![]() |
![]() |
Saytın xəritəsi | aze eng rus |
İNVESTİSİYA MÜSABİQƏSINƏ YEKUN VURULMUŞDUR
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə aid dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsinin sürətləndirilməsi, özəlləşdirildikdən sonra müəssisələrin investisiyaların cəlb edilməsi yolu ilə daha da inkişaf etdirilməsi, fəaliyyətlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, rəqabətə davamlı malların istehsalı və yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunması, habelə özəlləşdirilən müəssisələrə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən ölkə iqtisadiyyatının qeyri-neft sektoruna aid müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. Bu məqsədlə, komitə tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq «Qazax-Konserv» ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,47% hissəsinin özəlləşdirilməsi ilə əlaqədar elan edilmiş investisiya müsabiqəsinə yekun vurulmuşdur.
Müsabiqə zamanı iddiaçılar qarşısında müvafiq regionda yerləşən kəndli və fermerlərdən meyvə-tərəvəz məhsullarının tədarükünün artırılması, yüksək keyfiyyətli konserv məhsullarının istehsalının genişləndirilməsini təmin etmək məqsədilə müəssisəyə investisiyaların və müasir texnologiyaların cəlb edilməsi, müəssisənin istehsal sahələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, müəssisədə yeni iş yerlərinin açılması, işçilərin sosial təminatı ilə bağlı təkliflərin verilməsinə dair şərtlər qoyulmuşdur.
Müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının müvafiq nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən hər iddiaçı iştirakçı statusunu əldə etmişdir. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Bu zaman müsabiqə şərtlərinə uyğun olaraq müəssisənin fəaliyyətinin genişləndirilməsi və gələcəkdə inkişaf etdirilməsi məqsədi ilə daha əsaslı İnvestisiya Proqramı və maksimum həcmdə investisiya yatırımı təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük verilmiş və müsabiqənin qalibi elan edilmişdir.
İnvestitsiya müsabiqəsində qalib gəlmiş investor tərəfindən təqdim olunmuş İnvestisiya Proqramına əsasən müəssisəyə istehsal məqsədləri üçün üç ay ərzində 500 000 manat həcmində investisiya qoyuluşları həyata keçiriləcəkdir. Bu investisiyalar müəssisədə istehsal prosesini yenidən qurmaq məqsədilə yenidənqurma və bərpa işlərinin aparılması, həmçinin müasir avadanlıqların quraşdırılmasına yönəldiləcəkdir. Səhmdar cəmiyyətinə qoyulacaq investisiyalar nəticəsində konserv məhsullarının istehsalının genişləndirilməsi istiqamətində meyvə saxlamaq üçün soyuducuların alınıb quraşdırılmasına nail olunacaqdır.
Bunlarla yanaşı müsabiqənin digər şərtlərinə müvafiq olaraq, müsabiqənin qalibi 180 000 manat vəsaitin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürmüşdür.
Həyata keçirilən investisiya layihəsinə uyğun olaraq istehsalın bərpası və inkişaf etdirilməsi nəticəsində müəssisədə 50 yeni iş yerinin açılması, digər sosial tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Müsabiqə və tenderlərİnvestisiya müsabiqələriTenderlər |
HərraclarBu gün keçirilənElanlar Nəticələr |
Vətəndaşlar üçünQəbul günləriSual-cavab Məktub göndər |
|||
![]() |
![]() |
![]() |
|||