Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 173 ünvanında yerləşən obyektin (qeyri-yaşayış sahəsinin) müsabiqə vasitəsilə icarəyə verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN ELANI

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli, 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 173 ünvanında yerləşən obyektin (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər  iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə  üstünlük veriləcəkdir.

 

1. Obyekt (qeyri-yaşayış sahəsi) haqqında məlumat

(17.03.2017-ci il tarixinə)

 

Ünvanı:   Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 173 

 

Sahəsi:   165 kv.m.

 

Balansaxlayıcısı:  Azərbaycan Tibb Universiteti

 

Obyektin fəaliyyət növü:  xidmət

 

Obyektin xarakteristikası:  9 mərtəbəli  binanın 1-ci mərtəbəsinin bir hissəsi                         

                                              

Vəziyyəti:   istifadəyə tam  yararlı

 

Obyektin aylıq start icarə haqqı məbləği :  544,50 manat

 

Müsabiqədə iştirak etməyə hüquq  verən, obyektin aylıq start icarə  haqqı məbləğinin 10 faizi  həcmində hesablanan beh kimi  ödəniləcək icarə haqqı məbləği:  54,45 manat

  

Ödəniş forması:  manat,  (AZN).

 

2. Sifarişçilər qarşısında qoyulan şərt tələblər

2.1  İcarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək.

2.2 İcarəyə verilən obyekin, ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması.

2.3 Birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi.

2.4 İcarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünün qorunub saxlanılması.

2.5 Dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi (“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən və aylıq start icarə haqqı məbləğindən az olmamaq şərti ilə).

 

3. Sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər

 

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə).

3.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN 2000015631) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53 NABZ 0136 0150 0000 0000 3944 saylı hesabına (kod 501004, müxbir hesabı AZ74 NABZ 0145 1700 0000 0000 1944, VÖEN 9900071001, S.W.I.F.T. bik: NABZAZ2C) hesabına müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan behin köçürülməsini təsdiq edən qəbz. (Müsabiqənin qalibi tərəfindən köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir, müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü ərzində onlara qaytarılır)

3.3. Sifarişçi hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı  sənədlər təqdim edilir:

  • reyestrdən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surəti;
  • təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti;

       Sifarişçi fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər  təqdim edilir:

  • şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
  • sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);

3.4 Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir

3.5 Aşağıdakı sənədlər sifarişçilər (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca bağlı zərfdə (zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir) təqdim edilir:

  • dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair müsabiqə təklifi.

Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə, sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.

 

4. Müsabiqə qalibinə tətbiq edilən şərt tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 (iyirmi) gün müddətində icarə müqaviləsinin imzalanmasını.

4.1.2. İcarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının  dövlət büdcəsinə köçürülməsini.

4.1.3. Müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini.

 

5. Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası

Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək və müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün 17.04.2016-cı il tarixinədək iş günləri saat 900-dan 1800-dək aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 50, Əmlak Məsələləri Dövlət Komitəsinin binası, tel.: 490 24 08 (əlavə-146).

Sifarişçilərin ərizə və təkliflərinin qəbulu 17.04.2016-cı il tarixinədək iş günləri saat 1000-dan 1800-dək bu ünvanda aparılacaqdır:

Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 50, Əmlak Məsələləri Dövlət Komitəsinin binası.

Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin binasında 18.04.2016-cı  il tarixində, saat 1100-da başlayacaqdır.

 
 
 

Sorğu

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında iştirak etmisinizmi?