10 oktyabr 2017-ci il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq istifadəsiz olan daşınmaz dövlət əmlakının siyahısı

Obyektin adı Ünvanı Balans saxlayıcısının adı Mərtəbəliliyi Ümumi
faydalı
sahəsi
(kv.m)
Özəlləşdirilən
torpaq
sahəsi
(kv.m)
Əmlakın
ilkin (satış) qiyməti
(100%)
(manat)
Torpaq sahəsinin
 ilkin (satış) qiyməti
(manat)
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti
(manat)
10% beh (manat)
1 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Yasamal rayonu, 501-ci məhəllə, M.Müşfiq küçəsi, 12 Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi 514.7 x 116500 x 116500 11650
2 Qeyri-yaşayış sahəsi Ağstafa şəhəri, H.Arif küçəsi, 4 Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa Mənzil İstismar Sahəsi 5 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsi 124.8 x 10000 x 10000 1000
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)
Ağstafa şəhəri üzrə:
ünvan: Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 57 əlaqə telefonu: (kod 02222) 5-26-10, 055-665-13-11

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.