![]() |
![]() |
Saytın xəritəsi | aze eng rus |
06.09.2010Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının yaradılması üzrə Prezident Fərmanı icra edilir |
|
|
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilmişdir. Fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu fərman daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydalarını, bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasını nəzərdə tutur. |
|
30.08.2010Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestrinin yaradılması sahələrində beynəlxalq təcrübə öyrənilir |
|
|
Əmlak Məsələləri Dövlət Komitəsi əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası, o cümlədən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrın tərtib edilməsi sahələrində işlərin daha da təkmilləşdirilməsi və səmərələliyin artırılması istiqamətində ardıcıl tədbirləri davam etdirir. Bu sahədə komitə bir sıra beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı mövzularda seminar və treninqlər, habelə işgüzar səfərlərin keçirilməsinə xüsusi önəm verilir. |
|
12.08.2010Daşınmaz əmlakın qeydiyyatı təkmilləşdirilir |
|
|
Məlum olduğu kimi, Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosesinin daha da təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin tətbiqi məqsədi ilə Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Azərbaycan Respublikasının Prezidentinin Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması ilə bağlı 19 may 2009-cu il tarixli Sərəncamından sonra layihənin reallaşması üzrə müxtəlif istiqamətlərdə işlər daha da sürətlənib. |
|
29.07.2010Əmlak Məsələləri Dövlət Komitəsində 2010-cu ilin birinci yarısında görülmüş işlərə dair iclas keçirilmişdir |
|
|
Əmlak Məsələləri Dövlət Komitəsində 2010-cu ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən, dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın kadastrının aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərə dair iclas keçirilmişdir. |
|
09.07.2010İnvestisiya müsabigəsinə yekun vurulmuşduq |
|
|
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə aid dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsinin sürətləndirilməsi, özəlləşdirildikdən sonra müəssisələrin investisiyaların cəlb edilməsi yolu ilə daha da inkişaf etdirilməsi, fəaliyyətlərinin müasir standartlar səviyyəsində yenidən qurulması, rəqabətə davamlı malların istehsalı və yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunması, habelə özəlləşdirilən müəssisələrə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən ölkə iqtisadiyyatının qeyri-neft sektoruna aid müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. Bu məqsədlə, komitə tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq «Qazax-Konserv» ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,47% hissəsinin özəlləşdirilməsi ilə əlaqədar elan edilmiş investisiya müsabiqəsinə yekun vurulmuşdur. |
|
09.07.2010“Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsi” mövzusunda TAİEX seminarı keçirilmişdir |
|
|
Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra digər dövlət qurumlar kimi Avropa İttifaqının İnstitusional Quruculuq və İnformasiya Mübadiləsi Proqramına (TAEİX) qoşulmuşdur. Bu Proqram çərçivəsində “Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsi “ mövzusunda TAİEX seminarı iyul ayının 8-də öz işinə başlamışdır. Seminar iki gün davam edəcək və iyulun 9-da işini yekunlaşdıracaqdır. |
|
01.07.2010Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılmasına dair Qrant Sazişi imzalanmışdır |
|
| İyulun 1-də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatı arasında Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılmasına dair Qrant Sazişi imzalanmışdır. | |
22.06.2010İnvestisiya müsabiqəsinə yekun vurulmuşdur |
|
|
«Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları»na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi «Masallı-Konserv» ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,00% hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur. |
|
27.05.2010“Daşınmaz Əmlakın Kadastrı və qeydiyyatı” mövzusunda seminarlar keçirilmişdir |
|
| Komitə tərəfindən 26 – 27 may 2010-cu il tarixində Cəlilabad və Qəbələ rayonlarında Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə “Daşınmaz Əmlakın Kadastrı və Qeydiyyatı” mövzusunda seminarlar keçirilmişdir. Seminarlarda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin regional qurumlarının əməkdaşları iştirak etmişlərdir. | |
18.05.2010Daşınmaz Əmlakın qeydiyyatı layihəsi çərçivəsində təlimlər keçirilir |
|
|
Məlumat verildiyi kimi, ölkəmizdə Dünya Bankının dəstəyi ilə Daşınmaz Əmlakın qeydiyyatı Layihəsi həyata keçirilir. Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Təlim komponentinin səmərəli inkişafı üçün müxtəlif mövzularda təlimlərin keçirilməsinə geniş yer ayırmışdır. Layihə çərçivəsində mütəxəssislərin ixtisaslarının artırılması üçün tələb olunan intensiv təlimlərin keçirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Təlim mərkəzi yaradılmışdır. Burada Dünya Bankı ilə videokonfransların keçirilməsi məqsədi ilə müasir avadanlıqla təchiz olunmuş videokonfrans otağı da istifadəyə verilmişdir. |
|
Müsabiqə və tenderlərİnvestisiya müsabiqələriTenderlər |
HərraclarBu gün keçirilənElanlar Nəticələr |
Vətəndaşlar üçünQəbul günləriSual-cavab Məktub göndər |
|||
![]() |
![]() |
![]() |
|||