Saytın xəritəsi aze eng   rus  

BMT AİK - UNECE WPLA


 Birləşmiş Millətlər Təşkilatı

Azərbaycan Respublikasının

Əmlak Məsələləri Dövlət Komitəsi

 

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Sizi BMT-nin Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun dəstəyi ilə 2010-cu il 4–5 mart tarixlərində Bakı şəhərində keçiriləcək “Daşınmaz əmlakın idarə olunmasında səmərəlilik və şəffaflıq” mövzusunda beynəlxalq seminara dəvət etməkdən şərəf duyur.

Səmərəli və şəffaf daşınmaz əmlak idarəçiliyi istənilən ölkənin tərəqqisinin təminatında böyük rola malik mühüm vasitə kimi çıxış edir. Bu prinsipin tətbiqi cəmiyyətin daşınmaz əmlakın qeydiyyatı sisteminə etibarını və inamını artırır, onun daha da uğurla fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Adıçəkilən layihənin uğurla yerinə yetirilməsi üçün daşınmaz əmlakın idarə edilməsində səmərəlilik və şəffaflıq prinsiplərinə əsaslanmalıdır.

Bakıdakı seminar Azərbaycan Respublikasında daşınmaz əmlakın qeydiyyatı sisteminin yenidən qurulması ərəfəsində keçiriləcəkdir. Bu baxımdan, tədbirdəki müzakirələr və tədbirin nəticələri layihənin uğurla sona çatdırılmasında mühüm rol oynayacaqdır. Ümid edirik ki, seminarımız iştirakçılar üçün müxtəlif ölkələrin təcrübəsi ilə tanış olmağa imkan yaradacaqdır.

Biz Sizi Bakıda görməyə məmnun olardıq. İştirak etmək istədiyiniz təqdirdə xahiş olunur ki, əlavə edilmiş qeydiyyat formasını doldurub 2010-cu il fevralın 15-nə qədər office@emdk.gov.az zauraze@yandex.ru ünvanına göndərəsiniz.

  

Əlaqələndirici şəxslər aşağıdakılardır:

C-b Elşad Xanəlibəyli

Mob.: +994 50 235 44 48

Tel.:   +994 12 490 24 08, əlavə 2-42

e-mail: ekhanalibayli@mail.ru

   

C-b Zaur Abbaszadə

Mob.: +994 55 309 20 70

Tel.:   +994 12  490 24 08, əlavə -240

e-mail: zauraze@yandex.ru

   

       

Hörmətlə,

Təşkilat Komitəsi

  

Seminarın gündəliyi

Qeydiyyat forması