![]() |
![]() |
Saytın xəritəsi | aze eng rus |
“Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsi”
mövzusunda TAİEX seminarı keçirilmişdir
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və reyestrinin aparılması sahəsində həyata keçirilən işlərin səmərəliliyinin daha da artırılması istiqamətində ardıcıl tədbirləri davam etdirir. Komitə tərəfindən inkişaf etmiş ölkələrin müvafiq təcrübələrinin öyrənilməsi və bu sahədə peşəkarlığın artırılması məqsədi ilə təcrübə mübadiləsinin aparılmasına böyük önəm verir. Məlum olduğu kimi, ölkəmizlə Avropa İttifaqının Tərəfdaşlıq və Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planına uyğun olaraq bir sıra prioritet sahələrdə Avropa İttifaqının qabaqcıl təcrübəsinin tətbiqində Azərbaycana yardım edilir. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra digər dövlət qurumlar kimi Avropa İttifaqının İnstitusional Quruculuq və İnformasiya Mübadiləsi Proqramına (TAEİX) qoşulmuşdur.
Bu gün keçirilməsinə başladığımız seminar 2010-cu il üçün Avropa Qonşuluq və Tərəfdaşlıq Proqramına uyğun olaraq həyata keçirilir.
Bu Proqram çərçivəsində “Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsi “ mövzusunda TAİEX seminarı iyul ayının 8-də öz işinə başlamışdır. Seminar iki gün davam edəcək və iyulun 9-da işini yekunlaşdıracaqdır.
Tədbiri giriş sözü ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov açdı. O, Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifə və funksiyalarına aid məsələlər, o cümlədən daşınmaz dövlət əmlakının səmərəli idarə edilməsi və bu sahədə nəzarətin təmin edilməsinin vacibliyindən danışdı. Sədr müavini daşınmaz əmlakın idarəçiliyi sahəsində inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi və yeni institusional mexanizmlərin tətbiqi, habelə bu sahədə uğurlu əməkdaşlıq qurulması, təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsində bu seminarın xüsusi önəm kəsb edəcəyini vurğuladı.
Seminarın keçirilməsində əsas məqsəd daşınmaz dövlət əmlakının, habelə dövlət paylarının idarəçiliyində yeni, qabaqcıl təcrübələrin, institusional yeniliklərin və mexanizmlərin öyrənilməsi və tətbiqi, habelə Avropa ölkələrinin özəlləşdirmə təcrübələrinə yiyələnməsi, daşınmaz əmlakın idarə edilməsi və ona nəzarət sistemində komitə əməkdaşlarının peşəkarlıqlarının daha da artırılmasıdır.
Seminarın proqramına daxil edilmiş məsələlər üzrə Almaniyalı ekspertlər cənab Ralf von Amein və xanım Regine Prunzelin məruzələri dinlənilmişdir. Eyni zamanda seminarda Polşadan olan mütəxəssislər cənab Robert Javor və Qrzeqorz Prunzel çıxış etmişlər.
Tədbirdə Komitənin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları iştirak etmişlər.
Seminarda Avropa ölkələrində mövcud olan dövlət əmlakının idarə edilməsinin əsas cəhətləri, ondan səmərəli istifadənin aspektləri, bu sahədəki institusional mexanizmlərinin formalaşdırılması, şirkətlərin dövlətə məxsus zəhm zərflərinin idarə edilməsi təcrübələri öyrənilmişdir. Həmçinin dövlət əmlakının müqavilə əsasında idarəetməyə və icarəyə verilməsi sahəsində Avropa İttifaqına üzv ölkələrdə tətbiq edilən qaydalar, dövlət əmlakından səmərəli istifadəyə nəzarətin xüsusiyyətləri müzakirə edilmişdir. Eyni zamanda seminarın gedişində müvafiq istiqamətlər üzrə Avropa İttifaqında toplanılmış təcrübənin səmərəli cəhətlərinin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Gələcəkdə də, Əmlak Məsələləri Dövlət Komitəsi Avropa Qonşuluq və Tərəfdaşlıq Alətlərinin tətbiqi çərçivəsində tədbirləri davam etdirəcəkdir. Hazırda qeyd edilən istiqamətdə tvinninq layihəsinin həyata keçirilməsi məsələsi müzakirə edilir.
Müsabiqə və tenderlərİnvestisiya müsabiqələriTenderlər |
HərraclarBu gün keçirilənElanlar Nəticələr |
Vətəndaşlar üçünQəbul günləriSual-cavab Məktub göndər |
|||
![]() |
![]() |
![]() |
|||