti aşağıdakı düsturla hesablanır:

Qs = Qi x Sə x Zə x Aə

Qs — obyektin satış qiyməti

Qi — obyektin start qiyməti

1. Tikintinin sahəsi (hektarla) üzrə əmsal (Sə) (ancaq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin ərazisində yerləşən obyektlərə tətbiq edilir):

0,10 — 0,30 ha

1,1

0,31 — 0,50 ha

1,2

0,51 — 0,70 ha

1,3

0,71 — 1,0 ha

1,4

1,0 ha-dan yuxarı

1,5

Ayrı-ayrı hallarda, tikinti sahəsinin əlverişliliyi, sahənin nəqliyyat yolları və mühəndis kommunikasiyaları ilə tə`minatı üzrə və sair üstünlükləri nəzərə alınaraq obyektin start qiymətinə tətbiq olunan sahə əmsalları (Sə) Dövlət Əmlak Komitəsi tərəfindən 3-dək artırıla bilər.

2. Obyektin yerləşdiyi yerə görə əmsal (Zə):

Bakı şəhəri:

  • mərkəz

— 1,3 — 1,4

  • mərkəzdən kənar

— 1,2

Gəncə, Mingəçevir, Sumqayıt

— 1,0 — 1,2

digər şəhər və rayon mərkəzləri

— 1,0

qəsəbələr və kəndlər

— 0,7

3. Obyektin fiziki aşınma əmsalları (Aə) aşağıda göstərilir:

Sıra №-si

Tikinti və qurğuların növləri

Qiymətləndirilənə qədər tikintinin dayandırıldığı vaxtdan keçən müddət (il)

1 — 3

4 — 6

7 — 10

10 ildən çox

Istehsal tə`yinatlı binalar

 

Aşağıdakı tikinti hazırlığına malik, metal və yaxud dəmir-beton karkaslı 1 mərtəbəli binalar:

  • tam karkas, divarlarla, örtüklə və dam örtüyü ilə

0,94/0,94

0,9/0,9

0,85/0,85

0,78/0,78

  • tam karkas, tamamlanmamış divarlarla və dam örtüyü ilə

0,90/0,87

0,86/0,82

0,80/0,77

0,75/0,72

  • bünövrələr, sütunlar və rigəllər

0,90/0,85

0,85/0,80

0,78/0,74

0,73/0,68

  • özüllər (bünövlərələr)

0,85/0,94

0,80/0,90

0,74/0,85

0,68/0,78

 

Aşağıdakı tikinti hazırlığına malik, metal və dəmir-beton karkaslı iki mərtəbəli binalar:

  • tam karkaslı, örtüklərlə divarlarla və dam örtüyü ilə

0,92/0,92

0,86/0,86

0,83/0,83

0,76/0,76

  • tam karkaslı, tamamlanmamış divarlarla və dam örtüyü ilə

0,88/0,85

0,84/0,80

0,78/0,75

0,74/0,70

  • bünövrələr, sütunlar və rigellər

0,88/0,83

0,82/0,78

0,77/0,72

0,72/0,66

  • bünövrələr

0,94

0,90

0,85

0,78

 

Aşağıdakı tikinti hazırlığına malik metal və dəmir-beton karkaslı çox mərtəbəli binalar:

  • tam karkaslı, divarlarla, örtüklərlə və dam örtüyü ilə

0,91/0,91

0,87/0,87

0,82/0,82

0,75/0,75

  • tam karkaslı, tamamlanmamış divarlarla və dam örtüyü ilə

0,87/0,83

0,83/0,79

0,77/0,74

0,72/0,69

  • bünövrələr, sütunlar və rigellər

0,87/0,82

0,82/0,77

0,75/0,71

0,70/0,65

  • bünövrələr

0.94

0,90

0,85

0,78

Inzibati-məişət tə`yinatlı binalar

 

Aşağıdakı tikinti hazırlığına malik metal və dəmir-beton karkaslı çox mərtəbəli binalar:

  • tam karkasla, divarlarla örtüklərlə və dam örtüyü ilə

0,91/0,91

0,87/0,87

0,82/0,82

0,75/0,75

  • tam karkasla, tamamlanmamış divarlarla və dam örtüyü ilə

0,87/0,83

0,83/0,79

0,77/0,74

0,72/0,69

  • bünövrələr, sütunlar və rigellər

0,87/0,82

0,82/0,77

0,75/0,71

0,70/0,65

  • bünövrələr

0,94

0,90

0,85

0,78

 

Aşağıdakı tikinti hazırlığına malik iripanelli və iribloklu karkassız daş aralıqlı binalar:

  • divarlar mərtəbə arası və axırıncı örtük, dam örtüyü

0.92

0,86

0,83

0,76

  • bünövrələr və divarlar

0,88

0,84

0,78

0,74

  • bünövrələr

0,94

0,90

0,85

0,78

Yaşayış binaları

 

Aşağıdakı tikinti hazırlığına malik daş divarlı, iribloklu və iripanelli binalar:

  • divarlar mərtəbə arası örtüklər, axırıncı örtük, dam örtüyü

0,90

0,84

0,81

0,74

  • bünövrələr, divarlar

0,86

0,82

0,76

0,72

  • bünövrələr

0,94

0,90

0,85

0,78

 

Aşağıdakı tikinti hazırlığına malik yüngül bloklardan, şlak betondan və s. yüngül materiallardan hörgülü binalar

  • divarlar, aralıq örtüklər, axırıncı örtük, dam örtüyü

0,87

0,81

0,78

0,70

  • bünövrələr və divarlar

0,83

0,79

0,73

0,68

  • bünövrələr

0,94

0,90

0,85

0,78

 

Aşağıdakı tikinti hazırlığına malik tirvari, yonulma taxta mənşəli qarışıq divarlarla, örtüklərlə olan binalar:

  • divarlar, örtük və dam örtüyü

0,82

0,78

0,85

0,68

  • bünövrələr və divarlar

0,80

0,76

0,70

0,66

Qeyd: Kəsrin surətində göstərilən rəqəmlər dəmir-beton karkaslı binalar üçün, məxrəcində göstərilən rəqəmlər metal-karkaslı binalar üçündür.

Obyektin faktiki aşınma dərəcəsi göstərilən faiz dərəcələrinə uyğun gəlmədikdə, obyektin start qiymətlərinə tətbiq olunan aşınma əmsalları Dövlət Əmlakının İdarə Edilməsi üzrə DövlətKomitəsi tərəfindən faktiki aşınma dərəcəsi yerində yoxlanılaraq 0,15 həddində bu və ya digər tərəfə dəyişdirilə bilər.